Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Mələklərlə bərabər, mələkut səmalarında uçmaq istəsən



Yüklə 3,59 Mb.
səhifə56/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   443
Mələklərlə bərabər, mələkut səmalarında uçmaq istəsən

Məxluqata şəfqət və mərhəmətdə Günəş kimi ol!

İnsanların qüsurlarını örtməkdə gecə kimi ol!

Təvazökarlıqda torpaq kimi ol!

Səxavət və comərdlikdə axan çaylar kimi ol!

Sirr saxlamaqda ayna kimi ol!

Hiddət və əsəbilikdə ölü kimi ol!

Ya olduğun kimi görün,

Ya göründüyün kimi ol!

Mövlana həyatı boyunca özünə heç bir şey istəməmiş, daim darda qalanların, haqqı yeyilənlərin yardımına tələsmiş, əlində olanı insanlara bağışlamış, özünə ehtiyac olduğu halda başqalaına vermiş, olmadığı zaman da – “Evimiz peyğəmbər evinə bənzədi” - deyərək şükr etmiş və demişdir: “Allahım, məni çox yeməkdən, çox danışmaqdan və çox yatmaqdan qoru”. Az yemək bədənin, az danışmaq ağlın, az yatmaq isə ruhun sağlamlığıdır.


Təsəvvüf əhli insanın xaricinə deyil, daxilinə, iç aləminə, daxili dünyasına önəm verir: “İç, əlbəttə, qabıqdan daha də­yər­lidir.. .Hər meyvənin içi qabığından yaxşıdır. Sən də bu bədəni qabıq, o qəlbdə yer verdiyin dostu, sevgilini iç olaraq bil...!” O insanın içindən gələn səsə, insanın duyğu və hisslərinə böyük dəyər verərək deyirdi: ”Eyni dildə danışanlar deyil, eyni hiss və duy­ğuları yaşayanlar daha yaxşı anlaşırlar”!
Mövlana bir əxlaqi keyfiyyət kimi susmağa, O içdən, qəlbdən gələn səsi duymaq üçün susur və susunca da qəlbi ilə, iç dünyası ilə danışır. Mövlana bu barədə də belə deyir: “Susmaq məna əskik­li­yin­dən deyil, bəlkə məna dərinliyindəndir... Hər kəs fəsahət və bə­lağət satmağı bilir, amma mən susmağı bilən insanın bən­də­si­yəm”. Bəli, eşidən, dinləyən insan bilən insandır. Susmaq heç də bil­məmək deyil, Hüseyn Cavid demişkən - “Susmaq özü də bir dürlü fəryad!”. Mövlana deyirdi: “Gərək yox hər sözü laf ilə bə­ya­nə. Bir baxış min söz edər baxışdan anlayana!”. Mövlana başqa bir yerdə də susqunluğunu belə ifadə etmişdir:Susqunluğum əsalətimdəndir. Hər lafa verəcək bir cavabım var. Lakin, bir lafa baxaram lafmı deyə, bir də söyləyənə baxaram adammı deyə.. “.

Mövlananın həyat fəlsəfəsi və dini görüşlərinə əsaslanan Mövləvilik Tanrı ilə kainatın vəhdətini əks etdirir: Hər şey Tanrıdan gəlir və Tanrıya qayıdır. Mövlana göstərir ki, hər şey kökünə, əslinə can atır, sоn nəticədə о mütləq kökünə dönəcəkdir. Əslindən, kö­kün­dən, uzaq düşənlər, kökünə dönməyənlər hələ tam, bütöv de­yildir. İnsan da yalnız özünə döndükdə, özünü tanıdıqda, öz kökünə qayıtdıqda, əslini dərk etdikdə bütövləşir, kamilləşir. Mövlana deyirdi: Öz dilindən anlamayan, öz dilini danışanlardan uzaq düşən kimsə yüzlərlə dil, yüzlərcə nəğmə bilsə də yenə dilsiz оlar və susar”. Mövlananın kökə, əslə dönüş düşüncələri “Məsnəvi”nin ilk misralarında neyin dilində bu böyük həqiqət belə anladılır:


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin