Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Gey ol tacı, əmin ol hər bəladan!”



Yüklə 3,59 Mb.
səhifə60/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   443
Gey ol tacı, əmin ol hər bəladan!”

Bektaşi təkyələrinin (“Təkyə” və ya “Təkkə” ibadət və təlim yeri) giriş qapısında hər kəsin görə biləcəyi bir yerdə böyük hərflərlə “Ədəb” sözü yazılıb asılırdı. Bu o demək idi ki, bura ədəb, əxlaq mərkəzidir. Bura ədəblə girilir, ədəblə çıxılır. “Ədəb”(ادب) kəlməsi ərəb əlifbası ilə“Ə”,( ا) “D”(د),“B”(ب) hərflərindən meydana gəlmişdir. Bu üç hərf, üç kəlməyə dönmüşdür. Bunlar “Əl”, “Dil”, “Bel” kəlmələridir. Yəni, “Əlinə sahib оl, dilinə sahib оl, belinə sahib ol” kəlmələri, Bektaşi fəlsəfəsinin əхlaq və mənəviyyat prinsipi sayılmışdır. Bektaşiliyə daxil olanlar bu üç kəlmənin dərin mənasını dərk etmiş və ona həmişə əməl etmişlər. Bu üç kəlmənin fəlsəfi mənalarını aşağıdakı kimi şərh etmək оlar:

1. Əlinə sahib olmaq. İnsanın əli həm yaxşılığa, həm də pisliyə istifadə oluna bilər. İnsan əlinə sahib olmadıqda hər cür pisliklər edə bilər ona görə də insan əlinə sahib olmalı, onu yalnız yaxşı, faydalı işlərə işlətməlidir.

Əlinə sahib ol həmçinin əlinlə qoymadığın bir şeyi götürmə. Əlinlə kimsəyə pislik etmə. Kimsənin malını götürmə, kimsəyə haqsızlıq etmə Bir sözlə əlinə nəzarət et, əlinlə haqqı, ədaləti qoru. Ərəb əlifbasında bu kəlməni “El” kimi də oxumaq olar ki, yenə də burada “Elini qoru”, “Elinə sahib ol” - mənalarını söyləmək olar.

2. Dilinə sahib olmaq. Az danışmaq ədəbdəndir. ”Çox danışan çox səhv edər”- demişlər.

Dil insanlar arasında ünsiyyət vasitəsidir. Bir insan dilini yax­şılığa da və pisliyə də istifadə edə bilər. Dil var kəsər başı, dil var kəsdirər savaşı. Dil qılıncdan da kəsərlidir. İnsan dilini yalan­dan, riyadan, saxtakarlıqdan qorumalı. Yəni dilinə sahib çıxmalıdır.

Dilinə sahib olmaq, həmçinin o deməkdir ki, gözünlə gör­dü­yün və ya görmədiyin hər şeyi söyləmə. Dedi-qodu yaratma, yalan söyləmə, qeybət etmə. Deyəcəyini əvvəlcədən fikirləş, ölc-biç, son­ra danış. Dilinə sahib olmaq öz ana dilinə hörmət göstərmək, onu gözəl bilmək, qorumaq və yalnız yaxşılığa istifadə etməkdir.

3. Belinə sahib olmaq. İnsanın nəfsinə sahib olması nigahı və ha­lalı olmayana meyl etməməsi, öz nəslini, soyunu, kökünü qоru­masıdır.

Bu üç qaydaya əməl etmək Bektaşi ədəb və əхlaqının əsasını təşkil etmiş və Bektaşi misralarına belə köçmüşdür:


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin