DərsliK İqtisad elmləri doktoru, professor


§ 5. İCTİMAİ İNKİŞAF NƏZƏRİYYƏSİ



Yüklə 0,6 Mb.
səhifə104/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   121
referat 921

§ 5. İCTİMAİ İNKİŞAF NƏZƏRİYYƏSİ
İctimai inkişaf nəzəriyyəsi 20-30-cu illərin iqtisadi təlimlər tarixində xüsusi yer tutur. İctimai inkişaf nəzəriyyəsinin görkəmli nümayəndəsi İ.Şumpeter olmuşdur.

Şumpeter nəzəriyyəsinə demək olar ki, 20-30-cu illərdə mövcud olan siyasi iqtisad problemlərinin əksəriyyəti daxil edilmişdi. Onun ideyaları institusionalizmin daha da inkişaf etdirilməsinə təkan vermişdir.

Şumpeter müəyyən bir vaxt ərzində müvazinətlik nəzəriyyəsindən uzaqlaşsa da bu nəzəriyyəyə dəfələrlə qayıtmış və statika konsepsiyasından daha geniş istifadə etmişdir.

Şumpeterin fikrincə müvazinətlilik vəziyyətindən çıxan sistem yenidən həmin vəziyyətə qayıdır, elmin vəzifəsi isə sistemin müvazinətlilik vəziyyətindən çıxıb yenidən ona qayıtmasının səbəblərini açmaqdan ibarət olmalıdır. O, öz tədqiqatının mərkəz nöqtəsi kimi sistemin inkişafı və bu sistemə təsir edən amillərin öyrənilməsini seçmişdi.

O, kapitalist iqtisadiyyatının inkişafı və fəaliyyəti mexanizmini bütövlükdə öyrənmişdir. Özünün "İqtisadi inkişaf nəzəriyyəsi" (1911) kitabında öz məqsədini dəfələrlə açıqlayaraq göstərirdi ki, mən belə bir suala cavab verməyə çalışıram ki, tez-tez dəyişdirilən qüvvələr hesabına iqtisadi sistem nə cürə istehsal edir.

O, belə bir dəqiqliyə riayət edirdi: prosesin dövranı daxilində iqtisadi sistem sadə təkrar istehsala (statikaya) uyğunlaşır və eyni zamanda inkişafın pozulması və dəyişilməsi dövranı zamanı dinamikaya uyğunlaşır.

Yeni məhsulların yaranması, istehsalın yeni metodlarının üzə çıxması, yeni satış bazarlarının mənimsənilməsi, yeni xammal mənbələrinin əldə edilməsi, bütövlükdə bazar mühütünün dəyişməsi, yeni "istehsal kombinasiyalarının" yaranmasını Şumpeter iqtisadi dinamikanın səbəbi və mahiyyəti kimi şərh edirdi.

İnkişafı təhlil edərkən Şumpeter yazırdı ki, inkişaf trayektoriyanı dəyişir, bu dəyişmə dövran prosesində baş verir. Belə bir dəyişmə müvazinətin vəziyyətini pozur ki, trayektoriya müvazinət istiqamətində hərəkət etməli olsun. Lakin hər cürə dəyişiklik müvazinəti poza bilmir. Müvazinətə, Şumpeterin fikrincə, iqtisadiyyatda baş verən kortəbiilik və diskresion (öz istəyilə hərəkət etmə) amillər təsir edir.

Şumpeter dinamik dəyişikliklərin səbəbini təhlil edərkən o, öz diqqətini istehsal amilləri üzərində cəmləşdirir.

Şumpeterin konsepsiyasına görə inkişafın hərəkətverici qüvvəsi sahibkarlardır (sahibkarçılıqdır). O, sahibkarlığa istehsal və ticərətlə məşğul olanları daxil edirdi.

Şumpeter inadkarcasına "kapitalistlər" ilə "sahibkarlar" arasında fərq qoyurdu. Sahibkar dedikdə, Şumpeter göstərirdi ki, sahibkar o şəxs deyil ki, onun nəyi isə var, sahibkar o adamdır ki, onun xüsusi keyfiyyətləri - təşəbbüskarlığı, hörməti (avtoriteti), bacarıcı, qabiliyyəti, gələcəyi görməyi, risk etməyə hazırlığı var. O, sahibkarlığı xarakterizə edərkən doğru olaraq göstərirdi ki, yuxarıdakı sadalanan amillər hər cür sosial sinifdə ola bilməz.

Şumpeterin fikrincə sahibkarlıq funksiyasını o adamlar yerinə yetirə bilərlər ki, onlar və onların ailələri uğurla çıxış edirlər. Eyni zamanda belə adamların sinfi mənafelərinə sahibkarlıq cavab verməlidir. Sahibkarlıqla məşğul olanlar xüsusi stil yaratmalı, xüsusi əxlaqi keyfiyyətlərə və estetik zövqlərə malik olmalıdırlar. Lakin onun fikrincə, bütün sosial siniflərdə belə keyfiyyət yoxdur. Sahibkar ətraf mühitdə ona qarşı olan maneələrlə üzləşə bilər. Belə maneələri aradan qaldırmaq üçün sahibkarda güclü ruh və enerji olmalıdır.

Şumpeterin konsepsiyasında kredit məsələlərinə də xüsusi diqqət verilir. Onun fikrincə kredit elə bir iqtisadi rıçaqdır ki, onun vasitəsilə mövcud istehsal amillərindən istifadə etməklə "yeni istehsal kombinasiyaları", yəni yeni məhsul növləri, yeni istehsal sahələri yaratmaq olar. Buradan da Şumpeter təsərrüfatın inkişafında bankların xüsusi rolunu qeyd edir.

Şumpeter ancaq kapitalın pul formasını qəbul edir. Onun fikrincə istehsal vasitələrinə çevrilən avans olunmuş kapital öz spesifik funksiyasını itirir, onlar fondlar kimi mövcud olurlar ki, sahibkar da bunun hesabına əldə etdiyi istehsal vasitələrinin hesabını verir. Şumpeterin fikrincə, bu artıq kapital deyil, əmlakdır.

Şumpeter göstərir ki, kapital həmişə tədiyə vasitəsi kimi çıxış edir. Lakin bütün tədiyə vasitələri kapitalın spesifik funksiyalarını yerinə yetirə bilmir. Kapitalın dövranı prosesində tədiyə vəsaitləri xalis texniki funksiyaları yerinə yetirirlər.

Tədiyə vasitələri kapital funksiyasını sahibkarın əlində olanda yerinə yetirir. Çünki bu zaman istehsalın strukturu dəyişir. Məhz buna görə də kapital bazarı pul bazarıdır.

İctimai inkişaf nəzəriyyəsində mühüm yerlərdən birini sahibkar mənfəəti tutur. Şumpeter yazırdı: inkişafsız sahibkar mənfəəti yoxdur, mənfəətsiz isə inkişaf yoxdur. Sahibkar gəliri hər-hansı bir gəlirdən üstündür, sahibkar mənfəəti inhisar xarakteri daşıya bilər, lakin belə bir mənfəət uzunmüddətli ola bilməz. Əgər novatorluq forması istehsalda yox olarsa, istehsal ənənəvi istehsala çevrilərsə o zaman mənfəət yox ola bilər,

İqtisadiyyatın tsiklik inkişafını Şumpeter novatorluqla da əlaqələndirir. O, özünün "İqtisadi tsikillər" (1939) kitabında çalışırdı ki, üç tipli olan tsikillər arasındakı əlaqələri aydınlaşdırsın. O, tsikllərə belə yanaşırdı: uzunmüddətli (Kondratyev), klassik (jyuqlar) və qısamüddətli tsikllər (Kitçina). Onun fikrincə bütün bu tsikllər yeni qaydalarla, yəni yeni texnikanın tətbiqi ilə əlaqədardırlar. Məsələn, bir formada olan yeniliyin tətbiqi sahibkara yenilik gətirir, o da yüksək mənfəət əldə edir. Bunun da nəticəsində yüksəliş başlayır. Lakin bu yenilik getdikcə öz əhəmiyyətini itirir, səhvlər və düzgün olmayan hesablamalar iflasa gətirib çıxarır, mənfəət aşağı düşməyə başlayır.

Belə ki, depressiyalar dövrü başlayır, bu depressiyalar yeni kəşflərə qədər davam edir.

1942-ci ildə Şumpeterin "Kapitalizm, sosializm və demokratiya" kitabı çapdan çıxır. Bu kitab kapitalizmin tarixi taleyini özündə əks etdirən bir əsərdir. Eyni zamanda bu kitab onun tədqiqatlarının məntiqi ümumiləşdirilməsidir.

Şumpeter kapitalizmin sahibkarlıq mahiyyətini belə anlayırdı: kapitalizmin inkişafını kim müəyyən edir, bu sistemi kim hərəkətə gətirir.

Şumpeterə görə belə bir qüvvə sahibkar-novatordur, sahibkar- novator isə pul kapitalının gücü ilə öz tarixi funksiyasını yerinə yetirir.

Bu səbəbdəndir ki, o, kapitalizmi dar mənada başa düşürdü, yəni kapitalizm dedikdə, Şumpeter xüsusi sahibkarlıq sisteminin klassik tipini nəzərdə tuturdu. Sərvətin yığılması, onun institusionalizmi, iri korporasiyaların yaranması, dövlətin iqtisadiyyata nüfuz etməsinin güclənməsi-Şumpeterə görə dağılmağın rəmzi idi. Məhz buna görə də kapitalist sistemini böhran bürüyür və nəticədə kapitalizm öz daxili uğurları əsasında məhv olur.

Qeyd edək ki, sahibkarın yeni şərait daxilində funksiyası getdikcə institusionalizmləşdirilir. Texniki tərəqqi təşkil olunmuş ixtisaslı komandalar tərəfindən idarə olunur və gələcəkdə nə cür fəaliyyət göstərəcəyi proqnozlaşdırılır. Keçmiş biznes avantürası yox olur. İnnovasiya (yeni texnikanın tətbiqi) deporsionalizasiya olunur. Şumpeter məhz bu prosesdə kapitalizmin mahiyyətini axtarır. Belə ki, Şumpeterin fikrincə, dəyərliliyin yeni sistemi yaranır, mədəniyyət və təfəkkürün xarakteri dəyişir. Ziyalıların rolu getdikcə artır, onlar "biznesin mədənişləşməsini" tələb edirlər. Şumpeterə görə bütün bu proseslər-yeni sivilizasiyadan xəbər verir ki, bunu da o sosializm adlandırırdı.




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin