Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə65/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   219
beynelxalq huquq

    Bu səhifədəki naviqasiya:
  • FƏSİL

Sığınacaq hüququ

«Sığınacaq hüququ» termini bc)məlxalq hüquq çərçivəsində iki mənada başa düşülür:


  1. şəxsin subyektiv hüququ mənasında, yəni vətəndaşı olduğu və ya daimi yaşadığı ölkədə siyasi motivlər əsasında məniz qaldığı təqiblərdən yaxa qurtarmaq üçün şəxsin başqa bir dövlətdən, onun ərazisinə keçməyə və orada yaşamağa icazə almaq hüququ;


  2. beynəlxalq hüququn müstəqil bir institutu - sığınacaq verilməsini onun beynəlxalq-hüquqi nəticələrini nizama salan normaların məcmusu kimi.

Sığınacaq siyasi əsaslara görə verildiyi üçün beynəlxalq praktikada və milli qanunvericilikdə əksər hallarda «siyasi sığınacaq» ifadəsi işlədilir. Lakin «siyasi əsaslan> geniş başa düşülməlidir. Buraya şəxsin təkcə öz siyasi əqidəsinə görə deyil, habelə ictimai fəaliyyətinə, dini əqidəsinə, irqi, etnik və ya dövlət mənsubiyyətinə görə də təqib olunması daxildir.

Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsinin 1-ci hissəsində deyilir ki, «hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalanna uyğun olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir». Demək olar ki, analoji müddəa «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında» 1996-cı il tarixli 13 mart Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində öz əksini tapmışdır.

Burada bir məsələyə diqqəti cəlb etmək istərdik. Konstitusiyada göstərilir ki, sığınacaq «hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalanna uyğun olaraq» verilir. Lakin nəzərdə saxlamaq

lazımdır ki, - biz bunu aşağıda da qeyd edəcəyik, - sığınacaq hüququ fərdlərə birbaşa beynəlxalq hüquq normalan əsasında verilmir, çünki ümumi beynəlxalq hüquqda belə normalar yoxdur. Beynəlxalq hüquq dövlətin müəyyən şəxslərə siyasi sığınacaq vermək hüququnu və başqa dövlətlərin bu hüquqa hörmət etmək vəzifəsini təsbit edir. Beynəlxalq üçün əhəmiyyətli məsələ sığınacaq veriləndən sonra ortaya çıxan hüquqi nəticələrdir. Deməli, sığınacaq beynəlxalq hüquq əsasında deyil, dövlətdaxili qanunvericilik əsasında verilir.

Dövlətlərin praktikasında iki cür sığmacağa rast gəlinir: ərazi sığınacağı diplomatik sığınacaq. Diplomatik sığınacaq siyasi təqiblərə məruz qalan şəxsə xarici dövlətin diplomatik və ya konsul nümayəndəliyinin binasında (və yaxud əcnəbi hərbi gəmisində) sığınacaq verilməsidir. Universal səviyyədə diplomatik sığınacaq verilməsi qadağan edilmişdir. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasında (41-ci maddənin 3-cü hissəsi) və Konsulluq münasibətləri haqqında 1963-cü il Vyana Konvensiyasında (55-ci maddənin 2-ci hissəsi) göstərilir ki, «nü- mayəndəliklərin binaları onların fimksiyaları ilə uyğun olmayan məqsədlər üçün istifadə olunmamalıdın>. Əlavə edək ki, BMT Baş Məclisinin 1967-ci il 14 dekabr tarixli 2312 (XXII) nömrəli qətnaməsi ilə qəbul olunmuş Bəyannamə məhz Ərazi sığınacağı haqqında Bəyannamə adlanır. Lakin Latın Amerikasında diplomatik sığınacaq qəbul olunmuş praktikadır və Sığınacaq haqqında 1928- ci il Konvensiyasında və xüsusən Diplomatik sığınacaq haqqında 1954-cü il Konvensiyasında öz əksini tapmışdır.

Şəxsin sığınacaq hüququ məhdud xarakterli insan hüququ kimi səciyyələnə bilər, çünki o, ancaq əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə mənsubdur. Sığınacaq hüququ Ümumdünya insan Hüquqları Bəyannaməsində (14-cü maddə) və Ərazi sığınacağı haqqında Bəyannamədə (1-ci maddə) təsbit olunmuşdur. Bu hüququ hamılıqla qəbul olunmuş insan hüquqlan sırasına aid etmək düzgün olmazdı. Yəni sığınacaq vermək dövlətin beynəlxalq- hüquqi vəzifəsi deyil, onun suveren səlahiyyətidir. Başqa sözlə, dövlət hər hansı şəxsə sığınacaq verə də bilər və həmin xahişi rədd edə də bilər. Bu məqam Ərazi sığınacağı haqqında Bəyan

namənin 1-ci maddəsində belə ifadə olunmuşdur: «Hər hansı dövlət tərəfindən öz suverenliyini həyata keçirməklə verilən sığınacağa bütün digər dövlətlər tərəfindən hörmət edilməlidir». Diqqətəlayiq haldır ki, sözügedən hüquq insan hüquqlan sahəsində olduqca mühüm beynəlxalq-hüquqi akt olan Vətəndaş siyasi hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmamışdır. Bundan əlavə, vaxtilə BMT Beynəlxalq hüquq komissiyasının sığınacaq hüququna aid normalan məcəllələşdirmək cəhdləri uğursuz olmuşdu və nəticədə 1967-ci ildə yalnız yuxanda adını çəkdiyimiz Bəyannamə qəbul edilmişdi.

Ümumi beynəlxalq hüquqa görə, müəyyən şəxslərə dövlət heç bir halda sığınacaq verə bilməz. Belə ki, barələrində sülh əleyhinə cinayət, müharibə cinayəti və ya insanlıq əleyhinə cinayət törətdikləri haqqında kifayət qədər ciddi əsaslar olan şəxslər, habelə qeyri-siyasi cinayət törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər. Qeyd edək ki, hansı cinayət əməllərinin siyasi cinayətlər kateqoriyasına aid edilməsini sığınacaq verən dövlət özü müəyyən edir.

Bir qayda olaraq, siyasi sığınacaq almış şəxslərin hüquqi rejimi vətəndaşlığı olmayan şəxslərin statusu ilə bərabər tutulur. Lakin bəzi dövlətlərin qanunvericiliyində, sığınacaq almış şəxslər üçün mənzil, işədüzəlmə və s. ilə bağlı güzəştlər müəyyən edilmişdir.

Dövlətin hər hansı bir şəxsə siyasi sığınacaq verməsi bir su*a beynəlxalq-hüquqi nəticələr doğurur:



  1. dövlət sığınacaq verdiyi şəxsi geri verə bilməz;

  2. dövlət sığınacaq verdiyi şəxsə onun hər hansı bir ölkədə hüquqlan pozulan zaman diplomatik müdafiə təmin edə bilər (daha doğrusu, kvazidiplomatik müdafiə, çünki diplomatik müdafiə dövlətin yalnız öz vətəndaşlarına göstərilə bilər);

  3. dövlət sığınacaq verdiyi şəxsin fəaliyyətinə görə məsuliyyət daşıyır, yəni o, həmin şəxsin tərk etdiyi dövlətə qarşı zorakılıq aktları törətməsinə yol verməməlidir.



        1. FƏSİL




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin