Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Etik və estetik söhbətlərin səmərəsi bir sıra mühüm şərt-lərdən asılıdır



Yüklə 3,59 Mb.
səhifə243/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   239   240   241   242   243   244   245   246   ...   443
Etik və estetik söhbətlərin səmərəsi bir sıra mühüm şərt-lərdən asılıdır:

 Söhbətin problem xarakterində olması, orada ideyaların, fikirlərin mübarizəsi vacibdir.

 Müəllim şagirdlərin qeyri-standart suallarını stimul­laş­dırmalı, onlara həmin suallara cavab tapmaqda kömək etməlidir;

 Şagirdlərə sərbəst şəkildə öz fikirlərini söyləmək imkanı verilməlidir;

 Söhbət üçün material şagirdlərin emosional təcrübəsinə yaxın olmalıdır. Real təcrübəyə əsaslanan mücərrəd mövzulara dair söhbətlər uğurlu qurula bilər;

 Söhbət zamanı açıq ifadə olunan fikirlər və onlarla bağlı yaranan şübhələr müəllimə söhbəti istiqamətləndirməyə kömək edir ki, şagirdlər müzakirə olunacaq məsələnin mahiyyətini başa düş­sünlər;

 Söhbətin gedişində bütün nöqteyi-nəzərləri üzə çıxarmaq və tutuşdurmaq olduqca vacibdir. Bu obyektivlik, ədalətlilik, ünsiy­yət mədəniyyəti cəhətdən xüsusi əhəmiyyət kəsb edir;


  • Öyüd-nəsihət xahiş, rica, aydınlaşdırma və təlqinlə əlaqə­ləndirilir. Öyüd-nəsihətin səmərəsi müəllimin nüfuzundan, onun şəxsi keyfiyyətlərindən, müraciət formasından və s.-dən asılı­dır. Tərbiyə metodu kimi nəsihətdən müəllimlərimiz, valideyn­lə­rimiz tez-tez istifadə edir. Səbəbi odur ki, nəsihət bilavasitə gənc nəslin şüuruna ünvanlanır.

Nəsihət bir şəxsə, bir qrup adama, hətta bütöv bir xalqa da aid ola bilər. Nəsihətə qulaq asanlar da, ona əməl edənlər də, nəsihətə biganə qalanlar da tapılır. Birincilər həyatda düzgün yol seçə bilir, ikincilər isə bir çox çətinliklərdən keçməli olurlar. Qoca Şərqin böyük şairi Sədi gözəl deyib:

Yazıq o şəxsə ki, sevmir nəsihət




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin