Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Cinayətkarlıqla mübarizə sahəsində dövlətlərin əməkdaşlığının təşkilati mexanizmi



Yüklə 0,96 Mb.
səhifə133/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   219
beynelxalq huquq

Cinayətkarlıqla mübarizə sahəsində dövlətlərin əməkdaşlığının təşkilati mexanizmi

Beynəlxalq cinayətkarlıqla mübarizə sahəsində dövlətlərin əmək- daşlığmın müxtəlif təşkilati formalan mövcuddur. Əsas etibarilə bu əməkdaşlıq BMT sistemində həyata keçirilir.

Birinci növbədə Cinayətkarlığın qarşısının alınması cinayət ədalət mühakiməsi üzrə Komissiyanı (1991-ci ilə qədər - Cinayətkarlığın qarşısının alınması və onunla mübarizə üzrə Komissiya) gös- tənnək lazımdır. Cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq məsələləri ilə məşğul olan BM'I' orqanlan sistemində bu Komissiya mərkəzi yer tutur. Komissiya EKOSOK tərəfindən üç il müddətinə seçilən 40 dövlətin nümayəndələrindən ibarətdir. Onun başlıca funksiyalan aşağıdakılardır: göstərilən sahədə BM'f-nin önəmli prinsiplərinin işlənib hazırlanması; cinayətkarlığın qarşısının alınması sahəsində BMT Proqramının (BMT Baş Məclisinin 46-cı sessiyasmda qəbul olunmuşdur) həyata keçirilməsi gedişinə nəzarət; regional və region- lararası təsisatlann fəaliyyətinin əlaqələndirilməsi.

BMT Baş Məclisinin 1950-ci ildə qəbul etdiyi qərarına əsasən, hər beş ildən bir Cinayətkarlığın qarşısının alınması və cinayətkarlarla rəftar üzrə BMT-nin Konqresləri keçirilir. Bu Konqreslərdə son beş il ərzində sözügedən sahədə dövlətlərin əməkdaşlığının nəticələri təhlil edilir, gələn dövr üçün fəaliyyət istiqamətləri və konkret tədbirlər müəyyən edilir. Aşağıdakı məsələlər son dövrlərdə keçirilmiş Konqreslərin (10-cu Konqress

- Vyana, 2000, 11-ci Konqres - Banqkok, 2005), diqqət mərkəzində olmuşdur: transmilli cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq; terrorçuluq, mütəşəkkil cinayətkarlıq və pulların yuyulması kimi cinayətlərlə birgə mübarizə; kompyuter cinayətlərinə qarşı mübarizə tədbirləri və s.

Bunlardan əlavə, BMT Katibliyi çərçivəsində yaradılmış Sosial inkişaf humanitar məsələlər üzrə Mərkəzi^ bu Mərkəzin

yanında fəaliyyət göstərən Cinayətkarlığın qanlısının alınması və cinayət ədalət mühakiməsi üzrə Şöbəni göstərmək olar.

BMT sistemindən kənarda da cinayətkarlıqla mübarizə üzrə təşkilat və orqanlar mövcuddur. Onların içində ən əsası və ən səmərəlisi Beynəlxalq Cinayət Polisi Təşkilatıdır (İnterpol). İnter- polun əsası l923-cü ildə qoyulmuşdur. O, milli polis idarələrinin nümayəndələrindən ibarətdir. İnterpolun əsas məqsədi cinayətkarlıqla mübarizədə müxtəlif dövlətlərin polis orqanlarının səylərini birləşdirməyə yardım etməkdir. İnterpol minlərlə təhlükəli cinayətkarın kartotekasını aparır. O, aşağıdakı struktura malikdir: Baş Məclis, İcra komitəsi (ona Prezident rəhbərlik edir), Baş katiblik, ayrı-ayrı şöbələr (inzibati, elmi-tədqiqat, polis, texniki təminat), yanmşöbələr (ümumi cinayətlər, narkomaniya ilə mübarizə, iqtisadi cinayətkarlıq və b.), milli mərkəzi bürolar, 'fəşkilatın mənzil- qərargahı Fransanın Lion şəhərində yerləşir.




    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin