Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,59 Mb.
səhifə66/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   443
4.8. Hürufilikdə tərbiyə
Azərbaycanın orta əsrlər ictimai, dini-fəlsəfi, pedaqoji və ədəbi-mədəni gеrçəkliyində sufizmin əhəmiyyətli qollarından biri Hürufizmdir. Pantеist dini-fəlsəfi düşüncəni əsas götürən bu cərə­yan əsasən XIV-XV yüzilliklər Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi və pedaqoji mühiti ilə o qədər sıx və əsaslı şəkildə qaynayıb qovuşur ki, onu nəzərə almadan həmin dövr ədəbi-pedaqoji fikri dərk еtmək mümkün dеyildir.

Təkcə onu dеmək kifayətdir ki, orta əsr Azərbaycan ədəbiy­yatının ən böyük ədəbi siması və bu dövr ana dilli şеirimizin ustadı İmadəddin Nəsimi hürufizmin ən görkəmli nümayəndəsidir. Onun bənzərsiz şеirlərinin çoxu hürufilik idеyalarının bədii ifadəsinə və təbliğinə xidmət еdir.

Hürufi dedikdə hərf elmi ilə məşğul olan, hərflərdə bir məna axtaran, hərflərə müqəddəs varlıq kimi baxan inanc sahibi başa düşülür. Ümumiyyətlə ərəb əlifbasının hər bir hərfində bir məna mövcuddur. Bu həm dini, fəlsəfi mənada bir məna, həm də “Əbcəd” hesabında müəyyən bir rəqəmi, ədədi bildirir.

“Hüruf”- “Hərf” kəlməsinin cəmidir.Yəni “Hərflər”. Hüru­fi­li­yə görə varlıq səslərdən ibarətdir. Səs və hərf sözlərdə öz əksini ta­pır. Sözlər hərflər üzərində qurulur və insanlar tərəfindən ifadə olunur.

Kainat Tanrının “Ol” kəlməsindən meydana gəlmişdir ki, bu da səs vasitəsi ilə ifadə olunmuşudr. Səsin işarəsi hərflərdir. Ona gərə də hərflər müqəddəsdir. Hər bir hərfin mənası və bir anlamı vardır. İnsan hərflərin daxili rəmz və mənalarını dərindən öyrənər­kən ilahi aləmin sirlərini də öyrənmiş olur.

Məsələn, “Əlif” (ا) hərfi özündən sonra gələn heç bir hərflə bir­ləş­mədiyi üçün çoxluğa yaxın düşməmişdir, o təkdir. Bu hərf baş­lanğıc hərfdir və Allahı simvolizə edər. Başlanğıc Allah oldu­ğuna görə, hər şey Ondan sonra gəlir. Təsəvvüfdə kamil, yetkin in­san ərəb hərfləri arasında Əlif (ا) hərfinin rəmzidir. Botanlka alə­min­də lalə budağının dim dik olması ərəb əlifbasında “Əlif”lə mü­qayisə edilir. Lalə kəlməsinin yazılışı ilə Allah kəlməsinin yazılışı eyni hərf­lərlədir. Allah kəlməsində 1 Əlif, 2 Lam, 1 he hərfləri vardır. Əlif hərfinin əbcəd dəyəri 1, lam hərfinin 30, he hərfinin isə 5-dir. Buna görə də “Lalə” ilə “Allah” kəlmələrinin əbcəd hesabı ilə dəyəri 66-dır. “Lalə” ərəb hərfləri ilə yazıldığında tərs tə­rəf­dən oxunanda ortaya “Hilal” – yəni aypara kəlməsi çıxır.

Qeyd edək ki, aypara islam aləmində geniş yayılmış bir sim­voldur. Aypara bayrağımız üzərində dalğalanır. Ayparanı qəbirüstü daşlarda, xalçalar, abidələr üzərində görmək olar. Nədir ayparanın sirrı? Niyə bu qədər geniş yayılmışdır? Belə ki, aypara ərəbcə “Hilal” deməkdir. “Hilal” ərəbcə yazılışına görə “h”, “l” “a” “l” hərflərindən əmələ gəlir. “Allah” kəlməsi də bu hərflərdən düzəlir. Hər iki sözdəki hərflərin cəmi “Əbcəd” hesabında “66”- dır. Demək Aypara (Hilal) İslamiyyətdə Allahın simvolu kimi qəbul edilmişdir.

