Yalnız qəlibdə qalarsa, sahibinə bar olur”
Mövlana mahir bir pedaqoq, psixoloq məharəti ilə insanın tərbiyəsini, ədəb və ağlının səviyyəsini onun hərəkət və davranışında görür və belə deyirdi: ”Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan”!
Mövlana nəfs tərbiyəsinə xüsusi diqqət yetirmiş, insanların ədəbli olub, nəfslərinə üstün gəlmələrini istəmiş və özü beş yaşında olanda nəfsini cilovlamış, ehtirasına qalib gəlmiş və başqalarını da bu müqəddəs yola səsləmişdir. O deyiridi: “Bu dünya bir tələdir. Yemi isə istək və arzulardır”.
Mövlana xudpəsənd, özündən razı, təkəbbürlü insanları sevməmiş, belələrini insan olmağa çağırmışdır.“Özünə gəl, mənəmlikdən uzaq ol. İnsanlara qarış insanlarla bir ol! İnsanlarla bir olduğun zaman, bir mədənsən, bir dənizsən. Özünə qapılınca bir damlasan” - demişdir.
O, həmişə haqqı, ədaləti sovunmuş, haqqı yeyilənlərin müdafiəçisi olmuşdur. Haqqı, ədaləti, əxlaqi saflığı, mənəvi bütövlüyü təbliğ edən Mövlana Cəlaləddin Rumiyə görə - “Ədalət hər şeyi layiq olduğu yerə - ayaqqabını ayağa, papağı başa qoymaqdır”. Başqasının malını yeyənləri, rüşvət alanları tənqid edən Rumi yazırdı; “Ey rüşvət yeyən, sən fil balasını yeyirsən. Buna görə fil sənə düşməndir. Bir gün fil gəlib səni yox edəcəkdir”.
Rumi göstərirdi ki, insan ömrünün sоnuna qədər- “Beşikdən qəbrədək” охuyub, öyrənməlidir. Duyğu və düşüncələrini inkişaf etdirməli, həmişə yaхşı düşünməli, yaхşı danışmalı və yaхşı hərəkət etməlidir.
“Qardaşım sən düşüncədən ibarətsən
Dostları ilə paylaş: |