Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Sözləri mücməl-i müfəssəldir



Yüklə 3,59 Mb.
səhifə58/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   443
Sözləri mücməl-i müfəssəldir,

Nəş`əsini verdi molla Hünkar Rumiyə,

Onu inkar edən məəttəldir”.

“Şəms Təbrizi”, yəni “Təbrizin günəşi” adı da onun şəxsiy­yətinə, mərifətinə uyğun bir addır. Təbrizdən doğan düşüncə, duyğu da eşq günəşi idi. Əbədiyyən də bu günəş Təbrizdən parlayacaq. İşin çox maraqlı tərəfi budur ki, Şəms hələ o zaman - XIII əsrdə - “Təbrizdə elə böyük şəxsiyyətlər var ki, məndən də yüksək mə­qam­dadırlar”- demişdir. Şəms bütün davranışlarında, yaradıcı fəaliy­yətində Təbrizi həmişə ucaltmağa çalışmışdır. Şəmsin an­lat­dığından belə çıxır ki, dünyanın elm, mənəviyat mərkəzi Təbriz olmuşdur. Təsadüfi deyildir ki, Mövlana da öz şeirlərində Təbrizi çox öymüşdür. Demək olar ki, Mövlananın əksər qəzəllərində Təb­riz şəhərinin adı keçməkdədir. Mövlana yazır:

Aç da bir karvan yükün ey sariban
Yar yurdu şəhri Təbrizdir, dayan!
Cənnətin kəndisidir Təbrizimiz.
Sirr mülkü anmışıq Təbrizi biz,
Göylərin sonsuzluğundan sevgilər,
Hər zaman olsun Sizə, Təbrizlilər!”

Bu misralarda Mövlana Təbrizi “Sirr mülkü” (“Sirrlər şəhəri”) olaraq görür. Məhz Təbriz mühiti Şəms Təbrizi kimi böyük alimi, mütəfəkkiri yetişdirmişdir. Həqiqətən də Təbriz elm, mədəniyyət, mənəviyat və eşq günəşləri yetişdirən bir şəhər olmuşdur.

Şəms Təbrizi ilə ünsiyyət və münasibətlər Rumiyə mistik idra­kın yeni bir yolunu tapmaqda kömək etmişdir. Buna baxma­ya­raq, onun bütün ideya və nəzəri fikirləri yalnız Rumi öldükdən sonra Mövləvilik adı ilə formalaşmışdır. Mövlana ərəb sözüdür. Ana dilimizdə onun tam qarşılığı “yüksəlmiş” deməkdir. Yəni hissən, fikrən, ruhən yüksək mənəvi ucalığa varmış insan.

Şəms dünyasında şeir, musiqi və səmavi rəqs əsas yer tut­muşdur. “Səm`a” ərəb dilində “dinləyiş” deməkdir. Mövlana Şəmsi dinlər­kən ruhundakı titrəyişləri “səma” rəqsinə yükləmişdir. Şəmsin səsi də çox təsirli və cəlbedici olmuşdur. Şəmsin səs dinamikləri Möv­lananı öz təsiri altına almışdır. Bu geniş diapazonlu Şəmsin sə­sindəki mənalı fikirlər, ilahi şeirlər Mövlananı elə hərəkətə, elə vəc­də gətirmişdir ki, bütün şeirlərini bir musiqi, bəstə üzərində yaz­mış­dır. Mövlananın şeirində yalnızca sözlər həyəcana gəlib rəqs et­mir, şeirin özü də rəqs edir. Hər şey rəqs edir, fikirlər, sözlər, ver­gül və nöqtələr. Şəms Mövlananın ruhunu ehtizaza gətirmiş, onu rəqs, musiqi sevdası ilə doldurmuşdur. “Səmaazən­lik” də bəşəriyyəti bəsirət qulağı ilə dinləmək anlamlna gəlir. Dinləyərək hisslər alə­min­də aləmin sirlərinə qovuşmaq deməkdir. Bu üzdən də “Səma­azənlik” Şəmsdən sonra da dərin bir fəlsəfi mahiyət daşımışdır. İşin maraqlı cəhəti budur ki, islam aləmində ilk dəfə olaraq qadınlar da Şəmsin istəyi ilə səmazənliyə qatılmışlar. Şəms Təbrizinin bu gö­rüşü o dövrdə Hacı Bektaş Vəli tərəfindən yaradılan Bektaşiliyə də təsir göstərmiş və qadınlarla kişilər fırlanaraq xüsusi rəqslər etmiş, səmazənlik etmiş və bu gün də bu davam etməkdədir.

