Dərs 2. Sətir və sütunlar ilə əməliyyatlar. -
---
Səhifədə yazılmış cədvəlinizə yeni sətir əlavə etmək üçün:
I üsul.
1. Yeni sətrin yerini müəyyən etmək üçün bir ünvan seçin (yeni sətir seçdiyinizdən
əvvəl yaranacaq).
2. Insert menyusundan Rows seçin.
II üsul.
1. Yeni sətrin yerini müəyyən etmək üçün bir* sətir seçin (sətri seçmək üçün onu
başlığında düyməni basmaq kifayətdir).
2. Seçdiyiniz sətrin üzərində sağ düyməni basın və Insert seçin.
* Bir sətir deyil bir neçə sətir seçdikdə yeni sətirlərin sayı da dəyişir( məs., iki sətir seçib
və onların üzərində sağ düyməni basıb Insert seçdikdə iki yeni sətir daxil edirsiniz).
Dostları ilə paylaş: |