Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


FƏSİL BEYNƏLXALQ HÜQUQDA MƏSULİYYƏT L Bcynəlxalq-hüquqi məsuliyyətin anlayışı



Yüklə 0,96 Mb.
səhifə180/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   ...   219
beynelxalq huquq

FƏSİL



BEYNƏLXALQ HÜQUQDA MƏSULİYYƏT

L Bcynəlxalq-hüquqi məsuliyyətin anlayışı




Bcynolxalq-hüquqi məsuliyyət - beynəlxalq hüquq pozuntusu nəticəsində digər dövlətə və ya dövlətlərə (və ya beynəlxalq hüququn başqa subyektlərinə) vurulmuş zərərin nəticələrini aradan qaldırmaq vəzifəsidir.

Dövlətlərin beynəlxalq məsuliyyətini nizama salan nomıalar bu günə qədər məcəllələşdirilməmişdir. Bu sahədə ən mühüm sənəd BMT Beynəlxalq hüquq komissiyasının üzərində uzun müddət (faktik olaraq 1956-ei ildən 2001-ci ilə qədər) işlədiyi və 2001-ei ildə BMT-nin Baş Məclisinə son variantda təqdim etdiyi Beynəlxalq hüquqa zidd əməllərə görə dövlətlərin məsuliyyəti haqqında maddələr Layihəsidir. Müvafiq konvensiya layihəsi kimi nəzərdən keçirilən bu sənəddə, artıq adət kimi tanınmış və beynəlxalq təcrübədə geniş istifadə olunan bir sıra mühüm normalar öz əksini tapmışdır, 'fəsadüfı deyildir ki, BMT Beynəlxalq Məhkəməsi öz təcrübəsində (Qabçikovo-Nagimai’oş işində (1997)) göstərilən sənədə birbaşa istinad etmişdir.

Bcynəlxalq-hüquqi məsuliyyət, əsas etibarilə, beynəlxalq adət normalarına və presedentlərə əsaslanır. Oksər beynəlxalq müqavilələrdə, onların pozulmasına görə hansı neqativ hüquqi nəticələrin ortaya çıxması göstərilmir. Bununla belə, bir sıra müqavilələr mövcuddur ki, onlarda beynəlxalq hüquq pozuntusu törətmiş dövlətin (delikvent dövlətin) məsuliyyət məsələləri bu və ya digər şəkildə öz həllini tapmışdır: Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət haqqında 1972-ci il Konvensiyası;

insan hüquqları sahəsində bəzi müqavilələr (məsələn, Avropa İnsan Hüquqlan Konvensiyası) və s.

Beynəlxalq məsuliyyət institutu beynəlxalq hüququn ümumi institutudur; o, beynəlxalq hüququn bütün sahələrinə «xidmət edir», dövlətlərarası münasibətlərin bütün sahələrində hüquq qaydasının qorunmasını təmin edir.





  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin