Diplomatik nümayəndəliyin anlayışı və funksiyaları
Diplomatik nümayəndəlik dövlətin başqa bir dövlətin ərazisindəyerləşən,həmindövlətlədiplomatikmünasibətlərihəyatakeçirənorqanıdır.Diplomatik nümayəndəliklər müvafiq iki dövlət arasında razılaşmaya əsasən təsis olunur. Çox hallarda belə bir razılaşmanın əldə olunması həmin dövlətlər arasında diplomatik münasibətlərin qurulması ilə eyni vaxta düşür.
Beynəlxalq praktikada diplomatik nümayəndəliklərin iki növü məlumdur:
səfirliklər:ən yüksək səviyyəli diplomatik nümayəndəliklərdir; onların başında fövqəladə və səlahiyyətli səfir dayanır.
missiyalar:daha aşağı səviyyəli diplomatik nümayəndəlik hesab olunur; onlara fövqəladə və səlahiyyətli elçi və ya müvəqqəti işlər müvəkkili rəhbərlik edir.
Diplomatik nümayəndəlik öz dövlətinin qəbul edən dövlətdə bütün məsələlər üzrə rəsmi təmsilçisidir. Diplomatik münasibətlər
haqqında 1961-ci il Vyana Konvensiyasına görə (3-cü maddə), diplomatik nümayondolik aşağıdakı funksiyalarıhəyata keçirir:
akkreditə edən dövlətin qəbul edən dövlətdə təmsil olunması;
akkreditə edən dövlətin özünün və onun vətəndaşlarının mənafelərinin müdafiəsi;
qəbul edən dövlətin hökuməti ilə danışıqlar aparılması;
bütün qanuni vasitələrlə qəbul edən dövlətdə olan şəraitin və hadisələrin öyrənilməsi və onların barəsində öz hökumətinə məlumat verilməsi (infonnasiya funksiyası);
akkreditə edən dövlətlə qəbul edən dövlət arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi.
Bunlardan əlavə, diplomatik nümayəndəliklər bəzi hallarda konsulluq funksiyaları da həyata keçirir; bu məqsədlə səfirliklərin və ya missiyaların tərkibində konsulluq şöbələri təsis olunur.