Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə104/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   219
beynelxalq huquq

Namibiya işində (1971-ci il) Beynəlxalq Məhkəmə Cənubi Afrika Respublikasının bu ərazidə yeritdiyi irqi ayn-seçkilik siyasətini «BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin kobud po- zuntusu» kimi səciyyələndirmişdi.

İkinci bir tərəfdən, BM'f Nizamnaməsində konkret insan hüquq və azadlıqları sadalanmır. Hansı hüquqların əsas insan hüquqlanna aid olduğunu və onların «beynəlxalq kataloqunu» müəyyən etmək üçün 1948-ci il dekabnn lO-da BMT Baş Məclisinin 217 (III) nömrəli qətnaməsi ilə Ömumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edildi. 58 BMT üzvündən 48-i Nizamnamənin lehinə



səs vermiş, 8 dövlət, o cümlədən SSRİ bitərəf qalmışdı (iki dövlət isə, ümumiyyətlə, iştirak etməmişdi). 30 maddədən ibarət olan bu sənəddə vətəndaş və siyasi hüquqlardan başqa, bir sıra iqtisadi, sosial və mədəni hüquqlar da (məsələn, işləmək hüququ, təhsil hüququ, istirahət hüququ və b.) təsbit olunmuşdur. Bəyannamə beynəlxalq insan hüquqlan hüququnun, habelə bütövlükdə beynəlxalq hüququn inkişahnda misilsiz rol oynamışdır. Onun başlıca müddəalan bir çox konstitusiya və digər qanunvericilik aktlannda öz əksini tapmış, xeyli sayda milli məhkəmə qərarlarının əsasını təşkil etmişdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin hüquqi xarakteri barədə müxtəlif fikirlər mövcuddur. Bununla bağlı ilk növbədə qeyd edək ki. Bəyannamə BMT Baş Məclisinin qəma- məsidir və onun bilavasitə hüquqi qüvvəsi yoxdur; müqavilə əvəzinə qətnamə qəbul etməklə, dövlətlər öz üzərlərinə məcburi öhdəliklər götürmək istəməmişlər. Lakin Bəyannamənin əksər müddəalan bu gün adət kimi hamılıqla tanınmışdır. Bilavasitə olmasa da, dövlətlərin ümumi praktikası vasitəsilə (müvafiq müqavilələrdə iştirak. Bəyannamənin milli qanunvericiliyə bu və ya digər şəkildə daxil edilməsi, məhkəmə qərarlannda Bəyannaməyə istinad edilməsi və s.) bu müddəalar ümumi beynəlxalq adət hüququnun bir hissəsini təşkil edir. Lakin Ümumdünya İnsan Hüquqlan Bəyannaməsi bütövlükdə beynəlxalq adət hüququna çevrilməmişdir; məsələn, sığınacaq hüququnu (14-cü maddə), işsizlikdən müdafiə hüququnu (23-cü maddənin 1-ci hissəsi), asudə vaxt hüququnu (24-cü maddə) və bir sıra digər hüquqlan heç də bütün dövlətlər üçün məcburi olan normalar kimi qəbul etmək olmaz.

Əsas insan hüquq və azadlıqlannı hüquqi sənəd çərçivəsində təsbit etmək məqsədilə 1966-cı ildə iki universal müqavilə imzalandı - iqtisadi, sosial mədəni hüquqlar haqqında 1966-ct il Beynəlxalq Paktı (1976-cı il yanvarın 3-də qüvvəyə minmişdir) və Vətəndaş siyasi hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktı (1976-cı il martın 23-də qüvvəyə minmişdir). Adlanndan göründüyü kimi, birinci Paktda iqtisadi, sosial və mədəni hüquqlar, ikinci Paktda isə vətəndaş və siyasi hüquqlar öz əksini tapmışdır. Formal-hüquqi baxımdan Vətəndaş və siyasi hüquqlar haqqında Pakt daha mükəmməldir və o, iştirakçı dövlətlər üçün daha aydın və

dəqiq müəyyən olunmuş öhdəliklər nəzərdə tutur. Paktda nəzərdə tutulmuş başlıca öhdəlik ondan ibarətdir ki, dövlət öz ərazi hüdud- lannda və yurisdiksiyası çərçivəsində olan hər bir şəxsin bu Paktda təsbit olunmuş hüquqlanna hörmət etməli və onlan təmin etməlidir (2- ci maddənin 1-ci hissəsi). Paktdan irəli gələn öhdəliklərini həyata keçirmək üçün dövlət zəruri qanunvericilik, inzibati və digər tədbirlər görməli (2-ci maddənin 2-ci hissəsi), habelə pozulmuş hüquqların müdafiəsi və bərpası məqsədilə şəxsə səmərəli dövlətdaxili hüquqi müdafiə vasitələri təmin etməlidir (2-ci maddənin 3-cü hissəsi). Vətəndaş və siyasi hüquqlar haqqında Paktın daha bir üstün cəhəti ondadır ki, o, iştirakçı dövlətlərin öz öhdəliklərini yerinə yetirmələrinə nəzarət etmək məqsədilə xüsusi mexanizm nəzərdə tutur. Bu, 28-ci maddənin əsasında təsis olunmuş tnsan hüquqlan komitəsidir (bu barədə aşağıda bəhs ediləcəkdir). Pakta iki protokol əlavə olunmuşdur: İnsan hüquqlan komitəsinə fərdi şikayətlərə baxmaq səlahiyyəti verən 1966-cı il Fakültativ Protokolu Ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakültativ Protokol (1989-cu il).

Beynəlxalq insan hüquqları hüququnun sonrakı inkişafı ayn- ayrı

insan hüquqlarına həsr olunmuş müqavilələrin bağlanması və insan hüquqlan sahəsində beynəlxalq mexanizm və prosedurlann inkişaf etdirilməsi və təkmilləşdirilməsi ilə əlamətdardır. Bu gün beynəlxalq insan hüquqları hüququ beynəlxalq hüququn ən intensiv inkişaf edən və dövlətdaxili hüquq ilə ən sıx «əməkdaşlıq edən» sahələrindən biridir.


    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin