Sinif rəhbəri şagirdləri öyrənərkən aşağıdakı tələblərə əməl etməlidir:
1. Öyrənmə tərbiyə və təlimin keyfiyyətinin yüksəlməsini təmin etməlidir;
2. Öyrənmə planlı və sistematik aparılmalıdır;
3. Öyrənmənin təbiiliyi, həyatiliyi və obyektivliyi təmin edilməlidir;
4. Şagirdlər fəaliyyətdə öyrənilməli və tərbiyə edilməlidir;
5. Öyrənmə zamanı müxtəlif metod və tərzlərdən istifadə edilməlidir;
6. Şagird bütövlükdə və tam öyrənilməlidir.
Bu tələblərin hər biri haqqında müəllim tələbələrə ətraflı izahat verməlidir. Adətən, öyrənmə prosesində şagirdin ümumi və sosial inkişafı, onun mənəvi siması, səciyyəvi xüsusiyyətləri, intizamlılığı, təlim əməyi, davranış mədəniyyəti və digər keyfiyyətləri aydınlaşdırılır.
Bununla bərabər, məktəblinin həyat və məişət şəraiti ilə tanış olmaq, onun kiminlə dostluq etdiyini, asudə vaxtını necə keçirdiyini, nə ilə məşğul olduğunu aydınlaşdırmaq lazımdır. Şagirdlərin diqqəti, hafizəsi, təfəkkürü və digər psixi proseslərinin xüsusiyyətləri də öyrənilməlidir. Sinif rəhbərinin şagirdləri pedaqoji cəhətdən öyrənməsi üçün təqribi planı olmalıdır.
Dostları ilə paylaş: |