Hərbi işğal rejimi Müharibəzamanımülkiəhalininmüdafiəsinədair1949-cuilCenevrəKonvensiyasında(IVKonvensiyada)nəzərdə tutulmuşdur. Bu rejimin əsas ünsürləri aşağıdakılardır:
bir dövlətin silahlı qüvvələri digər dövlətin ərazisini müvəqqəti olaraq tutur və özündə saxlayır;
işğal edən dövlət yeni müvəqqəti xarakterli hüquq normaları müəyyən etmək yolu ilə həmin ərazidə hərbi nəzarət və mülki idarəçilik funksiyaları həyata keçirir;
ç) işğal olunmuş ərazidən mülki şəxslərin işğal edən dövlətin ərazisinə və ya hər hansı üçüncü dövlətin ərazisinə deportasiya olunması, habelə öz mülki əhalisinin bir hissəsinin işğal olunmuş əraziyə köçürülməsi qadağandır;
nəinki xüsusi, habelə dövlət mülkiyyətinin dağıdılmasına və məhv edilməsinə yol verilmir;
ə) işğal olunmuş ərazi üzərində suverenlik işğalçıya keçmir və onun əvvəlki hüquq sistemini tam ləğv etmək hüququ yoxdur;
işğal olunmuş ərazidə dövlətlərarası münasibətlər beynəlxalq humanitar hüququn normalan ilə nizama salınır;
müharibə sona yetdikdən sonra işğalla bağlı münasibətlər müqavilə qaydasında ləğv edilməlidir.