Hər bihünər insafı yox, uş mənsəbi tutdu,
Sahib hünərə mənsəbü idrar bulunmaz,
Xəlqin əməli azdı, könül yıxıcı ögüş,
Bir xəstə könül yapıcı memar bulunmaz.
Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanmış və tanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirmişdir. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazmışdır. Lakin X əsrin sufi şairi Həllac Mənsurun təlimi Nəsiminin ruhuna daha yaxın idi.
Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl Allah, ilahi eşq dayanır. İnsan üçün ən yüksək, ülvi duyğu həmin sevgilinin vüsalına yetişmək, ona qovuşmaq, onda əriyib yox olmaqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmayaraq, o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, həqiqətə çatdıra bilər. Nəsiminin bu düşüncələrini poetik tərzdə ifadə edən məşhur şeir də bu fikri təsdiq edir:
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.
İnsanın əxlaqi keyfiyyətlərini ürək açan keyfiyətlərini ifadə etməklə bərabər, həmçinin insanı qəmgin edən rəzil əlamətlərini də Nəsimi öz şeirində belə ifadə etmişdir:
Dostları ilə paylaş: |