FƏSİL
BEYNƏLXALQ KOSMOS HÜQUQU
Beynəlxalq kosmos hüququnun anlayışı və mənbələri
Beynəlxalq kosmos hüququ səma cisimləri də daxil olmaqla, kosmik fəzanın hüquqi rejimini müəyyən edən və kosmik fəaliyyətin iştirakçılarının hüquq və vəzifələrini nizama salan normaların məcmusuna deyilir.
Beynəlxalq kosmos hüququnun obyektini kosmik fəzanın, planetlərin, Ayın və süni kosmik obyektlərin istifadəsi ilə bağlı ortaya çıxan hüquq münasibətləri, kosmik ekipajlann hüquqi statusu və kosmik fəaliyyətin nəticələrindən istifadənin hüquqi rejimi təşkil edir.
Beynəlxalq kosmos hüququ, əsas etibarilə, beynəlxalq müqavilələrə söykənir. Bu sahədə əsas beynəlxalq müqavilə Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyətinin prinsipləri haqqında 1967-ci il Müqaviləsidir. Bundan əlavə, aşağıdakı müqavilələri göstərmək olar: Kosmanavtların xilas edilməsi, kosmonavtların qaytarılması və kosmik fəzaya buraxılmış obyektlərin qaytarılması haqqında 1968-ci il Sazişi (Kosmonavtların xilas edilməsi haqqında Saziş); Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət haqqında 1972-ci il Konvensiyası; Kosmik fəzaya buraxılan obyektlərin qeydiyyatı haqqında 1975-ci il Konvensiyası; Ayda və digər səma cisimlərində dövlətlərin fəaliyyəti haqqında 1979-cu il Sazişi (Ay haqqında Saziş). Bu və ya digər dərəcədə kosmik fəaliyyətə aid olan müddəaları başqa müqavilələrdə də tapmaq olar: məsələn. Atmosferdə, kosmik fəzada və su altında nüvə silahı sınaqlarının qadağan edilməsi haqqında 1963-cü il Müqaviləsi;
268
Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası; «İntersputnik» Beynəlxalq rabitə sisteminin yaradılması və kosmik rabitəsinin təşkili haqqında 1971-ci il Sazişi; Nüvə qəzası barədə operativ xəbərvermə haqqında 1986-cı il Konvensiyası və s.
Yeni sahə olan beynəlxalq kosmos hüququnda adət nomıaları mühüm rol oynayır. Bir sıra məsələlər bu günə kimi adət hüququ ilə nizama salınır; məsələn, kosmik obyektlərin xarici dövlətlərin hava məkanına azad girmək və çıxmaq hüququ; kosmik fəzanın aşağı sərhədinin (hava fəzası ilə kosmik fəzanı ayıran xəttin) dəniz səviyyəsindən təxminən 100 km hündürlükdə müəyyən olunması; sputniklər vasitəsilə televerilişlər həyata keçirilməsi hüququ və s.).
Dostları ilə paylaş: |