Yaxud, “Vav” hərfi də (و) müqəddəs hərflərdən sayılır. Öz ya­zı­lışına və quruluşuna görə əsas üç məna ifadə edir: 1)Ana bət­nin­dəki insanı xatrladır; 2)“O” - Allahın özünü xatırladır; 3)“Ol”- Allahın ilk sözünü xatırladır. “Vav” əbcəd hesabında 6 rəqəmini ifadə edir ki, bu həm kainatın simvolu, həm də imanın 6 şərtini (Al­laha iman, Peyğəmbərlərə iman, Allahın kitablarına iman, Axirət gü­nünə iman, Qəzavü-qədərə iman, Allahın mələklərinə iman) ifadə edir.

İslam alimlərinə görə təssəvvüfdə, əbcəd hesabında Allah kəlməsinin qarşılığı 66-dır. Bu bir birinə kilidlənmiş iki “Vav” hərfinin yazılışı ilə meydana gəlib Allahı anladır. Ona görə də “Vav” birliyi, bərabərliyi bildirir. “Vav” Allahın 99 adından biri olan ”Vahid” ismini bildirir və “Vəhdət”in simvoludur. “Vav” həm də qulu təmsil edir. Ana qarnındakı uşağa bənzəyir. İnsan dünyaya “Vav” formasında gəlir və sonra həyatı boyunca “əlif”- (ا ) kimi düz olur, daha sonra da “Vav” formasında da əyilir, dünyadan köçür. “Vav”-ın yazılışında bir gözəllik, estetika olduğundan xəttatlar da ən çox “Vav” hərfi üzərində çalışmışlar. “Vav” hərfi həmçinin ərəb əlifbasında v, o, ö, u, ü, səslərinin qarşılığını veirir.

İbadət yerlərinin qapısı önündə, padşah, Sultan saraylarının namaz qılınan yerlərinin qapısı başında, ki bu qapı da adam boyundan aşağı yapılır və üstündə üz-üzə yazılmış iki “vav” hərfi yazılırdı. Bu Allahın simvolu kimi qəbul edilirdi və bura ibadət üçün içəri girənlər baş əyərək bu qapıdan içəri keçərmişlər. İki “vav”ın qarşı qarşıya yazılması həmçinin ürəyin, qəlbin simvolu kimi də qəbul edilmişdir.

Hərflərin hikmətli mənasını biz Mövlana Cəlaləddin Ruminin misralarında görürük:

“İnsan namazda kıyama durunca (ﺍ) “elif” olur. Rükuya eyi­lincə (ﺪ) “dal” olur. Səcdəyə varınca (ﻣ) “mîm” olur. Beləliklə adəm olur!”...Bu şekilde namazı tamamlayınca “elif- dal ve mim” den olu­şan âdem (ﺍﺪﻣ) olur. Yani adam olur.”

Hürufilikdə, sufilikdə nöqtə vəhdət rəmzidir. Bеlə ki, qələmin ucu kağıza və ya lövhəyə toxunduqda nöqtə əmələ gəlir və sonra yazı yazılır. Dеməli, nöqtə yazının başlanğıcıdır. Varlığın başlanğıcı da vəhdətə bağlıdır və ondan nəşət еdir. Nöqtədən – başlanğıcdan sonra əmələ gələn yazı-xətt isə varlığın tədricən nizamla zühur olmasına işarədir

Hərflərin bir məna, ifadə kəsb etməsi hələ səhabələr döv­rün­dən məlum olmuşdur. Həzrəti Əli (s) deyirdi “Bismillah” “ب” (Be) hər­findən meydana gəlmişdir. Mən “Be” hərfinin altındakı nöq­təyəm. “Be” hərfinin təsəvvüfdə müqəddəs bir hərf və bir açar ol­ma­sı haqqında XV əsrdə yaşamış Bərdəli Şeyx İbrahim İbn Mə­həm­məd İbn Hacı İbrahim İbn Şəhabəddin Bərdəinin (Gülşəni) də­yər­li misralan vardır:


B” hərfi “bismillahi rəhmani” kəlməsindən,


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin