Dərslik İşə başlamaq üçün Start menyusunun Programs hissəsindən Microsoft Excel sətrini



Yüklə 407,61 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix02.01.2022
ölçüsü407,61 Kb.
#46654
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   16
exsell-proqrami

Dərs 3. Mə'lumatın formatı.  -  

---

 

Daxil etdiyiniz rəqəmlər müxtəlif formatda ola bilər. Məsələn cədvəlimizə daxil etdiyimiz 

əmək haqqı kəmiyyətlərini dollar formatına keçirə bilərik. Bunu etmək üçün həmin 

rəqəmləri seçin və xüsusi dollar işarəsi olan düyməni basın. 

 

 

Bir neçə ünvanı seçdikdə etdiyimiz dəyişiklikləri onlara tətbiq edə bilərik. Bir neçə 



ünvan seçmək üçün mausun göstəricisi aşağıdakı kimi olarsa mausun düyməsini 

basılı saxlayaraq bir diapazon seçin.  

 

 

Qonşu olmayan ünvanları seçmək üçün Ctrl düyməsini basılı saxlayın.  



Səhifədə olan bütün ünvanlara bir əməliyyat tətbiq etmək üçün sütun adlarından solda 

sətir adlarından yuxarı yerləşən adsız düyməni basmaq olar. Bunu etdikdən sonra bütün 

səhifə seçilir. 

 

Nöqtədən sonra duran rəqəmlərin sayını dəyişmək üçün Increase Decimals və Decrease 



Decimals düymələrindən istifadə edin. Decrease Decimals kəmiyyəti yuvarlamaq üçün 

də istifadə edilə bilər. 

 

Mətnin və ya rəqəmləri rəngini dəyişmək üçün Font Color düyməsindən istifadə edin. 




 

Fonun rəngini dəyişmək üçün Fill Color düyməsindən istifadə edin. 

 

  

Bir ünvanın formatını başqasına köçürmək üçün Format Painter düyməsi istifadə olunur: 



 

1.  Formatını başqasına köçürmək istədiyiniz ünvan üzərində düyməni basın  

2.  Format Painter düyməsini basın  

3.  Başqa ünvanda düyməni basın  





Yüklə 407,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin