Hər bir beynəlxalq müqavilənin mətni, bir qayda olaraq, aşağıdakı quruluşda tərtib olunur:
Müqavilənin adı. Preambula. Əsas hissə.Yekun hissə. Səlahiyyətli şəxslərin imzalari. Əlavələri
Beynəlxalq müqavilələrin bağlanması
Beynəlxalq müqavilənin bağlanması bir neçə ardıcıl mərhələdən ibarət olan bir prosesdir. Bu mərhələlər aşağıdakılardır:
1.Müqavilənin mətninin tərtib olunması və qəbulu.
2.Müqavilənin mətninin autcntikliyinin müəyyən olunması.
3.Müqavilənin məcburiliyinə razılığın ifadə olunması.
Dövlətlər arasında müqavilələr onlann nümayəndələri tərəfindən bağlanır. Müqavilənin bağlanmasında, daha doğrusu, yuxanda göstərilmiş ilk iki mərhələdən birində və ya hər ikisində iştirak etmək üçün həmin nümayəndəyə xüsusi sənəd - vəkalət verilir. Vəkalət milli qanunvericiliyə müvafiq olaraq, dövlətin səlahiyyətli orqanları tərəfindən verilir. Dövlətin müəyyən vəzifəli şəxslərinə, onların vəzifə mövqeyinə görə xüsusi vəkalət lazım deyildir. 1969-cu il Vyana Konvensiyasına görə, bu şəxslər aşağıdakılardır(eksofisiyo)
(İlk uc butun merhelelerde)1) dövlətlərin başçılan; 2) hökumətlərin başçılan; 3) xarici işlər nazirləri;
diplomatik nümayəndəliklərin başçılan və 5) dövlətlərin beynəlxalq konfranslardakı və beynəlxalq təşkilatlardakı nümayəndələri. AR Prezidenti konstitusion statusuna görə dövlətin ali diplomatı olmaqla, AR adından istənilən dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlamaq səlahiyyətinə malikdir Diplomatik nümayəndəliyin başçısı yalnız öz dövləti ilə akkreditə olunduqlan dövlət arasındakı müqavilənin, dövlətin beynəlxalq konfranslardakı və beynəlxalq təşkilatlardakı nümayəndəsi isə yalnız bu konfrans və ya təşkilat çərçivəsində bağlanan müqavilənin mətninin qəbul olunması ilə bağlı hərəkətləri həyata keçirə bilər.
Beynəlxalq təşkilatın iştirakı ilə müqavilələr bağlanması üçün həmin təşkilatın qaydalanna əsasən onu təmsil edən şəxsə vəkalət tələb olunmur (1986-ci il Vyana Konvensiyasının 7-ci maddəsi).
Vəkaləti olmayan şəxs tərəfindən və ya vəkalətin pozulması ilə, beynəlxalq müqavilənin bağlanması ilə əlaqədar hər hansı hərəkətin həyata keçirilməsi, - əgər müvafiq dövlət bundan sonra bu hərəkəti təsdiq etmirsə, - heç bir hüquqi əhəmiyyətə malik olmur.
Belə bir məsələ 1951-ci ildə bir beynəlxalq müqavilə - Pendirlərin adlandmimasına dair Konvensiya ilə əlaqədar ortaya çıxmışdı. Konvensiya həm İsveç, həm də Norveçin adından bir nümayəndə tərəfindən imzalanmışdı, lakin məlum oldu ki, onun təkcə Norveçdən vəkaləti var idi. Sonralar, buna baxmayaraq, Konvensiya hər iki dövlət tərəfindən ratifikasiya olundu və qüvvəyə mindi.
Beynəlxalq müqavilənin mətninin tərtib olunması və qəbulu aşağıdakı üç formadan biri vasitəsilə həyata keçirilir:
1.danışıqlar diplomatik kanal- 2terefli bey muqavileler
2.beynəlxalq konfranslar- coxterefli bey muqavileler
Məsələn, Beynəlxalq Cinayət Məhkəməsinin Statutu 1998-ci il iyulun 17-də Roma Beynəlxalq diplomatik konfransında qəbul olunmuşdur.
3.beynəlxalq təşkilatlar
Əksər universal müqavilələr, məsələn, İnsan hüquqlan haqqında 1966-cı il Beynəlxalq Paktlan, İşgəncə əleyhinə 1984-cü il Konvensiyası BMT Baş Məclisinin qətnamələri vasitəsilə. Üzv dövlətlərin nümayəndələri tərəfindən səs verildikdən sonra qəbul olunmuşdur.
Beynəlxalq konfiranslarda və beynəlxalq təşkilatlarda son zamanlar müqavilə mətnləri konsensus vasitəsilə, yəni iştirakçılardan heç birinin etirazı olmadıqda səsvermə keçirilməməldə qəbul olunur.
Müqavilə mətninin autcntikliyinin müəyyən olunması və ya autcntifikasiyası (yunanca bu söz «həqiqilik», «əslinə uyğun-luq» deməkdir) o deməkdir ki, beynəlxalq müqavilənin mətni son və qəti variantda razılaşdırılmışdır və ona heç bir dəyişiklik edilə bilməz. Bu, üç yolla həyata keçirilir:
1.paraflama (inisial qoyma) - müqavilə mətninin hər səhifəsində sol küncdə vəkalətli şəxsin öz inisiallarını qoyması.
Onun pozulmagi dovlentin ondan imtina etmesi menfi siyasi fikir formalasdirir.Hüquqi ohdelik yaratmir
2.ad referendum imza atma (şərti imza atma) - bu qaydada qoyulmuş imza hələ bundan sonra müvafiq dövlət orqanı (və ya müvafiq beynəlxalq təşkilat) tərəfindən təsdiq olunmalıdır.
İnisial qoyma ilə arasında fərq ondan ibarətdir ki, təsdiq olunduqdan sonra ad referendum imza atma tam və ya qəti imzalama hesab olunur; inisial qoymadan sonra isə müqavilə hələ qəti imzalanmağa verilməlidir.Adreferendumun geriye quvvesi var(retroaktiv).Yani dovlet onu tesdiq etdikden sonra ad referendum imzaladigi andan muqavilenin istirakcis iolur.
3.imzalama. İmzalama o zaman müqavilə mətninin autentifi- kasiyası rolunu oynayır ki, həmin müqavilə sonradan ratifikasiya olunmalıdır. İmzalama müəyyən hüquqi nəticələr doğurur; belə ki, bundan sonra imzalamış dövlət: 1) həmin müqaviləni təsdiq etmək hüququ əldə edir; 2) müqavilənin qüvvəyə minməsinə qədər, onun obyektini və məqsədini heçə endirə biləcək hərəkətləri etməmək vəzifəsi daşıyır (1969-cu il Konvensiyasının 18-ci maddəsi).
4.Yekun aktinin imzalanmasi muqavile metni yekun aktina elave edilmesidir.yekun aktini konfrans istirakcilari imzalayir.Bu raziligi ifade etmir.Daha sonra o muqavile ratifikasiya olunacaqdir
Vyana Konvensiyalarına görə, hansı autentifikasiya üsulunun seçilməsini Razılığa gələn Tərəflər özləri müəyyən edirlər.
Dostları ilə paylaş: |