III. Sinfin mütəşəkkilliyi: burada şagirdlərin kollektiv işləri yerinə yetirmək üçün hazır olması, təhkim olduğu şəxslərin göstərişlərinə əməl etmələri və s. öyrənilir.
IV. Sinifdə ictimai rəy: burada şagirdlərin yoldaşlarının işinə necə münasibət bəsləməsi, onu bəyənməsi və ya pisləməsi, narazılıq və narazılıqlarını necə ifadə etməsi, danışıqları və işləri arasındakı uyğunsuzluğun olub-olmadığını, sinifdə tənqid və özünütənqidin olması və s. öyrənilir.
V. Kollektivdə yoldaşlıq əlaqələrinin xarakteri: məktəbliləri nə birləşdirir (yaşayış yerlərinin ümumiliyi: partada bir yerdə oturmaq, maraqlar, ümumi iş), şagirdlər harada dostluq edirlər (məktəbdə və ya məktəbdən kənarda), onlar yoldaşlarına necə kömək göstərirlər, dostlarına qarşı tələbkardırlarmı, fiziki qüsuru olan şagirdlərə düzgün münasibət bəsləyirlərmi və s.
Bundan başqa, sinif rəhbərinin öyrənmə proqramına “Sinfin fəalları ilə iş”, “Sinif kollektivinin ümumməktəb kollektivi ilə əlaqəsi”, “Sinif kollektivinin daha da möhkəmləndirilməsi tədbirləri” və s. bölmələri daxil edilir.
Bəs sinif rəhbəri şagirdləri hansı metodlarla öyrənə bilər? Sinif rəhbəri şagirdlərini öyrənmək üçün aşağıdakı metodlardan istifadə edə bilər:
1. Şəxsi işlərlə tanışlıq: şagirdin sağlamlığı, təhsil səviyyəsi, tərbiyəlilik səviyyəsi.
-
Keçən ilki sinif jurnalı ilə tanışlıq .
-
Sabiq sinif rəhbəri və sinfin müəllimlərilə söhbət.
-
Direktor və onun müavinlərinin məlumatı.
-
Şagirdlərlə şəxsi görüşlər (tədris ilinin əvvəlində və sonunda).
-
Valideynlərlə söhbət.
-
Pedaqoji müşahidə.
-
Şagirdlərlə müsahibələr.
-
Pedaqoji eksperimentlər.
-
Şagirdlərin fəaliyyət məhsullarının öyrənilməsi;
-
Müəllimlərlə söhbət;
-
Anketlər;
-
İnşa yazılar;
-
Ev şəraitinin öyrənilməsi;
-
Dolayı xarakteristikaların ümumiləşdirilməsi (bu zaman sinif rəhbəri şagirdlər haqqında başqa şəxslərdən aldığı məlumatları özündə olan materiallarla müqayisə edir);
-
Şagirdlərin qarşılıqlı əlaqələrinin, dostluq münasibətlərini sosiometrik metodlarla öyrənilməsi.
Dostları ilə paylaş: |