Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Xarici əlaqələri həyata keçirən dövlət orqanları



Yüklə 0,96 Mb.
səhifə87/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   219
beynelxalq huquq

Xarici əlaqələri həyata keçirən dövlət orqanları

Dövlətin digər dövlətlərlə və beynəlxalq təşkilatlarla xarici əlaqələrini həyata keçirən orqanlar dövlətdaxili xarici orqanlara ayrılır.



Dövlətdaxili orqanlar daim həmin dövlətin ərazisində fəaliyyət göstərən xarici əlaqə orqanlarıdır. Bu orqanlar öz növbəsində iki növə ayrılır:
  1. dövləti bütün məsələlər üzrə təmsil edən orqanlar:


  2. dövləti hər hansı bir sahə üzrə təmsil edən orqanlar.

Birinci qrupa dövlət başçısı, hökumət və xarici işlər nazirliyi

daxildir. Dövlətin başçısı, hökumətin başçısı və xarici işlər naziri həmin dövləti onun xarici əlaqələrində bütün məsələlər üzrə ex offıcio (yəni vəzifəsinə görə) təmsil edirlər.

Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan Respublikasının Prezidenti «ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir» (8-ci maddənin

I hissəsi). 109-cu maddəyə əsasən, Prezident «Azərbayean Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır (15-ci bənd); xarici ölkələrin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamə- lərini qəbul edir (16-cı bənd); dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır (17-ci bənd); Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır (30-cu bənd).

Azərbaycan Respublikasının Hökuməti xarici siyasətin həyata keçirilməsinin təmin edilməsi üzrə tədbirlər həyata keçirir. Höku- mətlərarası və idarələrarası müqavilələr müvafiq olaraq baş nazir və nazirlik və ya idarə başçısı tərəfindən imzalanır və Hökumət tərəfindən təsdiq olunur.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bilavasitə xarici əlaqələri həyata keçirən əsas orqandır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş



«Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqın- da» Əsasnamədə göstərilir ki, «Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır» (maddə 1).

Parlamentə gəldikdə isə, qeyd etmək lazımdır ki, xarici siyasət məsələlərində bu orqan əslində mühüm rol oynayır. Parlamentlər bu və ya digər aktual beynəlxalq məsələlərə öz münasibətini bildirir, digər ölkələrin parlamentlərinə müraciətlər qəbul edir, beynəlxalq parlament təşkilatlarının (məsələn, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının və b.) işində iştirak edirlər. Buna baxmayaraq, parlament dövlətin beynəlxalq münasibətlərdə təmsilçisi kimi çıxış etmir. O, dövlət adından müqavilələr bağlamaq səlahiyyətinə malik deyildir. Parlament nümayəndələrinin verdikləri bəyanatlar müvafiq dövlət üçün beynəlxalq öhdəliklər doğunnur.

Xarici əlaqələr həyata keçirən dövlətdaxili orqanların ikinci qrupuna milli qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində dövləti onun xarici əlaqələrində təmsil edən nazirlik və komitələr aiddir.

Xarici orqanlar dövlətin ərazisindən kənarda yerləşən və dövlətin özünün, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafelərini həyata keçirən dövlət orqanlarıdır. Bu orqanlar öz növbəsində aşağıdakı növlərə bölünür:

daimi: dövlətin diplomatik nümayəndəlikləri, konsulluq nümayəndəlikləri, beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri;

müvəqqəti: təntənəli tədbirlərdə, danışıqlar aparılmasında və s. iştirak etmək üçün digər dövlətlərə göndərilən xüsusi missiyalar, beynəlxalq konfranslarda və ya beynəlxalq orqanların işində iştirak etmək üçün göndərilən nümayəndə heyətləri və b.


    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin