Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Cinayət törətmiş şəxslərin verilməsi



Yüklə 0,96 Mb.
səhifə134/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   219
beynelxalq huquq

Cinayət törətmiş şəxslərin verilməsi

Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) institutu beynəlxalq cinayətlərin ayrı-ayn növləri ilə mübarizəyə həsr olunmuş beynəlxalq sazişlərə, dövlətlər arasında xüsusi olaraq bağlanmış regional müqavilələrə və ekstradisiya və ya cinayət işləri üzrə hüquqi yardım göstərilməsi haqqında ikitərəfli müqavilələrə əsaslanır.

Regional müqavilələrə misal olaraq Avropa Şurasının üzv dövlətləri arasında 1957-ci ildə bağlanmış Cinayətkarların verilməsi haqqında Avropa Konvensiyasını (1975-ci ildə Konvensiyaya Əlavə Protokol qəbul edilmişdir); Britaniya Millətlər Birliyi üzvləri tərəfindən 1966-cı ildə bağlanmış Cinayətkarların verilməsi haqqında Müqaviləni; dörd Afrika ölkəsi (Benin, Qana, Nigeriya və Toqo) arasında l984-cü ildə bağlanmış Cinayətkarlann verilməsi haqqında Sazişi; on keçmiş sovet respublikası tərəfindən 1993-cü ildə imzalanmış Hüquqi yardım və mülki, ailə və cinayət

işlori üzrə hüquqi münasibətlər haqqında IConvensiyanı göstərmək olar.

Müasir beynəlxalq hüquqda ekstradisiya yalnız məhkum olunmuş və ya cinayətkar olduğu güman edilən, yəni cinayət törədilməsində ittiham edilən şəxslərə tətbiq olunur. Bir qayda olaraq, cinayətkarın verilməsini aşağıdakı dövlətlərdən hər hansı biri tələb edir: güman edilən cinayətkarın vətəndaşı olduğu dövlət; ərazisində cinayət törədilmiş dövlət və ya cinayətdən zərər çəkmiş dövlət.

Mövcud müqavilələrə əsasən, cinayət törətmiş şəxslər bu şərtlərlə verilə bilər: törədilmiş əməl ekstradisiya haqqında müqavilə ilə nəzərdə tutulmuşdur; əməl hər iki dövlətin cinayət qanunvericiliyi ilə bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır; verilən şəxs yalnız həmin cinayətə görə mühakimə edilə bilər; əgər cinayət törətmiş şəxsi verən dövlətin qanunvericiliyində ölüm cəzası nəzərdə tutulmursa, o halda verilən şəxsə ölüm cəzası tətbiq edilə bilməz.



Müəyyən hallarda şəxs başqa dövlətə verilmir: a) dövlətin öz vətəndaşları; b) siyasi cinayətlər haqqında işlər üzrə; c) cinayət, şəxsi vennək xahişi ünvanlamış dövlətdə törədildikdə; ç) şəxs sığınacaq hüququ aldıqda və ya artıq həmin cinayətə görə cəza çəkmişsə və ya məhkəmə tərəfindən bəraət almışsa; d) qanunda müəyyən olunmuş müddət keçdikdə;

  1. cinayət işi xitam edildikdə; ə) verilən şəxsə işgəncə veriləcəyi təhlükəsi olduqda və s.

Müvafiq dövlətlərarası sazişlərdə, bir qayda olaraq, cinayət törətmiş şəxslərin verilməsi proseduru müfəssəl təsvir olunur.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin