Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Sinif rəhbərinin vəzifəsi haqqında



Yüklə 3,59 Mb.
səhifə257/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   253   254   255   256   257   258   259   260   ...   443
10.1. Sinif rəhbərinin vəzifəsi haqqında
Sinif rəhbəri anlayışı ilk yaranan vaxtlarda “Qrup rəhbəri” adı ilə meydana gəlmişdir. Onun fəaliyyətinə dair təlimat 1931-ci ildə təsdiq olunmuşdur. Sonralar, 1934-cü ildən “qrup” - sinif adı ilə, “qrup rəhbəri” isə sinif rəhbəri adı ilə əvəzlənmişdir.

Şagirdlərin təlim-tərbiyəsində müəllimlərin hər birinin ayrı­lıq­da böyük rolu olsa da, sinfin tərbiyə işlərinin təşkilində, şagirdlərin möhkəm bir kollektiv ətrafında birləşdirilməsində, tərbiyə işlərinin vahid istiqamətə yönəldilməsində bacarıqlı, təcrübəli, tərbiyə işlə-ri­ni yaxşı bilən təşkilatçı pedaqoq – müəllimə ehtiyac duyulur. Elə bir pedaqoq - müəllim ki, o eyni sinifdə dərs deyən müəllimlərin kol­lek­tiv pedaqoji əməyini vahid istiqamətə yönəltməli, sinif şagird kollektivini təlim-tərbiyə vəzifələri ətrafında sıx birləşdirməli, sinif­dən­xaric işləri məqsədyönlü şəkildə təşkil etməli və şagirdlərin fəaliy­yətini stimullaşdırmalıdır. Bütün bunları sinfin təcrübəli, baca­rıqlı, yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik, sevimli müəl­li­mi sinif rəhbəri yerinə yetirir.

Sinif rəhbəri vəzifəsinin zəruriliyi də məhz elə buradan irəli gəlir. Müəllimlər sinif rəhbəri vəzifəsinə məktəb direktorunun əmri əsasında təyin olunurlar.

Sinif rəhbərləri məktəbdə təlim-tərbiyə işlərinin keyfiyyətini yüksəltməkdə, şagirdlərin hərtərəfli, ahəngdar inkişafını, meyl və ba­carığını təmin etməkdə böyük rol oynayırlar. Sinif rəhbərinin pedaqoji işinin məzmunu çoxcəhətlidir.

Təhkim olunduğu sinif şagirdlərinin dünya baxışlarını for-ma-laş­dırmaq, əqli, ideya-siyasi, əxlaqi, hüquq, əmək, estetik, fiziki, iq­ti­sadi və ekoloji tərbiyə vəzifələrinin yerinə yetirilməsini istiqa­mət­ləndirmək, məktəbə yaxın olan iqtisadi əmək kollektivləri və ictimai təşkilatları ilə rəhbərlik etdiyi sinif şagirdlərinin sıx əlaqə­si­ni yarat­maq, valideynlərlə müntəzəm iş aparmaq, onların pedaqoji mədə­niy­yətini yüksəltmək, şagird birliklərinə və özünüidarə təşki­lat­larına arxalanaraq lazım gəldikdə onların fəaliyyətinə ustalıqla nüfuz edib düzgün pedaqoji istiqamət vermək və s. belə mühüm işlər sinif rəh­bə­rinin fəaliyyətində geniş yer tutur.

Azərbaycan Respublikası Ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi” və “Orta ümumtəhsil məktəbinin Nizamnaməsi”ndə si­nif rəhbərinin vəzifələri konkret müddəalar şəklində aydın müəy­yən edilmişdir. Bu mühüm sənədlərə, əsasən, sinif rəhbərinin və­zifə­lərinə daxildir:

 Sinif rəhbəri sinif şagird kollektivini təşkil edir; şagirdlərin vəzifələrini, “şagirdlər üçün qaydalar”ı, əxlaqi hərəkətləri və mə­də­ni davranış qaydalarını izah edib şagirdlərə başa salır və aydın dərk etdirir; başqa müəllimlərlə, sinfin şagird təşkilatları ilə sıx əmək­daşlıq şəraitində ona etibar edilmiş sinif şagirdləri ilə məqsədyönlü tərbiyə işi aparır. Məktəbli şəxsiyyətinin hərtərəfli inkişafı və for­ma­laş­dırılmasına kömək edən faydalı tədbirlər təşkil edir.

 Şagirdləri ətraf mühitə, bütünlükdə Azərbaycan təbiətinə, döv­lət bayrağına, gerbinə, himninə və s. atributlara, Azərbaycan xal­­­qının tarixinə, milli-mədəni dəyərlərinə dərin hörmət ruhunda tər­biyə edir.

 Şagirdləri müxtəlif xalqlar, etnik və milli qruplar arasında şüurlu qarşılıqlı anlaşma, sülh, humanizm və dostluq münasibətləri ruhunda tərbiyə edir və həyata hazırlayır.

 Valideynlərlə möhkəm əlaqə yaradır, şagirdlərin təlim-tərbiyəsi işində onların köməyindən müntəzəm istifadə edir, onlara pedaqoji-psixoloji məsləhətlər verir. Məktəb və ailə tərəfindən şagirdlər qarşısında qoyulan pedaqoji tələblərin vahidliyinə nail olur, valideynlərlə, günüuzadılmış qrupların rəhbərləri ilə, müəssisə, idarə və təşkilatlarda yaradılmış ailəyə və məktəbə yardım komissiyaları ilə daim əlaqə saxlayır.

 Şagirdlərə verilən ev tapşırıqlarının normal olmasını tən- zim edir, lazım gəldikdə, şagirdlərə vaxtında tədris köməyi göstəril­məsini təşkil edir.

 Sinif üzrə müəyyən olunmuş sənədləri tərtib edir, şagird- lərin təlim müvəffəqiyyəti, dərsə dəvamiyyəti və davranışı barə­sin­də məktəbin rəhbərliyinə məlumat verir, onların gündəliyinin və­ziy­yətinə nəzarət edir.

 O, şagirdlərin sağlamlığının möhkəm­lənməsinə kömək edən tədbirlər həyata keçirir, onların ictimai-faydalı əməyini təşkil edir.

Təcrübəli sinif rəhbəri, ilk əvvəl, öhdəsində olan şagirdləri elm­lərin əsaslarına dair biliklərlə dərindən və möhkəm silahlan­dırmalıdır, onların hafizəsini tədris proqramlarında müəyyənləş­diril­miş bilik sərvətləri ilə zənginləşirməlidir. Bu sinif rəhbərinin öyrə­dici, maarifləndirici vəzifəsidir.

Sinif rəhbəri şagirdlərin yiyələndikləri biliklər zəminində on­la­rın elmi dünyagörüşünü və ideya-əxlaq əqidəsini formalaşdır­malı, şagirdləri nəcib ümumbəşəri əxlaqi keyfiyyətlər ruhunda tərbiyələn­di­rməlidir. Bu onun tərbiyələndirici vəzifəsinə aiddir.

Hər bir sinif rəhbəri şagirdlərin sağlamlığını, fiziki inkişafının yüksək səviyyəsini təmin etməyə, dərsdənkənar tərbiyə işlərini pedaqoji baxımdan düzgün təşkil daxil etməklə onların marağını, intellektual və fiziki qabiliyyətlərini inkişaf etdirməyə nail olma­lıdır. Bu sinif rəhbərinin inkişafetdirici vəzifəsidir.

Bacarıqlı sinif rəhbəri uşaqların öz imkanları daxilində res­pub­likamızın ictimai-siyasi həyatında, kütləvi tədbirlərdə, təbliğat və təşviqat işlərində fəal iştirakını təmin etməlidir. Bu sinif rəhbə­rinin ictimai-siyasi vəzifəsinə daxildir.

Sinif rəhbəri ictimai-pedaqoji sahədə də fəal qüvvə olmalı, ictimaiyyətlə, valideynlərlə və ya onları əvəz edən şəxslərlə sıx əla­qə saxlamalı, onları uşaqların təlim-tərbiyəsi məsələləri üzrə lazımi biliklərlə silahlandırmaqda yorulmadan iştirak etməli, tərbiyənin forma, metod və vasitələrini təkmilləşdirməyə, sinifdənxaric işlərin yüksək səmərəliliyini təmin etməyə ciddi səy göstərməlidir. Bunlar da sinif rəhbərinin ictimai-pedaqoji vəzifəsinə daxildir.

Sinif rəhbəri şagirdlərin eyni tərkibi ilə uzun müddət işləyir. Bu prosesdə o, həm rəhbər, həm tərbiyəçi, həm də müəllim kimi özü­nü şagirdlərdə təkrar etdirir, mənəvi keyfiyyətlərini, təcrübəsini öz yetirmələrinin mənəviyyatında davam etdirir, uşaqların sosial təşəkkül prosesinə qüvvətli təsir göstərir.

Sinif rəhbəri şagirdlərin ictimai həyatda müvafiq mövqe tut­ma­larına, xalqa fayda verən bir qüvvəyə çevrilmələrinə kömək edir; hər bir şagirdi “yer üzünün əşrəfi” səviyyəsinə qaldırmağa çalışır. Bu çox nəcib, cəlbedici və şərəfli iş olub sinif rəhbərinin fəaliy­yə­tini səciyyələndirir. Həmin fəaliyyətin özünəməxsusluğunun ikinci cəhəti onun son dərəcə çətin və mürəkkəb iş olmasıdır.

Uşağı tərbiyə etmək, onun qəlbinin dərinliyinə varmaq, varlı­ğı­nı dərk etmək çox çətin və mürəkkəb işdir. Çünki hər bir uşağın özünəməxsus daxili aləmi, mənəvi dünyası, meyli, marağı, bacarığı, psixi və fiziki xüsusiyyətləri olur. Bunları öyrənib tərbiyə işində nə­zərə almaq sirli və tilsimli qalaya yol tapmaq kimi müşkül bir işdir.

Sinif rəhbəri fəaliyyətinin özünəməxsusluğunun bir cəhəti də bu fəaliyyətin son dərəcə məsuliyyətliliyidir. O, bütün sahələrdə uşaqlar üçün yalnız müsbət mənada etalon olmağa, yaxşı nümunələr göstərməyə çalışmalıdır.

Sinif rəhbərinin fəaliyyətinin özünəməxsusluğunu səciy­yələn­dirən başqa cəhətlər də vardır. Onlar tərbiyə fəaliyyətinin fasilə­siz­liyi, zövqverici və fərəhli iş olması ilə, sonsuz dəyişən şəraitdə uşaqların davranış və münasibətlərinin qeyri-standartlığı ilə və s. belə faktlarla əlaqədardır.

Xalq gənc nəslin formalaşmasında tərbiyəçi şəxsiyyətinin böyük əhəmiyyət kəsb etdiyini hələ bu anlayışın, bir pedaqoji ter­min kimi, yazılı ədəbiyyata gəlməsindən çox-çox əvvəl başa düş­müş, ən gözəl sifətləri də, ilk növbədə, məhz milyonlarla adamlar üçün tərbiyəçi rolunu oynayan müdrik şəxsiyyətlərə aid etmişdir. Müasir sinif rəhbəri və müəllim (tərbiyəçi) öz adının və vəzifəsinin səviyyəsində durmaq üçün, birinci növbədə, vətəndaşlıq mövqeyi­nə, ideya inamına və möhkəm əqidəyə malik olmalıdır.

Tərbiyəçi sinif rəhbəri yüksək mədəniyyəti, yaxşı səliqəsi, zəngin mənəvi aləmi, nəcib əxlaqi sifətləri və geniş dünyagörüşü ilə fərqlənməlidir. Tərbiyəçi sinif rəhbəri yaxşı təşkilatçılıq bacarığına malik olmalıdır. O, uşaqları sevməyi, onlara qayğı ilə yanaşmağı və bu qayğını, sevgini ağılla tələbkarlıqla birləşdirməyi bacarmalı, op­timist ovqatlı olmalıdır.

Tərbiyəçi sinif rəhbəri səbirli, təmkinli, qətiyyətli, obyektiv və ədalətli olması ilə fərqlənməlidir. O, fəal ictimaiyyətçi və öz xalq­ı­nın yaxın köməkçisi olmalı, təbliğat və təşviqat işlərində iştirak et­mə­lidir.

Tərbiyəçi sinif rəhbəri pedaqoji texnikaya, pedaqoji mərifətə malik olmalıdır. Deməli, yaxşı sinif rəhbəri və ya tərbiyəçi müəllim olmaq və uşaqların tərbiyəsində fərəhli nəticələr qazanmaq üçün hər bir adamın pedaqoji ustalığa dərindən yiyələnməsi son dərəcə va­cib­dir.

Müasir tərbiyəçi sinif rəhbərində yeniliyə həssaslıq, bu və ya digər pedaqoji məsələnin həllinin qeyri-standart üsullarını tapmaq qabiliyyəti olmalıdır. Bütün işlərdə tərbiyəçi aparıcı rol oynamalı və öz şəxsiyyətini bütün istiqamətlərdə yeni-yeni keyfiyyətlərlə zən­gin­ləşdirməlidir.

Sinif rəhbərləri şagirdlərin tərbiyəsi sistemində ən başlıca tərbiyə qüvvəsidir. Sinif rəhbərləri şagirdlərin tərbiyəçisi və rəh- bəridir. Onun öhdəsinə V sinifdən XI sinfə qədər şagirdlərlə tərbiyə işini təşkil etmək vəzifəsi düşür. Sinif rəhbərlərinin vəzifəsi öz sinfində sinifdənkənar tərbiyə işləri təşkil etməkdən, həmin sinifdə dərs deyən müəllimlərin işini tənzimləməkdən ibarətdir.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin