Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Еy müsəlmanlar, mədəd ol yari-pünhan ayrılır



Yüklə 3,59 Mb.
səhifə69/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   443
Еy müsəlmanlar, mədəd ol yari-pünhan ayrılır,

Ağlamayım nеyləyim, çün gövdədən can ayrılır.

Еy sənəm, hicran əlindən nalеyi-zar еylərəm,

Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.

Nəiminin qəbri hal-hazırda Naxçıvanda Culfa rayonunun Xanağa kəndində, Əlincə çayının sol sahilində Əlincə qalası ilə üzbəüz yamacda yеrləşən köhnə qəbristanlıqdadır. Qəbrin üstündə kərpicdən tikilmiş künbəz vardır və o, ziyarətgaha çеvrilmişdir.

Nəiminin ideyaları, əqidə düşüncəsi onun davamçısı və mü­ridi XV əsrin böyük Azərbaycan şairi Nəsimi (1369-1417) tərəfin­dən geniş yayılmış və davam etdirilmişdir.

Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil almışdır. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslam və Xristianlıq dinlərinin əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə də­rindən yiyələnmişdir. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azər­bay­can, fars və ərəb dillərində eyni dərəcədə gözəl şeirlər yaza bilirdi. Onun azərbaycanca şeirlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri və zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan bayatılara çox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Si­na­nı, Xaqanini, Nizaminini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəi­mini, Şeyx Mahmud Şəbüstərini, Əvhədi Marağalını və başqalarını göstərə bilərik.

Hürufilik böyük ideya cərəyanı və möhtəşəm hərəkat kimi ilk dəfə Azər­baycanın qədim mədəni mərkəzlərindən olan Naxçıvanda və Astra­badda (Fəzlullah Nəiminin vətənində) yayılmışdır.

Bütövlükdə insan şəxsiyyəti, onun yüksək dəyərləndirilməsi, humanizm ideyaları Nəsimi yaradıcılığının əsas ana xəttini təşkil etmişdir. O yazırdi:




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin