Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Regional iqtisadi əməkdaşlığın təşkilatı formaları



Yüklə 0,96 Mb.
səhifə141/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   219
beynelxalq huquq

    Bu səhifədəki naviqasiya:
  • FƏSİL

Regional iqtisadi əməkdaşlığın təşkilatı formaları



BMT çərçivəsində iqtisadi əməkdaşlıq. Bu əmokdaşlıq EKOSOK tərəfindən yaradılmış iqtisadi komissiyalar çərçivəsində həyata keçirilir:

  1. BMT-nin Avropa iqtisadi komissiyası; buraya Avropa dövlətləri, keçmiş sovet respublikaları, habelə ABŞ və Kanada daxildir;

  2. Asiya və Sakit okean üçün BMT-nin iqtisadi və sosial komissiyası (Qərbi Asiyanın ərəb ölkələrindən başqa, Asiya dövlətləri, Okeaniya dövlətləri, habelə Böyük Britaniya, ABŞ və Fransa);

  3. Afidka üçün BMT-nin iqtisadi komissiyası (Afrika dövlətləri); ç) Qərbi Asiya üçün BMT-nin iqtisadi komissiyası (Qərbi

Asiyanın ərəb ölkələri, Misir, habelə Fələstin);

  1. Latın Amerikası və Karib hövzəsi üçün BMT-nin iqtisadi komissiyası (Latın Amerikası ölkələri, habelə Böyük Britaniya, Niderland, İspaniya, Kanada, ABŞ və Fransa).

Göstərilən komissiyaların məqsədi müvafiq regionda yerləşən ölkələrin iqtisadi inkişafına dəstək vermək və onlann əhalisinin həyat səviyyəsini yüksəltməkdən ibarətdir. Komissiyaların ali orqanı üzv dövlətlərin nümayəndələrinin plenar sessiyasıdır. Onların tərkibində icra orqanı kimi katiblik, daimi və müvəqqəti köməkçi orqanlar vardır.

Avropa bərpa inkişaf Bankı. 1990-cı ildə təşkil olunmuşdur. Londonda yerləşir. Bank, əsas etibarilə, mühüm infrastruktura obyektlərinin (nəqliyyat şəbəkələrinin, telekommunikasiyalann və s.) yaradılması üçün vəsait ayınr. Xüsusi sektor üçün kreditlər Bank tərəfindən verilən borcun 60%-ini, dövlət sektoru üçün kreditlər isə - 40%-ini təşkil etməlidir.

İqtisadi əməkdaşlıq və inkişaf Təşkilatı (İƏİT). 1948-ei ildən fəaliyyət göstərir (l960-cı ilə qədər - Avropa İqtisadi Əməkdaşlıq təşkilatı). Hazırda 30 dövlət Təşkilatın üzvüdür. Əsas məqsədləri: üzv dövlətlərin ümumi iqtisadi və ticarət siyasətinin razılaşdınl- ması; onların, inkişaf etməkdə olan ölkələrə yardım etməsi ilə bağlı siyasətinin əlaqələndirilməsi. İƏİT aşağıdakı struktura malikdir: daimi fəaliyyət göstərən Şura (rəhbər orqan); İcra komitəsi; Katib-

235

lik (Baş Katib rəhbərlik edir). Bundan əlavə. Təşkilatın yüzdən artıq ixtisaslaşmış orqanı vardır. İƏİT-in orqanlarının qərarları tövsiyə xarakteri daşıyır.



Avropa İttifaqı (Al). Unikal siyasi-hüquqi keyfiyyətə malik dövlətlər birliyidir. İlk əvvəl sırf iqtisadi məqsədlərlə yaradıldığına baxmayaraq, Avropa İttifaqı indi siyasi-iqtisadi quruma çevrilmişdir. Əsası 1951 və 1957-ci illərdə qəbul olunmuş üç müqavilə ilə qoyulmuşdur; Avropa Kömür və Polad Birliyinin yaradılması haqqında təsis müqaviləsi (1951-ci il); Atom enerjisi üzrə Avropa Birliyinin yaradılması haqqında təsis müqaviləsi (1957-ci il) və Avropa İqtisadi Birliyinin təsis olunması haqqında Roma müqaviləsi (1957-ci il). Bunlardan əlavə, Avropa İttifaqının təşkili və fəaliyyəti aşağıdakı hüquqi sənədlərə əsaslanır: 1965-ci il Brüssel müqaviləsi (üç Birliyin vahid orqanlan yaradılmışdır); 1971-ci il Lüksemburq müqaviləsi (ən mühüm məsələlər üzrə qərarlann yalnız ümumi razılıq əsasında qəbul olunması barədə razılıq əldə edilmişdir); 1986-cı il Vahid Avropa aktı (1993-cü ilə qədər vahid daxili bazar yaradılması və siyasi əməkdaşlığa doğru irəliləmək məqsədi qoyulmuşdur); 1990-cı il Şengen sazişi (1993-cü ildən bəzi Aİ ölkələri tərəfindən vahid viza rejiminə keçid nəzərdə tutulmuşdur); Avropa İttifaqı haqqında 1992-ci il Maastrixt müqaviləsi (XX əsrin sonuna ümumi müdafiə daxil olmaqla, siyasi ittifaqın və valyuta-iqtisadi ittifaqın yaradılması nəzərdə tutulmuşdur); 1997-ci il Amsterdam sazişləri (sosial sahədə əməkdaşlığın gücləndirilməsi və əhalinin miqrasiyasının liberallaşdırılması haqqında), vahid valyutaya - avroya keçid haqqında 1998-ci il sazişi və yuxanda adıçəkilən Roma və Maastrixt müqavilələrinə mühüm dəyişikliklər etmiş 2007-ci il Lissabon müqaviləsi.

Bu sazişlər Aİ-nin orqanlarının qəbul etdiyi çoxsaylı normativ aktlarla birgə «Avropa İttifaqı hüququ» və ya «Avropa hüququ» adlanan xüsusi hüquqi sistem əmələ gətirir.

Aİ-nin məqsədi gömrük, iqtisadi və habelə siyasi ittifaq yaradılması üçün inteqrasiya proseslərini ardıcıl inkişaf etdirməkdir. Bu yolda Aİ dövlətləri aşağıdakılara nail olmuşlar: qarşılıqlı ticarətdə rüsumların tamamilə ləğvi; vahid xarici gömrük tarifinin müəyyən olunması; adamların, malların və kapitalın sərhədlərdən azad keçi

di; vahid ticarət və aqrar siyasətin həyata keçirilməsi; vahid patent sistemi; vahid valyuta və s.

Aİ-nin hazırda 27 üzvü vardır.

Aİ-nin əsas orqanları bunlardır: Şura, Komissiya, Avropa Parlamenti, Avropa Birlikləri Məhkəməsi.



Şura - Aİ-nin ali orqanıdır. Onun iclasları, bir qayda olaraq, dövlət və hökumət başçıları səviyyəsində keçirilir. Ən mühüm məsələlər üzrə qərarlar yekdil səslə qəbul edilir.

Aİ-nin Şurası bəzən digər müstəqil təşkilat olan Avropa Şurası ilə qanşdınlır. Məsələ burasındadır ki, ingilis dilindəki «European Councib) və

«Council of Europe» sözləri hər iki halda Azərbaycan dilinə «Avropa Şurası» kimi tərcümə edilə bilər. Birinci ifadə Al-nin Şurasını bildirir.

Komissiya (Avropa Komissiyası) - daimi fəaliyyət göstərən icra orqanıdır; o, üzv dövlətlərdən asılı olmayan və məcburi aktlar vermək səlahiyyəti olan orqandır.

Şura və Komissiya öz səlahiyyətləri çərçivəsində aşağıdakı hüquqi aktları qəbul edə bilər:



  1. qərarlar (reqlamentlər): həm üzv dövlətlər, həm də onların fiziki və hüquqi şəxsləri üçün məcburi qüvvəyə malikdir; hər bir üzv dövlətin ərazisində birbaşa tətbiq olunmalıdır;

  2. direktivlər: üzv dövlətlər üçün məcburi qüvvəyə malikdir; onların yefinə yetiriİmə'sinin forma və vasitələri dövlətlərin öz səlahiyyətindədir;

  3. qətnamələr: yalnız aidiyyəti üzrə məcburidir; fərdi xarakter daşıyır və üzv dövlətlərdə bilavasitə tətbiq olunur;

ç) tövsiyə rəylər: məcburi xarakter daşımır.

Avropa parlamenti - üzv dövlətlərin vətəndaşları tərəfindən birbaşa seçilən deputatlardan ibarət birpalatalı orqandır. Ölkələr üçün kvotalar müəyyən olunmuşdur. Deputatlar dövlət mənsubiyyətinə görə deyil, partiya mənsubiyyətinə görə qruplaşdırılır. Avropa parlamenti Aİ-nin orqanları ilə bağlı məşvərətçi, nəzarət və büdcə səlahiyyətlərinə malikdir. Parlamentin sessiyalan hər ay keçirilir. Parlament Şuranın bəzi aktları üzərində veto hüququna malikdir və habelə Şura ilə birgə müəyyən məsələlərə aid aktlar qəbul edə bilər.

Avropa Birlikləri Məhkəməsi (bəzon Lüksemburq məhkəməsi adlanır) Aİ-nin yurisdiksiyası sahosindo ali mohkomə hakimiyyətidir. Üzv dövlətlərin hökumətləri tərəfindən 6 illik müddətə təyin olunan 27 hakimdən və 8 baş vəkildən ibarətdir. Məhkəmə yalnız həm üzv dövlətlərin və Aİ-nin orqanları, həm də şəxslər tərəfindən ona təqdim olunmuş konkret işlər üzrə qərarlar çıxara bilər. Avropa məhkəməsi beynəlxalq məhkəmə təcrübəsində öz təkrarolunmaz xarakterinə görə beynəlxalq, konstitusiya və inzibati məhkəmə funksiyalarına malikdir.

Osas orqanlarla yanaşı, Aİ çərçivəsində çoxlu sayda köməkçi orqanlar, habelə bir sıra xüsusi fondlar fəaliyyət göstərir. Aİ digər dövlətlərlə, əsasən, inkişaf etməkdə olan ölkələrlə 200-dən artıq əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli saziş bağlamışdır. Bunlann içərisində müntəzəm olaraq yeniləşdirilən Lome konvensiyalarını xüsusilə qeyd etmək lazımdır. Afrikanın, Karib hövzəsinin və Okeaniyanın 60-dan artıq inkişaf etməkdə olan ölkəsinin iştirak etdiyi bu konvensiyalarda həmin ölkələrə müəyyən güzəştlər və maliyyə dəstəyi verilir.

Haqqında bəhs etdiyimiz təşkilatlardan əlavə, Avropa azad ticarət assosiasiyasını, Avropa iqtisadi məkanını, Şimali Amerika azad ticarət zonasını göstərmək olar.

İnkişaf etməkdə olan ölkələr öz aralarında iqtisadi əməkdaşlıq sahəsində xeyli təşkilat yaratmışlar: İqtisadi əməkdaşlıq təşkilatı (Azərbaycan Respublikası bu təşkilata daxildir); Afro-Asiya iqtisadi əməkdaşlıq təşkilatı (AFRASEK), Karib Birliyi (KARİKOM), Latın Amerikası inteqrasiya assosiasiyası; «And qrupu» və b.



  1. FƏSİL




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin