BEYNƏLXALQ MÜQAVİLƏLƏR HÜQUQU
Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.
Beynəlxalq müqavilələr hüququ sahəsində ilk belə məcəllələşdirilmiş akt Müqavilələr haqqında Havana Konvensiyası olmuşdur;
1928-ci ildə bağlanmış bu Konvensiya yalnız Latın Amerikası ölkələri arasında qüvvədə olmuşdur.Beynəlxalq müqavilelər hüququ sahəsində hazırda iki əsas akt mövcuddur: 1) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası və 2) Dövlətlər və beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası.
Əslində bu iki Konvensiyadan yalnız birincisi beynəlxalq müqavilələr hüququnun mənbəyi sayıla bilər, çünki ikinci Konvensiya hələ qüvvəyə minməmişdir.
Dostları ilə paylaş: |