Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


BEYNƏLXALQ HÜQUQUN ANLAYIŞI VƏ TƏBİƏTİ



Yüklə 0,96 Mb.
səhifə3/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   219
beynelxalq huquq

I FƏSIL

BEYNƏLXALQ HÜQUQUN ANLAYIŞI VƏ TƏBİƏTİ




      1. Beynəlxalq hüququn anlayışı


Ümumi hüquq nəzoriyyəsindon bizə məlumdur ki, hər bir cəmiyyətin mövcud olması və normal fəaliyyəti üçün hüququn, hüquqi nizamasalmanın olması obyektiv, zəruri bir haldır. Yəni başqa sözlə, cəmiyyət olan yerdə hüquq da olmalıdır. Əgər dünyada olan dövlətləri bir cəmiyyət kimi, belə demək mümkünsə, dünya dövlətlərinin ailəsi kimi təsəvvür etsək, onda belə bir məntiqi nəticəyə gələ bilərik ki, bu cəmiyyətin özündə də hüquqa obyektiv ehtiyac vardır. Bu hüquq beynəlxalq hüquq adlanır. Beynəlxalq hüquq ayrı-ayn dövlətlərin milli hüquq sistemlərindən fərqli olan və onlardan asılı olmayaraq mövcud olan hüquqi normalar sistemidir. O, məhz dövlətlər arasındakı müxtəlif xarakterli münasibətləri hüquqi çərçivəyə salmaq üçün yaranmışdır. Beynəlxalq hüquq normaları dövlətlərarası münasibətlər sisteminin, demək olar ki, hər bir aspektini əhatə edir. Bu normalar vasitəsilə dənizdən, hava məkanından və kosmik fəzadan istifadə olunması, beynəlxalq telekommunikasiyalar, poçt xidmətləri, mal və sərnişinlərin hava vasitəsilə daşınması və pul köçürülməsi nizama salınır; beynəlxalq ticarət həyata keçirilir; ətraf mühitin mühafizəsi, insan hüquqlannm beynəlxalq müdafiəsi, cinayətkarlann verilməsi və s. kimi dövlətlərin ümumi mənafeyində olan məsələlər həll olunur. Bununla əlaqədar demək lazımdır ki, beynəlxalq hüquq diplomatiya xarici siyasətlə üzvi surətdə bağlıdır. Xarici siyasətin həyata keçirilməsi və diplomatik təcrübə beynəlxalq hüquqa uyğun olmalıdır. Digər tərəfdən, diplomatiya beynəlxalq hüquq normalannın yaradılmasının ən mühüm vasitəsi kimi çıxış edir.

5

Qeyd ctmok lazımdır ki, «bcynoIxalq hüquq» termini onun ifa- do etdiyi anlamın tobiotini heç do düzgün əks etdirmir. Öz mənşəyini hələ Roma hüququnda təşəkkül tapmış «jus gentium» («xalq- ların hüququ») ifadəsindən götürdüyünə görə bu termin dünyanın əksər dillərində də məhz



«xalqlar arasındakı hüquq» mənasında işlədilir (məsələn, ingilis dilində - intemational law, fransız dilində - droit intemational, ispan dilində - derecho intemational, alman dilində - Volkerrecht, türk dilində - milletlerarası hukuk, ms dilində - mejdunarodnoe pravo və s.). Əslində isə beynəlxalq hüquq anlamı məhz dövhtlərarası hüquq kimi başa düşülməlidir, çünki beynəlxalq hüquq bilavasitə xalqlar tərəfindən yaradılmır və xalqlar üçün deyil, mahiyyət etibarilə dövlətlər üçün, dövlətlər- arası əlaqələrin tənzimlənməsi üçündür. Doğmdur, mövcud beynəlxalq hüquq nonnalarına görə, xalqlar bilavasitə beynəlxalq hüquqdan irəli gələn bəzi hüquqlara malikdirlər: məsələn, öz müqəddəratını təyin etmək hüququ, inkişaf hüququ, sülh hüququ və s. Digər tərəfdən, qarşıdakı mövzulardan bizə məlum olacaqdır ki, beynəlxalq hüquq dövlətlərin müvafiq razılaşmasından sonra digər subyektlər, məsələn, beynəlxalq təşkilatlar, transmilli korporasiyalar, fərdlər üçün də beynəlxalq hüquq və vəzifələr nəzərdə tuta bilər. Bununlə belə, öz təbiətinə görə, beynəlxalq hüquq dövlətlər tərəfindən yaradılan, əsasən, dövlətlərə yönəlmiş və yerinə yetirilməsi dövlətlərin özü tərəfindən təmin edilən hüquq sistemi olaraq qalır.

Beynəlxalq hüquqa onun təbiətini əks etdirən belə bir qısaca tərif vermək olar:




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin