Həzrəti Məhəmməd (s) kəlamlarının birində buyurur: “Uşağın kiçik yaşlarında coşğun, çevik, qaynayıb-daşan olması yaxşıdır, çünki belə uşaq böyüyəndə sakit və özünü idarə etməyə qadir olur”. Belə olan halda yeniyetmə ikinci yaş dövründə tərbiyəçilərin ona verdiyi ədəb, əxlaq, iradə tərbiyəsini layiqincə qəbul edəcək, öz üzərində çalışacaq, ağlı ilə hərəkət edib nəfsinə qalib gələcək, övladlıq borcunu yerinə yetirəcəkdir. Bu dövrdə o ətrafındakılardan müəyyən şeyləri soruşur, öyrənir və başqalarına da öyrədə bilir. Onun fəaliyyətinə istiqamət vermək, vaxtına nəzarət etmək lazımdır ki, o daha səmərəli və faydalı olsun.
Beləliklə, yeniyetmə normal şəkildə üçüncü yaş dövrünə-kamillik dövrünə girəcəkdir. Peyğəmbərimiz (s) bu üç dövr haqqında mürəbbilərin vəzifələrini bir hədisdə belə müəyyənləşdirmişdir: “Qoy sənin övladın yeddi il oynasın, sonrakı yeddi ili də ədəb öyrənsin, tərbiyə alsın və sonra onu özünün müşavirin və yoldaşın hesab et”.
İslam tərbiyəsi, hər şeydən öncə, islam əxlaqının tərbiyə edilməsini nəzərdə tutur. Bu isə yalnız insanda islam görüşlərinin, dini şüurun tərbiyə edilməsi və ya islam əxlaqının aşılanması ilə məhdudlaşmır. Buraya: dini və dünyəvi elmlərin öyrədilməsi, etik, estetik, əxlaqi tərbiyənin aşılanması, vətənpərvərlik hisslərinin for- malaşdırılması da daxildir.
Əxlaq alimləri tərbiyə məsələsində iki əsas görüşü ələ almaqdadırlar. Birinci görüşə görə, insan doğuşdan tərbiyəli, ya da tərbiyəsiz olur və o sonradan dəyişilə bilməz. Digər görüş isə, bunun tam əksi olaraq, tərbiyəni insan həyatı üçün vacib amil sayır və insanın anadangəlmə tərbiyəli və ya tərbiyəsiz olması ilə bağlı görüşləri qəbul etmir. İmam Qəzzali bu məsələdə fərqli görüşə sahibdir və tərbiyə məsələsində insanları dörd qrupa ayırmaqdadır:
-
Düzü-əyridən, doğrunu-səhvdən ayıra bilməyəcək qədər qəlbi saf, təmiz olan insanlar. Belə insanların tərbiyələndirilməsi olduqca asan və rahat olur.
-
Yaxşını-pisdən, xeyiri-şərdən ayıra bildiyi halda hər zaman pis iş görən insanlar. Belə insanlarların tərbiyələndirilməsi çətin olsa da mümkündür.
-
Pisi yaxşı, yaxşını da pis olaraq qəbul edənlər. Bunların tərbiyələnmələri çox mürəkkəb və uzun müddətli bir işdir.
-
Anadan olandan pislik içərisində böyümüş, mayası şərlə yoğrulmuş, pis əməlləri ilə öyünməyi sevən, bədxah ruhlu kimsələrdir. Bunların da tərbiyələndirilməsi çox çətin və uzun müddətli bir işdir.
Qəzzali elmin fəzilətini deyilə biləcək ən gözəl sözlərlə bu şəkildə ifadə etmişdir: “Elmi tələb etmək, öyrənmək ibadət, araşdırmaq cihad, bilməyən birisinə öyrətmək sədəqə, onu elm əhli üçün istifadə etmək isə Allaha yaxınlıqdır”.
Əqlin fəzilətini heç kəs Qəzzali kimi mənalı şərh etməmişdir. O demişdir:“ İnsanın arzu və istəkləri əsasən üç şey üzərində cəmləşir. Onlardan birincisi var-dövlətdir. Var-dövlət arzusu insana şərəf gətirməz. İkincisi elmdir. Elm insana ən uca amalına çatmaq qüdrəti bəxş edər. Üçüncüsü isə sağlamlıq və uzun həyatdır. Bu üç şey içərisində insan üçün ən faydalısı elmdir. Onun üstünlüyü sadəcə olaraq dünya deyil, axirət həyatında da görünməkdədir”. Qəzzali elmi hər şeyin əsası, əməli isə onun meyvəsi olaraq görməkdədir. Ona görə, elmin ümumi faydasını dünya və axirət üzərində yekunlaşdırmaq olar.
-
Dünya faydası: Elm qəlb gözünü açaraq insanı zülmətdən aydınlığa çıxarır.
-
Axirət faydası: İnsan elmlə Allahı tanıyıb onun təkliyini dərk edir. Allaha itaət edib onun halal-haramına riayət edir.
Bütün bunlardan sonra belə bir qənaət hasil olur ki, Qəzzaliyə görə elmin özü hədəf deyil, insanın məqsədinə çatması üçün bir vasitədir.
İslam tərbiyəsi insanın əqlinin, ruhunun və cisminin bərabər səviyyədə inkişafını nəzərdə tutur. İslama görə, bədən elə bir qəlibdir ki, ruh buraya tökülür. Bədənə və ruha ağıl rəhbərlik edir və islamın müqəddəs kitabında da deyildiyi kimi Allah ağıldan daha dəyərli bir şey yaratmamış və insanlara - “mən sənə ağıl verdim, ağlını işlət”- demişdir.
İslam tərbiyəsinin səciyyəvi xüsusiyyətlərindən irəli gələn islam tərbiyəsinin prinsiplərini aşağıdakı kimi qruplaşdırmaq olar:
Dostları ilə paylaş: |