Nəsihət sevənlər qazanar sərvət”.
Nəsihətin əhəmiyyəti atalar sözlərində, habelə hikmətli sözlərdə müxtəlif formalarda dönə-dönə xatırlanır. Məsələn; “Nəsihət acı olar, meyvəsi şirin”, “Məsləhətli don gen olar”...
Deməli, nəsihət geniş həyat təcrübəsinə malik olan şəxsin başqasına həyatda səhvə yol verməməsi, düzgün istiqamət götür- məsi üçün verdiyi tövsiyədir.
-
Təlimat tərbiyəvi metod olub, uşağın tapşırıqların icrasına necə yanaşmasını, ona necə münasibət göstərməsini aşkar edir.
-
Disput latın sözü olub, mühakimə yürütmək, mübahisə etmək deməkdir. Disput müxtəlif mövzular üzrə canlı, sağlam mübahisələrdir. Burada mühakiməər toqquşur, müxtəlif fikirlər tutuşdurulur. Məktəblərdə təşkil edilən müxtəlif məzmunlu disputlar şagirdlərin elmi dünyaqgörüşünün zənginləşməsinə, mənəvi keyfiyyətlərinin formalaşmasına və zənginləşməsinə şərait yaradır. Disputlar tədris və tərbiyə işləri ilə uyğunlaşdırılmalıdır. Bu tədbirlər gənc nəsildə təşəbbüskarlıq vərdişlərinin, ictimai fəallığın, milli ləyaqətin, Vətənə məhəbbətin, düzlüyün, doğruçuluğun və s. keyfiyyətlərin tərbiyəsinə təkan verməli, əxlaqi keyfiyyətlərin, mənəvi davranışın həqiqiliyinə inam yaratmalı, əqidə formalaşdırmalıdır.
Disputlar şagirdləri düşündürməklə, fəallaşdırmaqla yanaşı, həm də onları ölkəmizin tarixi ilə tanış edir, Vətən uğrunda mübarizəyə ruhlandırır, müxtəlif fakt və hadisələri təhlil etməyə, mübahi-sələr aparmağa sövq edir. Burada şagirdlər müxtəlif əxlaqi kateqoriyalar haqqında öz fikirlərini sərbəst deməyə çalışırlar. Disputlar yuxarı sinif şagirdlərində maraq yaradır, ətrafda baş verən hadisələrin gerçəkliyini dərk etməyə, əxlaq normalarını mənimsəməyə, mənəvi ideyalara yiyələnməyə inkan verir.
Disput iştirakçıların qabaqcadan bildiyi hər hansı mövzu üzrə fikir birliyi yaratmaq məqsədi ilə müəyyənləşdirilmiş vaxtda mütəşəkkil keçirilən fikir mübadiləsidir. Bu metod mürəkkəb olub, müəllimdən yüksək peşəkarlıq tələb edir. Müəllim şagirdlərə fikirlərini toplamağa, cəmləşdirməyə, öz mövqeyini əsaslandırmağa kömək etməlidir. Deməli, disput müstəqil tədbir kimi təşkil edilib keçirilə də bilər, hər hansı məşğələlərin tərkibində bir metod kimi tətbiq edilə də bilər. Metod kimi disputun tətbiq sahəsi çoxdur: ondan şagirdlər və tələbələr, habelə valideynlər arasında da istifadə edilir. Bu səbəbdən də disputun mövzusu müxtəlif ola bilər. Disputun səmərəsi ona hazırlığın səviyyəsindən asılı olur. Disputun mövzusu, keçirilmə vaxtı, müzakirəyə qoyulacaq məsələ və ya sual, habelə müvafiq mənbələr barədə iştirakçılara xeyli əvvəl məlumat verilir. Disputun belə mövzuları ola bilər : “Bilikli adam kimə deyilir”, “Gözəlliyi necə başa düşürsən”, “Gözəllik ondur, doqquzu dondur” - atalar sözünün mahiyyəti nədən ibarərdir”, “Gənclərin mənəvi tərbiyəsi üçün nə etmək lazımdır”, ”Vətənpərvər insan necə olmalıdır”, “Milli-mənəvi dəyərlərimiz” və s.
Disput mövzularının təsnifatı və məzmun istiqamətlərini aşağıdakı kimi qruplaşdıra bilərik: 1) Əxlaqi-etik mövzulara - milli ləyaqət, milli mənlik şüuru, dostluq – yoldaşlıq, düzlük və doğruçuluq, vicdan, borc və məsuliyyət hissi daxildir; 2) ideya-siyasi mövzularda keçirilən disputlar şagirdlərə yüksək ideyalııq, siyasi yetkinlik aşılamaqda, mənəvi tələbatın inkişafı qayğısına qalmaqda böyük rol oynayır; 3) vətənpərvərlik mövzusu şagirdləri Vətən uğrunda mübarizəyə ruhlandırır, Vətən torpağının düşmənlərinə qarşı barışmazlıq ruhunda tərbiyə edir, onlarda milli mənlik şüurunu inkişaf etdirir; 4) estetik mövzular şagirdlərə cəmiyyət və ictimai münasibətlərdəki gözəlliyi duymaq, qavramaq və mənimsəməkdə kömək edir, onlarda bədii yaradıcılıq qabiliyyətlərini, ətraf aləmə, əməyə, davranışa gözəllik meylini formalaşdırır; 5) ədəbi-bədii mövzularda keçirilən disputlar gənclərə öz tarixi köklərinə, qədim adət və ənənələrə bələd olmaqda, gələcəkdə öz yerlərini düzgün müəyyən etməkdə, Vətən sevgisi, böyüyə hörmət, xeyirxahlıq, millətə bağlılıq, dosta sədaqət və s. keyfiyyətlərə yiyələnməkdə kömək edir.
Disputların keçirilməsində üç mərhələ vardır: 1) Disputa hazırlıq mərhələsi. Bu mərhələdə disputun mövzusu, maqsəd və vəzifələri, planı, ssenarisi, vaxtı, yeri, çıxış edənlər, dəvət olunan şəxslər müəyyənləşdirilir; 2) Disputun keçirilməsi mərhələsində artıq burada “Giriş sözü”, “Çıxış edənlərin və iştirakçıların sözü ”, “Son söz” ardıcıllığı ilə keçirilməlidir; 3) Disputun yekun mərhələsində fikirlər ümumiləşdirilir, düzgün nəticələr çıxarılır, düzgün mövqe bildirilir .
Məruzə səmərəli tərbiyə üsullarından biri olub, gəncləri məruzə ətrafında öz tənqidi qeydlərini deməyə istiqamətləndirir. Məruzə ardıcıllığı, sistemliliyi və əhatəliliyi ilə şərtlənir. Məruzələri bir çox hallarda tərbiyə olunanların özünə də tapşırmaq olar. Bu zaman müəllim və tərbiyəçi ona rəhbərlik etməlidir. Məruzə və mühazirədən sonra aydın olmayan məsələlər barədə suallar verilməsinə imkan yaratmaq lazımdır. Bəzən tərbiyəçinin izahatına, ümumləşdirici çıxışına ehtiyac da yarana bilər. Məruzəçidən yüksək şüurluluq, savadlılıq, pedaqoji mərifət, pedaqoji takt tələb edilir.
-
Nümunə Vaxtilə qədim yunan filosofu Seneka deyirdi ki, öyüd və nəsihətlərin yolu uzun, nümunələrin yolu isə qısadır. K.D. Uşinski isə göstərirdi ki, şəxsiyyət tərbiyəsi üçün şəxsiyyətə şəxsiyyətlə təsir göstərmək olar. Fransız psixoloqu Anri Vallon yazırdı: “Müsbət nümunə götürmək və onu təqlid etmək insanı fəaliyyətə təhrik edir”.
Dostları ilə paylaş: |