Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


FƏSİL DÖVLƏTİN YURİSDİKSİYASI



Yüklə 0,96 Mb.
səhifə56/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   219
beynelxalq huquq

FƏSİL DÖVLƏTİN YURİSDİKSİYASI





  1. Dövlət yurisdiksiyasmın anlayışı

Beynəlxalq hüquqa görə, dövlət öz daxili qanunlarını ərazisi çərçivəsində və onun hüdudlarından kənarda baş verən məsələlərə, - yurisdiksiya obyektinin dövlət mənsubiyyətindən asılı olmayaraq, - tətbiq edo bilər (buna preskripliv yurisdiksiya, yəni müəyyən etmə ya nizamasalma yurisdiksiyası deyilir).

Lakin bu yurisdiksiyanın (preskripliv yurisdiksiyanın) həyata keçirilməsi dövlətin öz ərazisi ilə məhdudlaşır və xüsusi razılaşma olmasa, başqa bir dövlətin ərazisində hər hansı bir formada mümkün deyildir. Başqa sözlə, dövlət öz hüquq-mühafizə orqanlarını başqa bir dövlətin ərazisində fəaliyyətə gətirə bilməz (buna həyata keçirmə yurisdiksiyası deyilir).

Dövlətin öz ərazisi çərçivəsindəki yurisdiksiyası mütləq və müstəsna xarakter daşıyır. Dövlət öz ərazisində yerləşən bütün şəxslər, mülkiyyət və baş verən bütün hadisələr üzərində, ümumi və ya konkret beynəlxalq hüquq norması ilə başqa cür nəzərdə tutulmayıbsa, hakimiyyət səlahiyyətləri həyata keçirir. Başqa sözlə, heç bir başqa dövlət və ya beynəlxalq qrup bir dövlətin «daxili yurisdiksiyasına» müdaxilə edə bilməz.




  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin