Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi, əsas etibarilə, BMT sistemində - həm BMT orqanları, həm də BMT-nin ixtisaslaşmış təsisatları çərçivəsində həyata keçirilir.
Baş Məclis yanında Atom radiasiyasının təsiri üzrə elmi komitə, Kosmik fəzanın dinc məqsədlərlə istifadəsi üzrə komitə kimi köməkçi orqanlar fəaliyyət göstərir.
EKOSOK təbiətin qorunmasmın beynəlxalq məsələlərinə dair tədqiqatlar apanr, məruzələr tərtib edir və bu məsələlər üzrə Baş Məclisə, BMT üzvlərinə və müvafiq ixtisaslaşmış təsisatlara tövsiyələr verir. EKOSOK yanında Təbii ehtiyatlar üzrə komitə fəaliyyət göstərir.
YUNESKO «İnsan və biosfer» beynəlxalq proqramı işləyib hazırlamışdır və onun yerinə yetirilməsini əlaqələndirir. Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında 1972-ci il Konvensiyası bu təşkilat çərçivəsində işlənib hazırlanmışdır. YUNESKO-nun Hökumətlərarası okeanoqrafiya komissiyası dəniz mühitinin mühafizəsi ilə bağlı tədqiqatlar aparır və tövsiyələr hazırlayır.
Ümumdünya səhiyyə təşkilatı atmosfer havasının çirklənməsi problemi ilə məşğul olur və dövlətlərin müvafiq qanunvericiliyini təhlil edir.
Beynəlxalq dəniz təşkilatı dəniz mühitinin mühafizəsi məsələləri ilə
məşğul olur, müvafiq konvensiyalar işləyib hazırlayır.
Ərzaq və kənd təsərrüfatı təşkilatı torpaqlann, meşələrin, suların, flora və faunanın mühafizəsi məsələləri ilə məşğul olur və bununla bağlı müvafiq konvensiya layihələri hazırlayır.
Beynəlxalq mülki aviasiya təşkilatı ətraf mühitin aviasiya səsindən mühafizəsi ilə bağlı texniki-hüquqi qaydalar işləyib hazırlayır.
Atom enerjisi üzrə beynəlxalq agentlik (MAQATE) insanın və ətraf mühitin radiasiyadan müdafiəsi proqramını həyata keçirir.
Lakin BMT sistemində başlıca funksiyası ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı əlaqələndirmək olan xüsusi mexanizm mövcuddur: bu, 1972-ci ildə yaradılmış Ətraf mühit
üzrə BMT Proqramıdır (YUNEP). YUNEP-in fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: a) ayrı-ayn təbii obyektlərin mühafizəsi; b) təbiətə zərərli təsirin müxtəlif növləri ilə (məsələn, səh- rasızlaşma, çirklənmə və s. ilə) mübarizə; e) təbii ehtiyatların rasional istifadəsi; ç) beynəlxalq ekoloji standartların işlənib hazırlanması və s. YUNEP-in dəstəyi ilə Aralıq dənizinin çirklənmədən qorunması haqqında 1976-cı il Konvensiyası, Dəniz mühitinin çirklənmədən qorunması haqqında 1978-ci il Küveyt regional Konvensiyası, Havanın uzaq məsafələrə transsərhəd çirklənməsi haqqında 1979-cu il Konvensiyası və digər mühüm beynəlxalq müqavilələr işlənib hazırlanmış və qəbul edilmişdir.
YUNEP-in əsas orqanları bunlardır: İdaretmə şurası (ali rəhbər orqan); başında İcraçı direktor dayanan Katiblik və Ətraf mühit fondu.
Dostları ilə paylaş: |