Dərslik İşə başlamaq üçün Start menyusunun Programs hissəsindən Microsoft Excel sətrini



Yüklə 407,61 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix02.01.2022
ölçüsü407,61 Kb.
#46654
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
exsell-proqrami

Avtomatik hesablama zonası. 

Bir diapazonu seçdikdə həmin diapazonun cəmi pəncərənin aşağı hissəsində dərhal 

yazılır. Bu verilənləri biz ancaq görə bilirik və istifadə edə bilmərik. 



 

Şəkildə gördüyünüz AutoCalculate zonasında sağ düyməni basaraq orada işləyən aktiv 

funksiyanı dəyişmək mümkündü. 



Dərs 7. Cədvəlin düzlənməsi.  -  

---

 

Bə'zən cədvəli hər hansı bir amil ilə düzləndirmək lazım olur. Məs., cədvəldə olan ad və 

soyadlarının əlifba sırası ilə, və ya əmək haqqının kiçikdən böyüyə və s.Bunu iki üsul ilə 

etmək olar. Məsələn bir verilənlər sırasını başqa müvafiq sıraları dəyişmədən 

düzləndirmək üçün Sort düymələrindən istifadə etmək olar. 

 

Sadəcə olaraq diapazonu seçib düymələrdən birini basmaq kifayətdir. 



Düzlənməni bütün cədvəl ilə etmək üçün Data menyusunda olan Sort əmri istifadə 

olunur. Mütləq olaraq bütün cədvəli seçin və Data>Sort seçin. 

 

Burada Sort By sətrində cədvəl başlıqlarından biri göstərilməlidir.Orada başqa məlumatı 



görsəz pəncərənin aşağı hissəsində olan My List has variantlarından Header Row seçin, 

bu əməliyyat da gömək etməsə cədvəli yenidən seçməlisiniz (bu dəfə düzgün 

seçin).Burada gördüyünüz Ascending variantı mətn üçün A-dan Ə-hərfinə (A-Z) rəqəmlər 

üçün isə 0-dan böyük rəqəmə düzləndirir, Descending variantı isə əksinə.işləyir. 

Ünvanlara köməkçi məlumatlar.(Comments) 

Kifayət qədər yer olmadığına görə və ya başqa səbəblərə görə başlıqda yazılan 

məlumat bə'zən lazım olan qədər dolğun yazılmır. Buna görə də həmin başlıqlara 

köməkçi məlumatlar əlavə etmək məqsədə uyğun olar. 

1.  Köməkçi məlumatlar əlavə etmək istədiyiniz ünvanı seçin  

2.  Insert menyusundan Comments seçin.  

3.  Məlumatı daxil edin, lazım olan şrifti seçin, rəngi seçin və s.  

4.  Başqa bir yerdə mausun düyməsini bir dəfə basın .  




 

Köməkçi məlumatlar əlavə etdiyniz ünvanın yuxarı sağ küncü qırmızı rənglə işarə olunur 

və mausun oxunu yaxınlaşdırdıqda köməkçi məlumatı görə bilərsiniz. 

Köməkçi məlumatları silmək üçün: 

1.  Köməkçi məlumatlar əlavə etdiyiniz ünvanı seçin  

2.  Üzərində mausun sağ düyməsini bir dəfə basın  

3.  Delete Comments seçin.  

Köməkçi məlumatların məzmununu dəyişmək üçün üçün: 

1.  Köməkçi məlumatlar əlavə etdiyiniz ünvanı seçin  

2.  Üzərində mausun sağ düyməsini bir dəfə basın  

3.  Edit Comments seçin.  

 




Yüklə 407,61 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin