1. İslamda tərbiyənin ilahi səciyyə daşıması. Yəni İslamda əxlaqi hökmlər Allah tərəfindən nazil olmuş və insan Allahın tələb- lərinə uyğun olaraq öz işini, həyat tərzini qurmalıdır.
2. İslamda tərbiyənin insan fitrəti ilə bağlılığı. İnsanda olan insanlıq xisləti elə insan doğulanda onun fitrətində bu potensial imkan kimi mövcuddur və bu insanı ən yüksək əxlaqi keyfiyyətlərə, yüksək təkamül dərəcəsinə çatdırmağa qadirdir. İnsanda olan bu potensial imkan düzgün istiqamətləndirilsə, tərbiyə edildikdə həqiqi təkamülə yetişər.
İnsan ilk yaradılışından kamil insan kimi formalaşana qədər müəyyən inkişaf yolu keçir, torpaq və ruh ünsürlərindən ibarət olur ki, bu ünsürlər insanın cismində birləşir, onun meyl, arzu və istəklərini müəyyən edir. Ruhani ünsür insanın əzəli fitrətini təşkil edir. Ona görə də islam tərbiyəsində ruh tərbiyəsinə, mənəvi tərbiyəyə xüsusi diqqət yetirilir.
Dostları ilə paylaş: |