6) Sinif müəllimi şagirdlərlə əlaqədar yaranan problemi yerindəcə, təxirə salmadan həll etmək imkanına malikdir; sinif rəhbərində isə bəzən belə imkan olmur və problemin həlli üçün vaxt tələb olunur.
“Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi”ndə ümumtəhsil məktəbinin əsas vəzifəsi belə müəyyənləşdirilmişdir: “Fərdin təbii imkanlarını inkişaf etdirmək, ona elmin əsaslarını öyrətmək, fiziki, əqli, intellektual imkanlarını, meyl, maraq və idrak qabiliyyətlərini nəzərə alaraq onun şəxsiyyətini formalaşdırmaq, həyatda və cəmiyyətdə səmərəli fəaliyyətə hazırlaşmasına müstəqil, yaradıcı, düşünən, ümumi mədəniyyətə malik milli mənəviyyatlı şəxsiyyətin yetişdirilməsinə xidmət etmək, şüurlu olaraq peşə seçməyə hazırlamaq, Azərbaycan inkişafı naminə fədakarcasına çalışan vətəndaş tərbiyə etməkdən ibarətdir”. Həmin mühüm vəzifələrin həyata keçirilməsində sinif rəhbəri bir müəllim və eyni zamanda müvafiq sinfin rəhbəri kimi böyük rol oynayır.
Sinif rəhbəri öz fəaliyyətinə sinif kollektivini təşkil etməklə başlamalıdır. Bu xüsusda “Ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi”ndə deyilir: “Sinif rəhbəri şagird kollektivini təşkil etməli, məktəbli şəxsiyyətinin formalaşdırılması üçün məqsədyönlü iş aparmalıdır”. Lakin bu işi kortəbii şəkildə aparmaq olmaz. O, kollektivi yaratmağı bacarmalıdır.
Dostları ilə paylaş: |