Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə4/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   219
beynelxalq huquq

Beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemidir.
      1. Beynəlxalq hüququn xüsusiyyətləri



Təbii ki, obyektiv mənada hüquqa xas olan əlamətlər beynəlxalq hüquq normalan üçün də səciyyəvidir. Ən əsası, bu normalar da müvafiq subyektlər üçün hüquqi, ümumməcburi xarakter daşıyır və onla- rm yerinə yetirilməsi müəyyən sanksiya ilə təmin edilir. Lakin beynəlxalq hüquq onu dövlətdaxili (milli) hüquqdan fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər hər şeydən öncə beynəlxalq hüququn mövcud olduğu və fəaliyyət göstərdiyi dövlətlərarası mühitlə və suveren, formal baxımdan bir-birindən asılı olmayan dövlətlərin olması ilə əlaqədardır. Birincisi, fiziki və hüquqi şəxslər və dövlət orqanlan arasındakı münasibətləri nizama salan dövlətdaxili hüquqdan fərqli olaraq, beynəlxalq hüquq dövlətlər və beynəlxalq hüququn digər subyektləri (beynəlxalq təşkilatlar və s.) arasında yaranan münasibətləri nizama salır. İkincisi, beynəlxalq sistemdə qanunverici orqan yoxdur. IIcç bir beynəlxalq təşkilat və ya orqan, o cümlədən Birləşmiş Millətlər 'fəşkilatı dövlətlər üçün hüquqi cəhətdən məcburi olan normalar yaratmaq səlahiyyətinə malik deyildir. Beynəlxalq təşkilatlann orqanlanndan biri kimi fəaliyyət göstərən parlamentlər də (məsələn, Avropa İttifaqında - Avropa Parlamenti, Avropa Şurasında - Parlament Assambleyası və s.) milli parlamentlərə xas olan bəzi əlamətlərə malik olsalar da, «qanunvericilik» səlahiyyətindən məhrumdurlar. Üçüncüsü, beynəxalq sistemdə, dövlətin daxilində olduğu kimi, mərkəzləşdirilmiş icra və məhkəmə mexanizmi yoxdur. Beynəlxalq hüquq normalannın yerinə yetirilməsinin təmin edilməsi dövlətlərin öz ixliyanna buraxılmışdır; beynəlxalq hüququn yaradıcısı və başlıca təminatçısı dövlətlərdir. Lakin bəzi hallarda bu funksiyanı dövlətlər müqavilələr vasitəsilə bu və ya digər dərəcədə beynəlxalq təşkilat və ya orqanlara həvalə edirlər. Məsələn, BMT- nin Təhlükəsizlik Şurası beynəlxalq sülhə və təhlükəsizliyə real qorxu yaradan dövlətə qarşı hərbi və qeyri-hərbi sanksiyalar tətbiq edə bilər. BMT-nin Beynəlxalq Məhkəməsi ilə bağlı qeyd etmək lazımdır ki, o bu və ya digər işə yalnız müvafiq dövlətlər buna razılıq verdikdə baxa bilər. Sadə dillə desək, ən ağır beynəlxalq hüquq po

zuntusu törətmiş dövləti belə, onun razılığı olmadan Beynəlxalq Məhkəməyə «vcrməb> olmaz.



Beynəlxalq hüququn xüsusiyyətlərini düzgün başa düşmək üçün olduqca mühüm bir məqama diqqət yetirmək lazımdır. Əslində biz burada beynəlxalq hüququ dövlətdaxili hüquqdan fərqləndirən daha bvr cəhəti nəzərə çarpdırmaq istəyirik. Söhbət ondan gedir ki, səlahiyyətli dövlət orqanlan tərəfindən müəyyən olunmuş və ya tanınmış hüquq nonualan prinsip etibarilə dövlətin bütün orazisinə və bu ərazidə olan bütün hüquqi və fiziki şəxslərə şamil edilir. Beynəkalq hüquq isə belə yekcins deyildir və ola da bilməz. Bu baxımdan beynəlxalq hüquq anlamı elə qəbul edilməməlidir ki, söhbət burada yalnız dünyanm bütün dövlətlərini əhatə edən, bütün dövlətlərin riayət etməli olduğu hüquqdan gedir. Qeyd edildiyi kimi, beynəbcalq hüququ dövlətlər özü yaradır və bunun nəticəsində iki dövlət arasında bağlanan ikitərəfli müqavilə də, bütöv regionu əhatə edən razılaşma da və bütün dünya dövlətləri üçün məcburi olan norma da beynəbcalq hüquq deməkdir. Bunu nəzərə almaqla, beynəlxalq hüquq sisteminin özündə ümumi beynəlxalq hüququ
Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin