Beynəlxalq çaylar
Beynəlxalq çaylar - iki və daha artıq dövlətin ərazisi ilə axan və razılaşdırılmış qaydada istifadə olunan çaylara deyilir.
Hər bir dövlət beynəlxalq çayın, öz ərazisində yerləşən hissəsi üzərində suverenliyə malikdir. Bununla belə, sahilyam dövlət çaym bu hissəsindən elə istifadə etməlidir ki, hər hansı digər sahilyam dövlətə zərər dəyməsin. Beynəbcalq çaylann rejimi ilə bağlı vahid beynəbcalq- hüquqi yoxdur. Bu sahədə yalnız, tövsiyə xarakteri daşıyan, 1966-cı ildə Beynəlxalq Hüquq Assosiasiyası (beynəbcalq qeyri-hökumət təşkilatı) tərəfindən işlənib hazırlanmış Helsinki qaydaları mövcuddur. Sahilyanı dövlətlər beynəbcalq çaylann gəmiçilik, habelə sənaye və kənd təsərrüfatı məqsədləri üçün istifadəsi və həmin çaylann qorunub saxlanması haqqında konkret müqavilələr bağlayır (məsələn, Dunayda gəmiçilik rejimi haqqında 1948-ci il Konvensiyası, Argentina və Uruqvay arasmda Uruqvay çayının sularına dair 1946-cı il Sazişi, BƏR və Sudan arasında Nil çayının sularına dair 1959-cu il Sazişi və s.) Bu müqavilələr, bir qayda olaraq, bütün sahilyanı dövlətlər üçün, bəzən isə bütün ölkələr üçün gəmiçilik azadlığı nəzərdə tutur. Müqavilədə nəzərdə tutulmayıbsa, qeyri dövlətlərin gəmilərinin müəyyən beynəlxalq çaydan üzüb keçməsi qadağandır.
1997-ci ildə Beynəlxalq suaxarlarının qeyri-gəmiçilik məqsədləri üçün istifadəsi hüququ haqqında Konvensiya qəbul olunmuşdur. Konvensiya hələ qüvvəyə minməmişdir. Konvensiya, hissələri müxtəlif dövlətlərin ərazisində yerləşən səth sulanmn və qrunt sularının qeyri-gəmiçilik məqsədləri üçün istifadəsini tənzimləmək, habelə onların mühafizəsi, qorunub saxlanması və idarə olunması ilə bağlı tədbirləri müəyyənləşdirmək məqsədi daşıyır. Konvensiya onun iştirakçısı olan dövlətlərin bundan əvvəl bağladıqları müvafiq sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə xələl gətirmir. Konvensiyaya görə, iştirakçı dövlətlər beynəlxalq suaxarlarından «ədalətlə və ağlabatan surətdə» istifadə etməli, digər müvafiq dövlətlərə «əhəmiyyətli zərər» vurulmasının qarşısını almalı, Konvensiyanın obyekti və məqsədləri ilə bağlı məsələlərin həllində əməkdaşlıq etməlidirlər.
Dostları ilə paylaş: |