Dövlət ərazisinin tərkibi və hüquqi təbiəti
Dövlət ərazisinin tərkibinə daxildir: a) quru ərazisi; b) daxili sular: c) ərazi suları; ç) quru ərazisinin, daxili suların və ərazi sularının təki; d) quru ərazisinin, daxili suların və ərazi sularının üzərində yerləşən hava məkanı.
Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin II hissəsində göstərilir ki, Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.
Dövlətin quru ərazisi onun sərhədləri çərçivəsində olan bütün quru hissəsidir. Buraya, təbii ki, adalar və anklavlar da daxildir.
Su ərazisinə, yuxarıda göstərildiyi kimi, daxili sular və ərazi suları aiddir. Daxili sular dedikdə, hər şeydən əvvəl dövlətin ərazisi daxilində olan, sahilləri həmin dövlətə məxsus olan çaylar, göllər, kanallar və digər su hövzələri başa düşülür. Bundan əlavə, Dəniz hüququ haqqında 1982-ci il Konvensiyasına görə, daxili sulara aşağıdakılar aiddir: a) ərazi sularının enini ölçmək üçün qəbul olunmuş düzünə başlanğıc xətlərdən sahilə doğru yerləşən dəniz suları; b) liman suları; c) sahilləri həmin dövlətə məxsus olan və eni 24 dəniz milindən artıq olmayan körfəzlərin sulan; ç) tarixi körfəzlər. Bunlardan başqa, habelə dövlətə məxsus olan hava və dəniz gəmiləri (müvafiq olaraq «uçan» və «üzən» ərazi), kosmik obyektlər, sualtı boru və kabellər, açıq dənizdə şelf üzərindəki qurğular da dövlətin ərazisi sayılır.
Bunlara bəzən «kvazi-dövlət ərazisi» və ya «şərti ərazi» deyilir.
Dövlət ərazisi təkcə onun öz ali hakimiyyətini həyata keçirdiyi məkan deyildir; o, həm də quru ərazisi, sular, hava məkanı, yerin təki və habelə təbii ehtiyatlar kimi ünsürlərdən ibarət olan təbii mühitdir. Bunlar hamısı dövlət ərazisinin maddi məzmununu təşkil edir.
Hor bir dövlət öz ərazi hüdiıdlannda öz ərazi üstünlüyünü həyata keçirir. Ərazi üstünlüyü o deməkdir ki:
dövlətin hakimiyyəti onun ərazisindəki bütün fiziki və hüquqi şəxslərə şamil edilir;
dövlətin hakimiyyəti üzərində başqa hakimiyyət ola bilməz: dövlətin ərazisində istənilən digər dövlətin və ya beynəlxalq təşkilatın hakimiyyəti istisna edilir;
dövlət öz ərazisindən heç bir halda, hətta ən ağır cinayətə görə zorla məhrum edilə bilməz: dövlətin sərhədləri pozulmaz və toxunulmazdır.
Bu, Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsində öz aydın ifadəsini tapmışdır. Həmin maddəyə görə, «Azor- baycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölün- məzdir» (I hissə), habelə «Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir...» (III hissə). Qeyd edək ki, ölkəmizin Əsas Qanununda «torpaq dövlətə deyil, xalqa məxsusdur» konsepsiyası öz əksini tapmışdır. Belə ki, 11-ci maddənin III hissəsinə görə, «...yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər».
ç) dövlətin ərazisi, o cümlədən yer və onun təki, dövlətin Razılığı olmadan xarici dövlətlər, onların hüquqi və fiziki şəxsləri tərəfindən istifadə edilə bilməz.
Bununla belə, dövlətin öz milli qanununda və ya hər hansı beynəlxalq müqavilədə ifadə etdiyi razılığı ilə onun ərazisində başqa bir dövlətin qanunvericiliyi tətbiq oluna bilər və ya əcnəbi vətəndaşların müəj^ən kateqoriyası dövlətin yurisdiksiyasmdan kənarda qala bilər. Dövlət öz ərazisinin müəyyən hissələrindən istifadə hüququnu, habelə ərazisində olan təbii ehtiyatların istismar edilməsi hüququnu xarici dövlətlərə, onların hüquqi və fiziki şəxslərinə verə bilər (məsələn, dövlət ərazisinin icarəyə verilməsi, dövlət ərazisindən tranzit uçuşlar və ya keçidlər, dövlətlə əcnəbi hüquqi şəxslər arasında konsessiya sazişləri).
Lakin dövlətin ərazi üstünlüyü mütləq xarakter daşımır. Belə ki, ümumi beynəlxalq hüquq bir sıra məhdudiyyət və qadağalar müəyyən edir. Məsələn, dövlət öz ərazisindən hər hansı bir dövlətə qarşı təcavüz törədilməsi üçün istifadə olunmasına imkan verməməlidir; əks halda bu əməlin özü təcavüz aktı hesab olunur (bax: BMT Baş Məclisinin 1974-cü ildə qəbul etdiyi «Təcavüzün tərifı» haqqında Qətnamənin 3-cü maddəsinin
«f» bəndi). Bundan əlavə, dövlət öz ərazisindən elə istifadə etməlidir ki, başqa dövlətlərə zərər dəyməsin.
Dostları ilə paylaş: |