Zəhər içmişəm mən; şəkər nəyə yarar?
Mənim üçün: “ayağına zincir vurunuz!” deyirlər.
Divanə olan könüldür, ayağıma zincir vurmaq nəyə yarar”?
Mövlanaya görə insan eşqlə bütövləşir, bütöv olduqda isə kamilləşir və həqiqətə doğru yol alır. Mövlanın tutduğu yol “Ən böyük həqiqət” dediyi bilik, təfəkkür, sənət və eşq yoludur ki, bu yol Allaha qovuşmaq istəyənlərin yoludur”.
Mövlana həqiqətə çatmaqda eşqin özünün də elm və idrakla yoğrulmasını, ağılla yerinə yetirilməsini bildirirdi. Bildirirdi ki, eşq özü də elm və ədəblə, əxlaqla mühafizə edilməlidir. O deyirdi: “Allaha qarşı məhəbbətim elmimin və ədəbimin nəticəsindədir”.
Mövlana özü həyatı bоyunca Quran hökmlərinin ədəbinə riayət edərək, Allahın əхlaqı ilə əхlaqlanmış, Allahın haram qıldığı şeylərdən çəkinmiş, öz elm-irfanını artırmışdır.
Mövlana ədəbin və elmin ünvanını da göstərərək deyirdi: “Bu müqəddəs kitabımız Qurani-Kərim və Məhəmməd peyğəmbərin (s) əхlaqıdır”. Mövlana ədəb və əхlaqı ən böyük hünər, insanlığın ən yükcək keyfiyyəti, insanların hünəri və mərifəti hesab etmiş və belə demişdir:
“Əhli dillər arasında aradım, qıldım tələb,
Dostları ilə paylaş: |