Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Uşaq şəxsiyyətinin formalaşmasında



Yüklə 3,59 Mb.
səhifə342/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   338   339   340   341   342   343   344   345   ...   443
12.7. Uşaq şəxsiyyətinin formalaşmasında

ailədaxili münasibətlərin rolu
Yeniləşmə və qloballaşma şəraitində informasiyaların sürətli inkişafı, kütləvi kommunikasiya və təbliğatın genişlənməsi, cəmiy­yətdə özünü göstərən bu və ya digər proseslər ailədaxili məsələlərə də təsir göstərir. Bu kontekstdə ailədaxili və şəxsiyyətlərarası müna­si­bətlər məsələsi də müasir pedaqogika və psixologiyanın aktual prob­lemlərindən birinə çevrilmişdir.

Ailədaxili münasibətlərin sağlam peadqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulması cə­miy­yətin inkişafını şərtləndirən amillərdəndir. Ailədaxili münasibətlər əsa­sən ata və ananın ailədəki rolu və münasibəti ilə şərtlənir. Bu münasibətlər həm ailənin möhkəmliyinə, həm də uşaqların tərbi­yə­si­nə xüsusi təsir göstərir.

V.A.Suxomlinski qeyd edirdi ki, “Uşaqların əsas tərbiyə mək­təbi ər və arvad, ata və ana arasındakı qarşılıqlı münasibətdir”. Odur ki, ailədə tərəflərin əsas, başlıca rolu bir-birini qavramaq və anla­maq­dır. Bu anlama və münasibət ailənin gələcək planlarını qur­maq­da vacibdir.

Ailə münasibətlərinin əsasını ər və arvad münasibətləri təşkil edir. Onlar ailənin qoşa qanadlarıdır.

Ailədaxili münasibətlər kontekstində valideynlərin uşaqları ilə münasibəti də önəmli əhəmiyyət kəsb edir. Bu məsələ hələ lap kiçik yaşlarından, məktəbəqədər dövrdən başlayır. Uşaqların şəxsiy­yə­tinin formalaşmasında, psixi inkişafında, ətrafdakılarla rəftar və dav­ranışında, idrak fəallığının inkişafında valideyn-övlad münasi­bət­ləri mühüm rol oynayır. Bu münasibətlər uşağın öz yerini, ailə­dəki rolunu müəyyənləşdirməkdə və özünü dərk etməsində, qabiliy­yət və bacarıqlarını inkişaf etdirməkdə önəmlidir.

Ailədaxili münasibətlər kontekstində valideyn-uşaq münasi­bət­ləri tarixən milli xüsusiyyətlərin tələblərinə uyğun olaraq, eyni zamanda valideynlərin özlərinin düçüncə tərzinə, fərdi xüsusiy­yət­lərinə uyğun əsaslar üzərində qurulur. Uşaqların şəxsiyyətinin for­ma­laşmasında və psixi inkişafında aparıcı rol oynayan ünsiyyət tələ­batı da məhz bu münasibətlərin gedişində bu və ya digər dərəcədə ödənilir. Qeyd etdiyimiz kimi sağlam, düzgün münasibət sağlam, formalaşmış gələcəyə yol açır. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi vaxtlarda ailədaxili münasibətlərin (ər-arvad) nizamsızlığı uşaq­ların taleyində neqativ izlər buraxır.

Uşaqlarla rəftar və davranış zamanı valideynlər bəzi vaxtlarda birtərəfli iştirak edirlər. Valideynlərdən birinin uşağı çox əzizlə-məsi, yaxud tez-tez onun üçün “havadarlıq” etməsi, “hələ uşaqdır dü­zələr” və s. bu kimi mühafizəkar mövqeləri uşaqların tərbi­yə­sin­də birtərəfli ölçülərə gətirib çıxarır. Çünki ailənin tərbiyə imkanları valideynlərin və uşaqların qarşılıqlı əlaqəsi ilə müəyyən olunur.

Bu kontekstdə ailədə intizam tərbiyəsi vacibdir. Qeyd etdi­yimiz kimi ailələrdə çox vaxt uşaqların həddindən artıq əzizlənməsi buna mane olur. Uşağını kor-koranə sevən ata, yaxud ana onun bü­tün tələblərini yerinə yetirməyə çalışır. Hətta kiçik yaşlı uşaqlar sö­yüş söyəndə belə valideyn onu müdafiə edir. Azərbaycanın böyük sa­tirik şairi M.Ə.Sabirin “Uşaqdır” satirası bu xüsusda şeiri diqqəti cəlb edir.

Ay başı daşdı kişi, dinmə uşaqdır, uşağım!


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   338   339   340   341   342   343   344   345   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin