1) Sinif müəllimi yalnız öz sinfində dərs deyir; sinif rəhbəri isə rəhbərlik etdiyi sinifdən əlavə, digər siniflərdə də öz fənnini tədris edə bilir.
2) Sinif rəhbəri yalnız bir fənnin müəllimidir; sinif müəllimi isə öz sinfindəki bütün fənləri tədris edir.
3) Sinif müəllimi sinifdə tədris etdiyi bütün fənlərin mənimsənilməsinə cavabdehdir; sinif rəhbəri isə, təmsil etdiyi fənnin tədrisinə məsuliyyət daşıdığı kimi, həm də digər fənlərin tədrisinə cavabdehdir.
4) Sinif müəllimi təlim-tərbiyə işində, dərsdənkənar tədbirlərin hazırlanmasında və həyata keçirilməsində, əsasən, öz qüvvəsinə güvənir; sinif rəhbəri isə dərsdənkənar tədbirlərin hazırlanmasında, icrasında sinifdə dərs deyən müəllimlərin, valideynlərin imkanlarından istifadə edə bilir.
5) Sinif müəllimi hər gün azı dörd saat şagirdlərlə işləyir; sinif rəhbəri isə başlıca olaraq təhkim olunduğu sinifdə öz fənni üzrə dərs zamanı şagirdlərlə təmasda olur, əlavə tədbirlər keçirir, lazım olanda dərsdən sonra da şagirdlərlə tərbiyəvi tədbirlər keçirir.