Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti
Anlayışı və normativ məzmunu. Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti prinsipi müasir beynəbcalq hüquqim hamılıqla qəbul edilmiş normalarmdan biridir. Ümumi beynəbcalq adət hüququnda, universal konvensiyalarda və beynəlxalq məhkəmə qərarlarmda öz əksini tapmış bu prinsipin məzmunu ondan ibarətdir ki, hər hansı beynəkalq cinayəti törətmiş və ya törədilməsində bu və ya digər şəkildə iştirak etmiş fiziki şəxs, cəmiyyətdə və dövlət aparatmda tutduğu mövqedən asılı olmayaraq, həmin cinayət əməlinə görə məsuliyyət daşıyır.
Beynəlxalq cinayətlərə görə fiziki şəxslərin cinayət məsuliyyəti birbaşa beynəlxalq hüquqla müəyyən olunur. Beynəlxalq fərdi cinayət məsuliyyəti, bu və ya digər əməlin milli qanunvericilik tərəfindən kriminallaşdmlmaması faktından asılı olmayaraq yaranır.
Beynəlxalq cinayətə görə dövlətin beynəlxalq məsuliyyəti və təqsirli fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti arasında qarşılıqlı əlaqə belə bir ümumi prinsipə əsaslanır ki, fiziki şəxslərin məsuliyyətə cəlb olunması və cəzalandıniması həmin dövlətin beynəlxalq hüquq əsasında daşımalı olduğu məsuliyyətini istisna etmir.
Beynəlxalq cinayət məsuliyyəti doğuran davranışın növləri. Beynəlxalq cinayət məsuliyyəti təkcə hər hansı beynəlxalq cinayətin fiziki şəxs tərəfindən bilavasitə törədilməsinə görə ortaya çıxmır. Şəxs, beynəlxalq cinayətin törədilməsində bu və ya digər şəkildə iştirak etdiyinə görə və ya beynəlxalq cinayətin törədilməsinə cəhd göstərdiyinə görə də məsuliyyətə cəlb oluna bilər. Bundan asılı olaraq, fərdi cinayət məsuliyyəti doğuran beynəlxalq hüquqa zidd davranışın aşağıdakı növlərini göstərmək olar: a) beynəlxalq cinayətin qəsdən törədilməsi; b) beynəlxalq cinayətin törədilməsinə əmr verilməsi; c) beynəlxalq cinayətin törədilməsinin qarşısını almaq üçün vəzifəli şəxsin öz səlahiyyətləri daxilində zəruri tədbirlər görməməsi; ç) beynəlxalq cinayətin törədilməsinə birbaşa və əsaslı surətdə bilərəkdən kömək göstərilməsi və ya başqa cür vasitəçilik edilməsi; d) beynəlxalq cinayətin planlaşdırıl- masında və ya birgə razılaşdınimasında birbaşa iştirak edilməsi;
beynəlxalq cinayətin törədilməsinə başqa şəxsin (və ya şəxslərin) birbaşa və açıq surətdə təhrik edilməsi; ə) beynəlxalq cinayətin törədilməsinə cəhd edilməsi.
Gördüyümüz kimi, hər hansı bir beynəlxalq cinayətin törədilməsində fiziki şəxslərin rolu müxtəlif ola bilər. Tutaq ki, bir ərazidə silahlı münaqişə zamanı hərbi cinayətin bir növü kimi mülki şəxslərin öldürülməsi aktı baş vermişdir. Bu cinayət əməlinə görə təkcə bu əməli bilavasitə törətmiş, yəni həmin mülki əhalini qırmış hərbi qulluqçular məsuliyyət daşımayacaqlar. Müxtəlif mövqe və müxtəlif vəzifə tutan şəxslər bu cinayət aktına görə, həmin hərbi qulluqçularla yanaşı, təqsirli elan oluna bilərlər. Məsələn, göstərilən cinayətin törədilməsinə əmr vermiş hərbi komandirlər, bu cinayəti əvvəlcədən planlaşdırmış hökumət və ya ali hərbi komandanlıq üzvləri, düşmən tərəfin mülki əhalisini öldürməyə təhrik etmiş, amma həmin əməliyyatın bilavasitə icrasından kənarda qalmış şəxslər, hərbi əməliyyatın keçirilməsinə maddi yardım göstərmiş, məsələn, əsgərlərin silahla və ya digər hərbi sursatla təchiz edilməsinə pul ayırmış şəxslər tam əsaslı olaraq beynəlxalq cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Digər misal. Soyqınm planını işləyib hazırlamış hökumət nümayəndəsi, bu planın həyata keçirilməsi üçün tabeçiliyində olan şəxslərə soyqınm aktını törətmək əmri vermiş hərbi zabit və həmin əmri yerinə yetirmiş sıravi fərd soyqırım cinayətinin törədilməsinə,. - doğrudur, müxtəlif dərəcədə, - «töhfə» verirlər və ədalət mühakiməsi tələb edir ki, bütün bu fiziki şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Beləliklə, əgər
1990- cı il yanvarın 20-də və sonrakı günlərdə Sovet Ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı törədilmiş cinayətləri insanlıq əleyhinə cinayət kimi tövsif etsək, bu zaman, nəinki bu vəhşilikləri törətmiş hərbi qulluqçulann və onlann törədilməsinə əmr vermiş diviziya və alay komandirlərinin, ən əsası, həmin mənfur cinayətkar planı işləyib hazırlamış Siyasi Büro üzvlərinin və Baş Qərargahın komandanlığının cinayət məsuliyyətinə cəlb olunması məsələsi qoyulmalıdır.
Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti doğuran əməlləri həm hərəkət, həm də hərəkətsizlikdə ifadə oluna bilər. Cinayətkar hərəkətsizliyə beynəlxalq hüquqda az rast gəlinir və buna
başlıca misal kimi hərbi komandirin və ya yuxarı vəzifəli mülki şəxsin, tabeçiliyində olan adamlar tərəfindən beynəlxalq cinayətin törədilməsinə yol verməyini göstərmək olar. Yuxan vəzifəli şəxsin beynəlxalq cinayət məsuliyyəti haqqında müasir beynəlxalq hüquq normasının məzmunu belədir: «Beynəlxalq cinayətin öz tabeçiliyində olan şəxs tərəfindən törədilməsi fakü yuxan vəzifəli şəxsi cinayət məsuliyyətindən o halda azad etmir ki, əgər o, tabeçiliyində olan şəxsin belə bir cinayət törətdiyini və ya törətməyə hazırlaşdığını həmin şəraitdə bilirdi və ya bilməyə əsası vardı və həmin cinayətin qarşısını almaq üçün öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri görməmişdi».
Be)məlxalq hüquqda belə bir norma hamılıqla qəbul edilmişdir ki, beynəlxalq cinayət törətməkdə ittiham olunan fiziki şəxsin hökumətin göstərişinə və ya yuxan vəzifəli şəxsin əmrinə əsasən hərəkət etməsi onu cinayət məsuliyyətindən azad etmir, lakin ədalət mühakiməsinin maraqlan nəzərə alınmaqla, cəzanı yüngülləşdirən hal kimi nəzərdən keçirilə bilər.
Müasir beynəlxalq hüquq «dövlət aktı doktrinasımı qəti surətdə rədd edir. Bu doktrinaya görə, dövlət orqanlan tərəfindən törədilən əməllər yalnız dövlətə aid edilir və bu, həmin əməllərin icraçılannın fərdi təqsirini istisna edir. Yuxanda artıq qeyd etdik ki, fərdi cinayət məsuliyyəti hazırda ümumi beynəlxalq hüquq norması kimi qəbul edilir.
Beynəlxalq cinayət məsuliyyətinin əsas prinsipləri. Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti bir sıra mühüm prinsiplərə söykənir.
Həm milli hüquq sistemində, həm də beynəlxalq hüquqda cinayət məsuliyyətinin başlıca prinsiplərindən biri ondan ibarətdir ki, əməlin cinayət olması və cəzalandın İması həmin əməlin törədildiyi vaxt qüvvədə olan qanunla müəyyən olunur; cinayət qanununun retro^tiv tətbiqinin yolverilməzliyi nullum crimen nulla poena sine lege prinsipində öz əksini tapmışdır. Beynəlxalq hüquqda bu prinsip bir sıra mühüm xüsusiyyətlərə malikdir. Birincisi, bu və ya digər əməlin beynəlxalq cinayət kimi kriminallaşdınl- ması heç də mütləq beynəlxalq konvensiya ilə həyata keçirilmir. Bəzi beynəlxalq cinayətlər yazılmayan mənbələrə - beynəlxalq-
hüquqi adət normalarına və ya hüququn ümumi prinsiplərinə söykənir. İkincisi, xüsusilə ağır hər hansı bir əməlin cinayət xarakteri beynəlxalq hüquqla müəyyən olunmuşsa, cinayətin obyektiv cəhətinin sonradan dəqiqləşdirilməsi mümkün haldır. Üçüncüsü, yuxarıda göstərildiyi kimi, beynəlxalq hüquq normalan, bir qayda olaraq, bu və ya digər əməlin cinayət xarakterini müəyyən edir, lakin konkret sanksiyalar haqqında məsələni açıq qoyur. Bu hal ona əsas verir ki, konkret cəza tədbiri ya milli məhkəmələr, ya da beynəlxalq tribunal tərəfindən müvafiq əməllər törədildikdən sonra müəyyən olunsun.
Bütün ölkələrin cinayət qanunvericiliyinə belə bir prinsip məlumdur ki, cinayətin törədildiyi andan müəyyən müddət keçdiyi təqdirdə həmin əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Bunun əksinə olaraq, müasir ümumi beynəlxalq hüquqda belə bir norma mövcuddur ki, beynəlxalq cinayətlərə onların törədildiyi vaxtdan asılı olmayaraq məsuliyyətə cəlb olunma müddəti tətbiq olunmur. İkinci Dünya müharibəsindən sonra bir çox dövlətlər tərəfindən bcynəlxalq-hüquqi adət kimi tətbiq olunmuş bu norma müqavilə qaydasında Müharibə cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə iddia müddətinin tətbiq olunmaması haqqında 1968-ci il Konvensiyasında təsbit olunmuşdur. Konvensiyanın 1-ci maddəsində birbaşa müəyyən olunmuşdur ki, «məsu- liyyətə cəlb olunma müddəti» bu cinayətlərə tətbiq olunmur. Konvensiyanın iştirakçısı olan dövlətlərin üzərlərinə götürdükləri başlıca öhdəlik ondan ibarətdir ki, «qanunla və ya digər yolla müəyyən edilmiş məsuliyyətə cəlb olunma müddətinin... Konvensiyada göstərilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək və cəzalandırmaqla bağlı tətbiq olunmamasını təmin etmək üçün zəruri qanunvericilik və ya digər tədbirləri qəbul etsinlən> (Konvensiyanın 4-cü maddəsi). Azərbaycan Respublikası bu mühüm müqavilənin iştirakçısıdır: Konvensiyaya qoşulmaq haqqında aktı Milli Məclis 1996-cı il mayın 31-də qəbul etmişdir.
Ümumtanınmış norma tələb edir ki, hər hansı bir cinayət əməlini törətmiş şəxs yalnız bir dəfə cəzalandınla bilər. Bu, non bis in idem prinsipidir. Belə bir sual ortaya çıxır: bir dövlətin məhkəməsi tərəfindən məhkum edilmiş şəxs sonralar eyni əmələ
görə beynəlxalq məhkəmə tərəfindən cəzalandırıla bilərmi? Beynəlxalq hüquq bu suala müsbət cavab verir; müasir beynəlxalq hüquqda, göstərilən prinsipdən iki istisna mövcuddur. Belə ki, hər hansı be3məlxalq cinayətə görə milli məhkəmə tərəfindən məhkum olunmuş şəxsin işinə beynəlxalq tribunal sonralar o halda baxa bilər ki: 1) onun törətdiyi əməl adi cinayət kimi tövsif edilmişdir və ya 2) milli məhkəmə prosesi müstəqil və qərəzsiz olmamış, təqsirləndirilən şəxsi beynəlxalq cinayət məsuliyyətindən qorumaq məqsədi daşımışdır və ya işin istintaqı lazımi səylə apanlma- mışdır (bax: Yuqoslaviya tribunalı Nizamnaməsinin 10-cu maddəsi və Beynəlxalq Cinayət Məhkəməsi Stalutunun 17-ci maddəsi). Gördüyümüz kimi, bu istisnalar non bis in idem prinsipinə mahiyyət etibarilə xələl gətirmir və beynəlxalq cinayət məsuliyyətinin səmərəli həyata keçirilməsinə xidmət edir. Əgər doğrudan da milli məhkəmə, məsələn, soyqırım əməlini adamöldürmə kimi tövsif edibsə və ya bu cinayəti törətmiş öz vətəndaşını beynəlxalq məsuliyyətdən gizlətməyə çalışıbsa, onda beynəlxalq tribunalın işi öz icraatına götürməsi beynəlxalq ədalət mühakiməsinin mahiyyəti və təyinatı baxımından məntiqi görünür və əslində təqsirli şəxsin ikinci dəfə cəzalandırılması demək deyildir.
Beynəlxalq fərdi cinayət məsuliyyəti rejiminin əsasında universal yurisdiksiya prinsipi dayanır. Bu prinsipin əsas məzmunu ondan ibarətdir ki, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə, yəni bütün dünya birliyinin mənafeyinə toxunan ağır beynəlxalq cinayətlər törətmiş şəxslər dünyanın istənilən dövləti tərəfindən məsuliyyətə cəlb oluna və məhkum oluna bilərlər.
Universal yurisdiksiya prinsipi öz ifadəsini həm də ona tapır ki, beynəlxalq cinayətlərdə təqsirli olan şəxslər siyasi sığınacaq və ya qaçqın statusu almağa iddia edə bilməzlər. 1967-ci il dekabnn 14-də qəbul edilmiş Ərazi sığınacağı haqqında Bəyannamənin 1 -ci maddəsinin 2-ci bəndində deyilir: «Barəsində sülh əleyhinə cinayət və ya insanlıq əleyhinə cinayət törətdiyi haqda ciddi əsaslann mövcud olduğu şəxs sığınacaq axtarmaq və sığınacaqdan istifadə etmək hüququna istinad edə bilməz». Analoji müddəa Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasında təsbit olunmuşdur: 1- ci maddənin E bəndinin a) yanmbəndinə görə, həmin konven
siyanın müddəaları yuxanda göstərilən cinayətləri törətmiş şəxslərə şamil edilmir.
Universal yurisdiksiya prinsipi ilə bağlı mühüm bir cəhəti də qeyd etmək lazımdır: bu prinsip beynəlxalq cinayətlərin bir növünə - təcavüzə şamil edilmir. Yalnız təcavüz törətmiş dövlət öz vətəndaşlarını bu əmələ görə cinayət məsuliyyətinə cəlb edə bilər. Biz yuxarıda qeyd etmişdik ki, dövlətin təcavüz törətməsi faktının müəyyən olunması bu cinayətdə iştirak etmiş şəxslərin beynəlxalq cinayət məsuliyyəti üçün zəruri şərtdir. Başqa sözlə, məhkəmə dövlətin təcavüz törətməsi kimi ilkin məsələni nəzərdən keçirməmiş bu cinayətə görə fərdi cinayət məsuliyyəti məsələsini həll edə bilməz. Bir dövlətin milli məhkəməsi tərəfindən başqa bir dövlətin təcavüz aktı törədib-törətməməsi məsələsinin həll edilməsi beynəlxalq hüququn əsas prinsiplərindən biri olan par in parem imperium non habet prinsipini pozmuş olardı. Bundan əlavə, bir dövlətin milli məhkəməsi tərəfindən başqa dövlətin təcavüz aktı ilə bağlı yurisdiksiyanın həyata keçirilməsi beynəlxalq münasibətlər və beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi nəticələr doğurardı.
Universal yurisdiksiya prinsipi ilə üzvi surətdə bağlı olan, ha- mılıqla tanınmış və bir çox beynəlxalq sazişlərdə təsbit olunmuş aut dedere aut judicare prinsipinə əsasən, istənilən dövlət müəyyən beynəlxalq cinayət əməli törətməkdə şübhəli sayılan və onun ərazisində yerləşən fiziki şəxsə münasibətdə aşağıdakı suveren hüquqa və vəzifəyə malikdir: həmin şəxsi ya müvafiq dövlətə vermək, ya da özü məsuliyyətə cəlb etmək və cəzalandırmaq. Beynəlxalq cinayət törətmiş şəxsi cinayət huququ qaydasında təqib etmək və ya müvafiq dövlətə vermək vəzifəsi həmin şəxsin tutulub saxlandığı dövlətin üzərinə qo5mlur. «Saxlayan dövlət» («the custodial state») bütün tədbirləri görməlidir ki, şəxs ya həmin dövlətin öz müvafiq orqanlan tərəfindən, ya da işi araşdırmağa hazır olduğunu bildirən və ekstradisiya xahişi ilə müraciət edən digər dövlətin orqanlan tərəfindən mühakimə olunsun.
Bundan əlavə, beynəlxalq fərdi cinayət məsuliyyəti sahəsində məlum prosessual prinsiplər də mövcuddur: qanunçuluq, ədalət, məsuliyyətin fərdiləşdirilməsi, məsuliyyətin labüdlüyü və s.
Dostları ilə paylaş: |