4. İslamda tərbiyənin bütöv səciyyə daşıması. İslam insanın həyat tərzini, düşüncə və davranışını bir birindən təcrid edilmiş halda deyil, onları vəhdətdə, bütöv halda götürür və onlarla sıx bağlı şəkildə həyata keçirir.
5. İslamda tərbiyənin üsul və vasitələrinin, məzmun və formalarının vəhdətdə olması. İslam tərbiyəsi insanın zehni, fiziki, əxlaqi, estetik tərbiyəsini vəhdətdə götürür, insanları kamilliyə, çalışqanlığa, halal və haramı seçmək üçün gərgin axtarışa, böyüklərə hörmət etməyə, kiçiklərə qayğı göstərməyə, düşünərək danışmağa, pis əməllərdən çəkinməyə hazırlıq təlqin edir.