Beynəlxalq cinayətin anlayışı
Beynəlxalq cinayət - ayrı-ayrı dövlətlərin hüquq və qanuni mənafelərini, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını kobud və ya kütləvi şəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş, beynəlxalq hüquqa zidd olan əmələ deyilir.
Beynəlxalq hüquq elmində «beynəlxalq cinayət» və «beynəl- xalq xarakterli cinayət» kateqoriyaları fərqləndirilir. Bütövlükdə beynəlxalq hüquq üçün, beynəlxalq məsuliyyət rejimi baxımından və habelə siyasi nöqteyi-nəzərdən bu fərqləndirmənin əhəmiyyəti vardır. Beynəlxalq cinayət dövlətin cinayətkar siyasətinin təzahürüdür və bütün bəşəriyyətə qarşı, onun həyati maraqlarına qarşı yönəlmişdir (məsələn, təcavüz, soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və b.). Beynəlxalq xarakterli cinayətlər isə bir neçə dövlətin mənafeyinə qəsd edən, hər hansı dövlətin siyasəti ilə əlaqədə olmayan, ayrı-ayrı fiziki şəxslər tərəfindən öz cinayətkar məqsədlərinə nail olmaq üçün törədilən ümumcinayət əməlləridir. Bu cinayətlərlə mübarizə apannaq üçün dövlətlər müvafiq sazişlər bağlayır və əməkdaşlıq edirlər (məsələn, narkotik maddələrlə alver, hava quldurluğu, saxta pul hazırlanması və b.). Göstərilən cinayətlər bəzən «transmilli cinayətlər» termini ilə ifadə olunur. Beynəlxalq xarakterli cinayətlərə görə dövlətin məsuliyyəti yalnız o halda baş verə bilər ki, o bu cür cinayətlərlə mübarizə üzrə öz müqavilə öhdəliklərini yerinə yetirməmiş olsun və ya dövlət orqanları (məsələn, xüsusi xidmət və ya xüsusi kəşfiyyat idarələri) bu cinayətlərdə bilavasitə iştirak etmiş olsunlar. Beləliklə, beynəlxalq xarakterli cinayətin törədilməsi zaman məsuliyyət rejimi müəyyən mənada beynəlxalq cinayət törədilərkən yaranan məsuliyyət rejiminin əksinə olur. Beynəlxalq cinayət törədildikdə, dövlət bilavasitə ona görə cavab verir. Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti bu halda dövlətin özünün məsuliyyətinin forma və nəticəsi kimi çıxış edir. Fiziki şəxslərin beynəlxalq xarakterli cinayətlər törətdiyi halda isə bilavasitə məhz onlar cavab verirlər. Dövlətin məsuliyyəti fiziki şəxslərin məsuliyyətinin təmin edilməməsi, yəni bu müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsi kimi ortaya çıxa bilər.
Lakin deyilənlərlə yanaşı, xüsusilə vurğulamaq istərdik ki, fiziki şəxslərin beynəlxalq məsuliyyətini nəzərdə tutan beynəlxalq cinayət hüququ çərçivəsində göstərilən fərqləndirmə prinsipial əhəmiyyət kəsb etmir. Beynəlxalq hüquqa zidd olan, cinayət hesab olunan və beynəlxalq fərdi cinayət məsuliyyəti doğuran hər bir əməl beynəlxalq cinayətdir (yuxarıda verdiyimiz beynəlxalq
cinayət hüququnun və beynəlxalq cinayətin təriflərində biz məsələyə məhz bu cür yanaşmışıq). Belə ki, həm soyqınm, həm də saxta pul hazırlanması
«beynəlxalq cinayət» kimi ifadə olunmalıdır; doğrudur, milli cinayət hüququnda nəzərdə tutulan cinayətlər kimi (məsələn, adamöldürmə və tutaq ki, yüngül bədən xəsarəti yetirilməsi) onların da vurduğu zərər və beynəlxalq təh- lükəliliyi müxtəlif ola bilər. Lakin bu şərt onlann beynəlxalq cinayət adlandırılmasma dəlalət etmir. Digər tərfdən, müxtəlif terminlərin işlədilməsi sırf praktik baxımdan, habelə tədris məqsədləri üçün də məqsədəuyğun deyildir.
Beynəlxalq cinayətləri qəsd obyektinə görə bir neçə qrupa ayırmaq
olar:
sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər (təcavüz,
soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, BMT heyətinə qarşı cinayətlər, aparteid, beynəlxalq terrorçuluq). Xüsusilə geniş miqyasda narkotik vasitələrlə qanunsuz alver də bu qrupa aid edilə bilər.
insan ləyaqətinə qarşı yönəlmiş cinayətlər (köləlik, qul ticarəti, pornoqrafiya yayılması, işgəncə, girov götürülməsi və b).
Dostları ilə paylaş: |