Dövlət ərazisinin ayrılmış hissəsi başqa bir dövlətlə birləşdikdə yuxarıda göstərilmiş qaydalar tətbiq olunur
.
Dövlət borclarına münasibətdə dövlətlərin varisliyi
1983-cü il Vyana Konvensiyasına görə, dövlət borcu əvvəlki dövlətin digər dövlət qarşısında beynəlxalq hüquqa uyğun öz üzərinə götürdüyü maliyyə öhdəliyi deməkdir.Əsas prinsip ondan ibarətdir ki, dövlətlərin varisliyi özü-özlüyünde kreditorların hüquq və öhdəliklərinə xələl gətirmir. Belə ki, iki və ya daha artıq bir dövlətdə birləşdikdə, əvvəlki dövlətlərin dövlət borcu varis dövlətə keçir. Bütün digər hallarda isə, əgər müvafiq tərəflər xüsusi saziş bağlamayıblarsa:
a)əvvəlki dövlətin heç bir borcu yeni müstəqil dövlətə keçmir;
b)dövlət parçalandıqda, dövlətin dövlət borcu varis dövlətlər arasında ədalətli qaydada bölüşdürülür.
Dostları ilə paylaş: |