Müharibənin sona yetməsinin hüquqi nəticələri
Hər şeydən öncə qeyd edək ki, müharibənin sona yetməsi iki mərhələni əhatə edir:
1. Hərbi əməliyyatların bitməsi. Bu mərhələ aşağıdakı beynəl- xalq-hüquqi formalarda rəsmiləşdirilir:
barışıq (müddətli və ya müddətsiz ola bilər);
təslim olma.
2, Müharibə vəziyyətinin bitməsi Beynəlxalq-hüquqi fomıalan:
sülh müqaviləsi.
Məsələn, 1947-ci ildə bağlanmış sülh müqavilələri əsasında Almaniyanın keçmiş müttəfiqləri - Finlandiya, İtaliya, Macarıstan, Bolqanstan və Rumıniya ilə müharibə vəziyyətinin bitməsi rəsmiləşdirilmişdi.
birtərəfli bəyanat.
Məsələn, 1951-ci ildə İngiltərə, Fransa və ABŞ ayrı-ayrılıqda birtərəfli qaydada Almaniya ilə müharibə vəziyyətinin bitməsi haqqında bəyanat vermişdilər.
v) ikitərəfli bəyanat.
Məsələn, 1956-cı il oktyabrın 19-da SSRİ və Yaponiya müharibə vəziyyətinin bitməsi və diplomatik və konsulluq münasibətlərinin bərpa olunması haqqında birgə Bəyanat imzalamışdılar.
Müharibənin sona yetməsi bu cür hüquqi nəticələr doğurur:
diplomatik və konsulluq münasibətlərinin bərpası;
ərazi məsələlərinin həlli;
hərbi əsirlərin dəyişdirilməsi;
ç) dövlətin (dövlətlərin) və ayn-ayn fərdlərin məsuliyyəti haqqında məsələlərin həlli və s.
Dostları ilə paylaş: |