Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


BEYNƏLXALQ CİNAYƏT HÜQUQU



Yüklə 0,96 Mb.
səhifə125/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   219
beynelxalq huquq

XVII FƏSIL

BEYNƏLXALQ CİNAYƏT HÜQUQU



    1. Beynəlxalq cinayət hüququnun anlayışı, inkişaf tarixi xüsusiyyətləri



Beynəlxalq cinayət hüququ beynəlxalq cinayətlərə görə fiziki şəxslərin cinayət məsuliyyətini müəyyən etmək yolu ilə, beynəlxalq hüquq qaydasını cinayət əməllərindən qorumaq məqsədilə yaradılan prinsip və normaların məcmusuna deyilir.

Dövlətdaxili hüquq qaydasını cinayətkar əməllərdən qorumaq məqsədi daşıyan milli cinayət hüququ kimi, beynəlxalq cinayət hüququ da beynəlxalq hüququn müxtəlif sahələrinin xüsusilə təhlükəli pozuntulanna, bir neçə dövlətin və ya bütün beynəlxalq birliyin mənafeyinə toxunan cinayət əməllərinə qarşı mübarizə məqsədi daşıyır: məsələn, beynəlxalq dəniz hüququnda (dəniz quldurluğu), beynəlxalq hava hüququnda (hava gəmilərinin qaçınl- ması, mülki aviasiyanın təhlükəsizliyinə qarşı digər cinayətlər), diplomatiya hüququnda (diplomatik müdafiəsi olan şəxslər əleyhinə cinayətlər), beynəlxalq iqtisadi və maliyyə hüququnda (pul- lann saxtalaşdınlması) və s.

Beynəlxalq cinayət hüququ beynəlxalq hüququn yeni sahəsidir. Lakin

ayn-ayn normalar artıq XIX əsrdə yaranmağa başlamışdır. Beynəlxalq cinayət məcəlləsinin ilk layihəsi hələ 1832-ci ildə ortaya çıxmışdı, lakin o zaman söhbət, əsas etibarilə, narkotik maddələrlə alver, qul alveri vo s. kimi cinayətlərdən gedirdi. Sözügedən hüquq sahəsinin inkişafına Birinci Dünya müharibəsi müəyyən təkan verdi. Belçika, İngiltərə, Rusiya və Fransa hökumətlərinin yaratdıqları xüsusi istintaq komissiyaları Almaniya tərəfindən

müharibo adot və qanunlarının kütləvi şəkildə və kobud pozulması faktlarını aşkara çıxardı. 1919-cu ildə bağlanmış Versal sülh müqaviləsi özünün 227-ci maddəsində alman imperatoru II Vilhelmi beynəlxalq əxlaq nonnalanm və beynəlxalq müqavilələri pozmaqda günahlandırır və onun üzərində xüsusi məhkəmə təsis edilməsini nəzərdə tuturdu. Müqavilənin 228-ei maddəsində müttəfiq dövlətlərin müharibə adət və qanunlarının pozulmasında təqsirli olan digər Almaniya dövlət nümayəndələrini məhkəməyə vermək hüququ təsbit olunurdu. Lakin Versal sülh müqaviləsinin bu müddəaları həyata keçirilməmiş qaldı. Niderland hökuməti onun ərazisində qaçıb gizlənmiş imperatoru müttəfiq dövlətlərə verməkdən imtina etdi. Digər cinayətkarlara gəldikdə isə, Almaniya hökuməti, Versal müqaviləsinin şərtlərinə zidd olaraq, həmin şəxsləri beynəlxalq məhkəməyə və ya xariei dövlətin məhkəməsinə vermədi və bu işlərə baxan Leypsiq məhkəməsi müharibə cinayətlərində ittiham olunan 896 şəxsdən yalnız 6-smı, özü də yüngül cəzalara məhkum etdi.

1937-ci ildə bağlanmış Terrorçuluğun qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya «həmin Konvensiyanın müddəalarını pozmuş fiziki şəxslərin üzərində yurisdiksiyaya malik olan» beynəlxalq cinayət məhkəməsinin yaradılmasını nəzərdə tuturdu. Lakin tarixi səbəblər üzündən bu məhkəmə yaradılmadı və Konvensiyanın özünü ancaq bir dövlət ratifikasiya etmişdi.

Beynəlxalq cinayət yurisdiksiyası ilk dəfə olaraq yalnız ikinci dünya müharibəsindən sonra, sülh və bəşəriyyət əleyhinə cinayətlərdə təqsirli olan alman və yapon militaristlərini cəzalandırmaq üçün təsis olunmuş Nümberq və Tokio tribunallarının timsalında həyata keçirilə bildi. Əslində «qalib dövlətlərin məhkəməsi)) kimi çıxış etdiyinə və yalnız bir tərəfin törətdiyi cinayətləri araşdırdığına baxmayaraq, Nürnberq və Tokio tribunalları beynəlxalq cinayət hüququnun inkişafında əhəmiyyətli rol oynadı və beynəlxalq fərdi cinayət məsuliyyətinin əsasını qoydu; ilk dəfə olaraq fiziki şəxslər beynəlxalq məhkəmə orqanı tərəfindən beynəlxalq hüquq normaları əsasında mühakimə olundular.

Soyuq müharibənin başa çatması və beynəlxalq gərginliyin azalması bütövlükdə beynəlxalq hüquqa, o cümlədən beynəlxalq

cinayət məsuliyyəti institutuna pozitiv dəyişikliklər gətirdi. BMT Beynəlxalq hüquq komissiyasının uzun dövr ərzində müzakirə etdiyi Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər Məcəlləsinin Layihəsi üzərində iş xeyli sürətləndi və 1994-cü ildə ilk oxunuşda qəbul olundu. 1993 və 1994-cü illərdə müvafiq olaraq Yuqoslaviya və Ruanda ad hoc beynəlxalq cinayət tribunalı təsis olundu. Bu tribunalların nizamnamələri və hökmləri elmi- praktik baxımdan olduqca diqqətəlayiqdir və beynəlxalq cinayət məsuliyyəti sahəsində presedent hüququnun inkişafına əhəmiyyətli töhfə sayıla bilər. Nəhayət, 1998-ci ilin iyulunda Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması haqqında Müqavilə və onun Statutu qəbul olunmuşdur. Statut 2002-ci il iyulun 1-də qüvvəyə minmişdir. Məhkəmə 2003-cü ildən fəaliyyət göstərir və hazırda icraatında altı iş (Uqandada, Konqo Demokratik Respublikasında, Mərkəzi Afrika Respublikasında, Sudanda, Keniyada və Liviyada törədilmiş beynəlxalq cinayətlərlə bağlı) vardır. Nəhayət, beynəlxalq cinayət hüququnun inkişafında mühüm mərhələ kimi son illərdə «qanşıq» və ya «bcynəlmiləlləşdirilmiş» məhkəmələrin təsis olunmasını qeyd etmək lazımdır. Bu məhkəmələr ona görə belə adlandırılır ki, onların tərkibində beynəlxalq hakimlər və prokurorlar da olur. Məsələn, Syerre-Leonedə, Kambocada, Kosovoda və s. bu cür məhkəmələr yaradılmışdır.



Beynəlxalq cinayət hüququ bir sıra xüsusiyyətlərə malikdir:

  1. beynəlxalq cinayət hüququ özündə nəinki cinayət hüququna, habelə cinayət-prosessual hüququna məhkəmə quruluşuna aid normalar ehtiva edir. Məsələn, Yuqoslaviya və Ruanda tribunallarının Nizamnamələrində və Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda maddi nonnalarla yanaşı, məhkəmə quruluşu və proseslə bağlı müddəalar təsbit olunmuşdur. Beynəlxalq cinayət hüququnun göstərilən xüsusiyyəti onunla izah olunur ki, o, hələ tam təşəkkül tapmamışdır və onun sistem ünsürləri lazımi inkişaf səviyyəsinə çatmamışdır;

  2. beynəlxalq cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyəti həm beynəlxalq tribunallar, həm milli məhkəmələr tərəfindən həyata keçirilə bilər. Həmin şəxslərə həm bilavasitə beynəlxalq hüquq normaları (əsasən, birinci halda), həm də onların imple-

mentasiyası üçün qəbul olunmuş dövlətdaxili hüquq normalan tətbiq oluna bilər;

  1. beynəlxalq cinayət hüququ, bir qayda olaraq, cəza müəyyən etmir. Doğrudur, Nümberq və Tokio tribunallannın Nizamnamələrində müəyyən cəzalar nəzərdə tutulmuşdu. Habelə Yuqoslaviya və Ruanda tribunallarının və Beynəlxalq cinayət məhkəməsinin Nizamnamələrində bir sıra cəzalar təsbit olunmuşdur. Milli cinayət hüququnda, məlum olduğu kimi, hər hansı bir əməlin nəinki cinayət olması, habelə onun cəzalandırılması eyni bir norma çərçivəsində qanunverici tərəfindən müəyyən olunur. Beynəlxalq cinayət hüququnda isə, dövlətlərarası sazişlər, bir qayda olaraq, bu və ya digər əməlin cinayət xarakterini müəyyən edir, lakin bununla yanaşı, konkret sanksiyalar haqqında məsələni açıq qoyur. Beynəlxalq müqavilələrdə cəzanın növü və ölçüsü haqqında göstərişin olmaması ona əsas verir ki, konkret cəza tədbiri ya milli məhkəmələr, ya da beynəlxalq tribunal tərəfindən cinayət törədildikdən sonra müəyyən oluna bilər.

Burada qeyd etmək yerinə düşərdi ki, Yuqoslaviya və Ruanda tribunallarının Nizamnamələrində cəza tədbirləri haqqında məsələni nizama salan ayrıca maddə (müvafiq olaraq, 24-cü maddə və 23-cü maddə) ehtiva olunmuşdur. Bu maddələrin mətni tam üst- üstə düşdüyünə görə, biz aşağıda yalnız Yuqoslaviya tribunalının Nizamnaməsinin 24-cü maddəsinin mətnini veririk: «1. Birinci instansiya palata tərəfindən təyin olunan cəza azadlıqdan məhrumetmə ilə məhdudlaşdırılır. Palatalar keçmiş Yuqoslaviya məhkəmələrində azadlıqdan məhrumetmə haqqında hökmlərin çıxanl- ması təcrübəsinə müraciət edəcəklər. 2. Hökmlərin çıxaniması zamanı Palatalar cinayətin xarakteri və məhkum olunmuş şəxsin fərdi xarakteristikası kimi amilləri nəzərə almalıdırlar. 3. Azadlıqdan məhrumetməyə əlavə olaraq. Palatalar, cinayətkar davranışla əldə edilmiş istənilən əmlakın qanuni sahibkara qaytaniması haqqında sərəncam verə bilərlər». Yeri gəlmişkən. Tribunala ölüm cəzası təyin etmək səlahiyyəti verilməmişdir. Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində isə iki əsas cəza növü müəyyən edilmişdir: azadlıqdan məhrumetmə və cərimə. Məhkəmə ölüm cəzası təyin edə bilməz.

    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin