1. Şüuru formalaşdıran metodlar – buna inandırma metodları deyilir.
2. Fəaliyyətin təşkili və davranış təcrübəsini formalaşdıran metodlar – buna alışdırma metodları deyilir.
3. Fəaliyyət və davranışı stimullaşdıran metodlar – buna rəğbətləndirmə və cəzlandırma metodları deyilir. 9.2. Şüuru formalaşdıran metodlar Şüuru formalaşdırma metodları düzgün tərbiyə tələblərinin nədən ibarət olmasını izah etmək və onların icrasının zərurliyinə tərbiyə olunanları inandırmaq, bu haqda onda əqidə yaratmaq üçün istifadə edilən yol və vasitələrə deyilir. İnsanın möhkəm əqidəyə müxtəlif şəraitdə yiyələnirlər. Məktəbdə bu iş təlim, həmçinin sinifdənxaric və məktəbdənkənar tədbirlər prosesində aparılır. Təlim prosesində bu iş müxtəlif fənlərin tədrisi zamanı həyata keçirilir. Sinifdənxaric və məktəbdənkanar tədbirlər prosesində isə şüurun formalaşdırılması prosesi – yəni inandırma əxlaqi söhbətlər, fərdi söhbətlər, tərbiyə məsələlərinə dair məruzə və mühazirələr, disputlar və bədii əsərlərin müzakirəsi, öyüd və nəsihətlər, nümunələr və s. vasitəsilə həyata keçirilir.
İzah etmə öyrənilən obyektin ayrıca anlayış və hadisələrin qanunauyğunluqlarının sözlə şərh edilməsidir. Bu metoddan istifadə problemə dair misallar gətirməyi və məntiqiliyi tələb edir.