Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə42/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   219
beynelxalq huquq

DÖVLƏTLƏRIN VARİSLİYİ

1. Dövlətlərin varisliyinin anlayışı
Dövlətlərin
varisliyi dedikdə, müəyyən beynəlxalq hüquq vəzifələrin bir dövlətdən digərinə keçməsi başa düşülür.

Dövlətlərin varisliyi sahəsində iki beynəlxalq konvensiya mövcuddur:



  1. Müqaviləlerə münasibətdə dövlətlərin varisliyi haqqında 1978-ci il Vyana Konvensiyası (1996-cı il noyabrın 6-da qüvvəyə minmişdir).

  2. Dövlət əmlakına, arxivlərinə borclarına münasibətdə dövlətlərin varisliyi haqqında 1983-cü il Vyana Konvensiyası (hələ qüvvəyə minməmişdir).

Bu konvensiyaların məğzində duran əsas ideya ondan ibarətdir ki, dövlətlərin varisliyi ilə bağlı ortaya çıxan bütün məsələlər əvvəlki dövlətlə varis dövlət və ya varis dövlətlərin özləri arasında razılaşma yolu ilə həll olunur. Belə bir razılaşma mümkün olmadıqda isə, müvafiq tərəflər göstərilən konvensiyalann müddəalarına uyğun hərəkət etməlidirlər.

Dövlətlərin varisliyi aşağıdıkı hallarda ortaya çıxır:
a)müstəmləkiçilikdən azad olub müstəqil dövlət yaratması

b)dövlətin yeni dövlətə parçalanması;bir neçə dövlətin bir dövlətdə birləşməsi;

d)dövlət ərazisinin bir hissəsinin ayrılması və müstəqil dövlət yaratması; her hansı bir ərazinin bir dövlətə birləşməsi.

Dövlətlərin varisliyinin obyektləri aşağıdakılardır: a) əvvəlki dövlətin iştirakçısı olduğu beynəlxalq müqavilələr; b) dövlət mülkiyyəti; e) dövlət arxivləri; ç) dövlət borclari



Beynəlxalq müqavilələrə münasibətdə dövlətlərin varisliyi
Müqavilələrə münasibətdə dövlətlərin varisliyi haqqında 1978-ci il Vyana Konvensiyası beynəlxalq-hüquqi leksikona «yeni müstəqil dövlət» terminini daxil etmişdir.Yeni müstəqil dövlətlərə tabula rasa («təmiz lövhə») prinsipi şamil olunur. Həmin prinsipə görə, yeni müstəqil dövlət əvvəlki dövlətin iştirakçısı olduğu beynəlxalq müqavilələrdən azaddır. Bununla belə, yeni müstəqil dövlət arzu etdikdə, bildiriş yolu ilə əvvəlki dövlətin hər hansı bir müqaviləsinin iştirakçısı ola bilər.

İki və ya daha artıq dövlət bir dövlətdə birləşdikdə, onlarin hər hansı birinin iştirakçısı olduğu istənilən müqavilə varis dövlət üçün qüvvədə olmaqda davam edir. Lakin: a)tərəflər arasında başqa cür razılaşma olduqda b) müqavilənin varis dövlətə şamil olunması həmin müqavilənin obyekti və məqsədlərinə uyğun olmadıqda; c) müqavilənin bağlandığı dövrə nisbətən vəziyyət köklü surətdə dəyişmişsə yuxarida göstərilən norma tətbiq olunmur. Məhz bu şərtlərə əsaslanaraq, AFR 1990-cı ildə Almaniyanın yenidən birləşməsindən sonra ADR-in müqavilələrindən imtina etmişdi.

Dövlətin ərazisi parçalandıqda və nəticədə yeni dövlət yarandıqda:
a)əvvəlki dövlətin bütün ərazisində qüvvədə olmuş müqavilə hər bir yeni yaranmış varis dövlətə münasibətdə qüvvədə qalır;

b)bir varis dövlətin ərazisində qüvvədə olmuş müqavilə yalnız həmin dövlət üçün qüvvədə qalmaqda davam edir.



Dövlət mülkiyyətinə münasibətdə dövlətlərin varisliyi
1983-cü il Konvensiyasına görə, dövlət mülkiyyətinə münasibətdə varislik məsələləri aşağıdakı qaydada həll olunur.

Varis dövlət yeni müstəqil dövlət olduqda: a) əvvəlki dövlətin, yeni müstəqil dövlətin ərazisində yerləşən bütün daşınmaz əmlakı yeni müstəqil dövlətə keçir; b) əvvəlki dövlətin göstərilən ərazidəki fəaliyyəti ilə bağlı olan mülkiyyəti də varis dövlətə keçir.

Iki və ya daha artıq dövlet bir dövlətdə birləşdikdə, əvvəlki dövlətlərin mülkiyyəti varis dövlətə keçir.

Dövlət bir neçə yeni dövlətə parçalandıqda: a) əvvəlki dövlətin varis dövlətin ərazisində yerləşən daşınmaz mülkiyyəti bu varis dövlətə keçir; b) əvvəlki dövlətin ərazisindən kənarda yerləşən daşuımaz mülkiyyət ədalətli qaydada varis dövlətlər arasında bölüşdürülür; c) əvvəlki dövlətin varisliyin obyekti olan ərazidəki fəaliyyəti ilə bağlı əldə edilmiş mülkiyyət müvafiq varis dövlətə keçir; ç) əvvəlki dövlətin digər daşınar mülkiyyəti varis dövlətlər arasında ədalətli qaydada bölüşdürülür.



Dövlət arxivlərinə münasibətdə dövlətlərin varisliyi

Iki və ya daha artıq dövlət bir dövlətdə birləşdikdə, əvvəlki dövlətlərin arxivləri varis dövlətə keçir.

Dövlət bir neçə yeni dövlətə parçalandıqda, əvvəlki dövlətin arxivlərinin varis dövlətin normal idarə edilməsi üçün zəruri olan və habelə bu əraziyə bilavasitə aidiyyəti olan hissəsi həmin varis dövlətə keçir. Lakin müvafiq varis dövlətlər başqa cür razılığa gələ bilərlər. Əvvəlki dövlətin digər arxivləri, 1983-cü il Konvensiyasına uyğun olaraq, «ədalətli qaydada, bütün müvafiq hallan nəzərə almaqla» varis dövlətlərə keçir.

Varis dövlət yeni müstəqil dövlət olduqda, bu əraziyə mənsub olmuş arxivlər yeni müstəqil dövlətə keçir.

Dövlət ərazmnin bir hissəsinin ayrılması və müstəqil dövlət yaradılması halında bu ərazinin normal idarə edilməsi üçün orada qalmalı olan və bu əraziyə bilavasitə aidiyyəti olan arxivlər həmin dövlətə keçir.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin