inzibati-texniki heyət;
-xidmətçi heyət
Diplomatik heyətə aşağıdakılar daxildir: səfirlər, elçilər, müşavirlər, ticarət nümayəndələri və onların müavinləri, xüsusi attaşelər (hərbi, hərbi-dəniz və hərbi-hava) və onların müavinləri, birinci, ikinci və üçüncü katiblər və attaşelər. Diplomatik heyətin üzvləri akkreditə edən dövlətin vətəndaşları olmalıdır. Lakin qəbul edən dövlətin razılığı ilə yerli vətəndaşlar və üçüncü dövlətin vətəndaşları təmsil olunan dövlətin diplomatik heyətinə daxil edilə bilər. Diplomatik heyətin üzvlərinə milli qanunvericiliklə müəyyən olunmuş qaydada diplomatik rütbələr verilir.
«Diplomatik xidmət haq- qında» 2001-ci il 8 iyun tarixli Qanunun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında aşağıdakı diplomatik rütbələr mövcuddur: 1) fövqəladə və səlahiyyətli səfir; 2) birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi; 3) ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi;
4) birinci dərəcəli müşavir; 5) ikinci dərəcəli müşavir; 6) birinci dərəcəli birinci katib; 7) ikinci dərəcəli birinci katib; 8) birinci dərəcəli ikinci katib;
9) ikinci dərəcəli ikinci katib; 10) üçüncü katib və 11) attaşe.
İnzibati-texniki heyətə dəftərxana müdirləri, hesabdarlar, tərcüməçilər, kargüzarlar, makinaçılar və başqalan aiddir.
Xidmətçi heyətə sürücülər, aşpazlar, kuryerlər və başqaları daxildir.
İnzibati-texniki vo xidmətçi heyətə bəzən yerli vətəndaşlar təyin olunUr.
Dostları ilə paylaş: |