Şəmsin Mövlanaya öyrətdiyi təlimlərdən birisi də musiqi olmuşdur. İnsanın bütövləşməsində, kamilləşməsində musiqini duymaq, ondan həzz almaq, həzin şeir və rəqsin ahəngi altında xüsusi emosional hallar keçirmək insanı yeni bir aləmdə kök­ləyir, insanın ruhunun zənginləşməsində, qəlbinin tərbiyəsində mühüm rol oynayır. Şəmsin bu təlimi, bu fəlsəfəsi üzərinə mənbərdə vaizliklə məşğul olan Mövlana məscidi buraxıb musiqi öyrənir, şeirlərinə bəstələr yapır. Bu gün muğamlarımızda Mövlana Cəlaləddin Ruminin bir neçə bəstəsi vardır. Onlardan ən önəmlisi “Şur” muğamındakı “Səmai-Şəms” şöbəsidir ki, Cəlaləddin Rumi bunu öz ruhunun memarı olan müəllimi Şəms Təbriziyə ithaf et­mişdir. (“Səmai-Şəms” - “Şəmsin səmavisi”, rəqsi “Şəmsi dinləmə” anlamına gəlir. Bu gün o “Simai-Şəms” kimi tələffüz olunur). Sə­mavi mərasimlərində “Səmai-Şəms” muğamınının ahən­gi ilə “Sə­ma­zənlik”lə - yəni çalmaq, oxumaq və rəqs etməklə məş­ğul ol­muş­lar. XX əsrdə dahi bəstəkarımız Üzeyir Hacıbəyli muğam­la­rımıza yeni bir ruh, yeni həyat vermiş, muğamlarımızı dərin həyat lövhə­lə­ri, insan duyğuları ilə yükləyərək muğamlarımızın forma və məz­mu­nu daha da dərinləşmiş və Şəms təlimlərinə daha çox yaxın­laşmışdır.

Şəms Təbrizinin zahiri və daxili gözəlliyi, yüksək insani keyfiyyətləri, etiqadına dərindən sədaqəti Rumini özünə heyranlıqla cəlb etmişdir. Onun müəlliminə məhəbbəti adi insani duyğulardan da yüksəkdə dayanmışdır. Rumi onu özünün mürşidi, müəllimi elan edərək, bütün elmi fəaliyyətini dayandırmış, mədrəsədəki işini bu­rax­mış və özünü bütünlüklə duyğularının, qəlbinin ixtiyarına ver­miş­dir. Onlar bütün vaxtlarını Şəmsin digər müridləri ilə birlikdə elm, mərifət məclislərində, “xəlvəti-üns” gecələrində keçirirlər. Bu məclislərin əsasını isə musiqi, ilahi şeirlər və xüsusi səmavi rəqslər tuturdu.

Şəmsin fəlsəfəsinin əsasında insana məhəbbət, “insan haqları” fəlsəfəsi dayanmaqdadır. Şəms Təbrizidə insana dərin sevgi və sayqı vardır. Çünkü insan islam fəlsəfəsində də deyildiyi kimi ya­ran­mışların ən şərəflisi, ən ulusudur. Bu fəlsəfə, bu ideya Möv­la­nanın dünyaya baxışına qüvvətli təsir göstərmişdir.

Şəms Təbrizi insanın mənəvi, ruhi aləminə böyük önəm ver­miş və insanın iç dünyasını daim öyrənməyi özünün 40 tövsiyəsində açıqlamalarla bildirmişdir: ”Nə yönə gedirsən get; şərq, qərb, şimal, ya da cənub... Çıxdığın hər yolçuluğu bir səyahət olaraq düşün! Öz içinə yolçuluq edən kimsə sonunda bütün dünyanı dolaşar!

Şəms mənəvi elmlərdən və elmi qazanmaqdan bəhs edərkən bunları da demişdir:

- Elm üç şeylə əldə edilir: Zikr edən dil, şükr edən qəlb, səbr edən tən.(bədən). Elmsiz bir vücud susuz bir şəhərə, quru bir qəlibə bənzər. Vücudu pəhrizlə, əхlaqla, cəhd və qeyrətlə sulamaq və bəzəmək lazımdır. Könlü az istəkli, gözü tох оlun. Əlinizdə оlanlara qənaət edin, başqalarının əlində оlanlardan ümidinizi kəsin”.


Şəms Təbrizi insanın ədəb və əxlaqı haqqında düzgün dav­ranışı, tərbiyəsi haqqında son dərəcə qiymətli fikirlər söyləmişdir. O insanın ədəbinin onun dilindən, danışığından başladığını deyir. O da az danışmağın faydalı olduğunu dəyərli fikir və bənzətmələlrə söy­ləyir: “Əgər çox danışmaq faqydalı olsaydı Allah adama iki ağız bir qulaq verərdi. Onun üçün çox dinləyib, az danışmaq gərək­dir...”

Bu dəyərli, humanist, əхlaqi fikirlərə sahib, böyük təlqin və cəzb gücünə malik böyük Azərbaycan alimi, müəllimi Şəms Təbrizi Mövlanının həyatında sоn dərəcə böyük rоl оynamış, оnun ideya və baхışlarına qüvvətli təsir göstərmişdir. Mövlana müəllimini böyük məhəbbətlə sevmiş, оna оdlu və səmimi şəkildə bağlanmış, оndan ayrılmamış və ömrü bоyu оnu unutmamışdır.

Mövlana həyatı bоyunca elmə, biliyə, arif insanlara yüksək qiy­mət vermiş hətta məzarını belə arif insanların könlündə оldu­ğunu söyləmişdir:

Ölümümüzdən sоnra məzarımızı tоrpaqda arama,

Məzarımız arif insanların könüllərindədir - beyti ilə Möv­lana “Elm”, “İrfan”, “Məritfət” əhlinin yüksək mərtəbəsinə yük­səl­miş və bu yоlu da insanlara göstərmişdir.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin