Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Elm ulduza bənzər, həm Aya



Yüklə 3,59 Mb.
səhifə62/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   443
Elm ulduza bənzər, həm Aya

Gün doğar, ay dolanar, elm oxunar.

Bektaşilik maddə, cəhalət, nəfs və könül qaranlığına mübtəla olanların aydınlanma yolunu da göstərir:



Maddə qaranlığı, ağıl nuru;

Cəhalət qaranlığı, elm nuru;

Nəfs qaranlığı, mərifət nuru;

Könül qaranlığı, eşq nuru ilə aydınlanır!

Bektaşilik başdan başa insana hədsiz sevgi və məhəbbətdir. Bektaşilərin bütün fikir və ideyalarında insana qayğı, insana sonsuz məhəbbət durur. “Yaradılanı sev yaradandan ötrü” ideyasından irəli gələrək Bektaşi müdrikliyində deyilir:

Allahını sevən bir insan bir kimsənin verdiyi üzüntüdən sıxılmaz və qırılmaz. Cavan mərd odur ki, qırılmağa dəyər kimsəni belə qırmaz!”. Bu fikridə insana nə qədər yüksək dəyər və qiymətin bariz nümunəsini görürük.

Bektaşilik ağlını, təfəkkürünü işlədən düşünən insanı tələb edir. Оna görə Hacı Bektaş Vəli deyir: “Ağılla gedilməyən yоlun sоnu qaranlıqdır”. Bu cəhətdən Bektaşilikdə təlim zamanı fərdə bi­lik verməzdən əvvəl оnun düşüncəsi, təfəkkürü, inkişaf etdirilir. Müs­təqil fikirləşmək, düşünmək, hiss etmək, duymaq, iradəni möh­kəmləndirmək, nəfsə qalib gəlmək kimi keyfiyyətlər bilik vermədən öncə öyrədilir. Bektaşilər buna “Qabını genişləndirmə” deyirlər. Başqa sözlə öyrənmək istəyən şəхs bilik ala biləcək, idrak edə biləcək səviyyəyə, müəyyən “hal”a gətirilir.



Bektaşilik “Sərimi verrəm, sirrimi verməm!” deyərək, sirr saхlamağı, “Ayıbları örtücü ol” – deyərək başqasının eybini açmamağı, qüsurunu yaymamağı tövsiyə edir.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin